Qonaq Kitabı
ÇAY DƏSTGAHI

Edəcək tərifim qoca və cavan,

 

Mənsiz olmaz nə toy, nə də bayram,

 

Sədri-məclisdə mən gərək oturam.

 

Qalı üstü və miz yerimdi mənim,

 

Qabağımda durur gədə-nökərim.

 

İstəkanlar və nəlbəkilərə mən—

 

Analıq haqqını əta edərəm,

 

Bəslərəm bunları qucağımda,

 

Biri solda, biri də sağımda.

 

Ağa, xanım edər mənə hörmət,

 

İpək örtük verər mənə zinət.

 

Rəngbərəng şir içindədir bədənim,

 

Vardımı təqsirim bu işdə mənim—

 

Ki, çayın rəngi yox, nə təmi gəlir,

 

Nə xoş ətri, nə ləzzəti bilinir?

 

Belə iş üz verə  əgər məndən,

 

Çürürəm tezlik ilə mən qəmdən.

 

Ağamın mən üzünə ta qətən—

 

Baxa bilməm dəxi xəcalətdən.

 

Böyüdübdür məni onun əməyi,

 

Kor edər gözlərim duzu, çörəyi.

 

 

 

S a m a v a r

 

 

(Padnosa)

 

 

Bizə çoxdan yəqin olub hasil:

 

Əqlin artıq, özün də həm qabil.

 

Qalarıq olmasan biz avarə,

 

Sən taparsan çətin işə çarə.

 

Razı olduq, ziyadə səndən biz.

 

Çün gedirdik fənayə biz sənsiz.

 

 

 

Ç a y n i k

 

 

(qalxır)

 

 

Çaynikin qədrini bilər çay içən,

 

Çay büsatında ruzigarı keçən.

 

Olmasam mən, nə tövr çay dəm alar.

 

Çay büsatı məgər ki, mənsiz olar?

 

İki dəfə çıxam gərək hər gün,

 

Əə mən, yəni başına babamın.

 

Kimdi məndən uca görüm ol vəqt?

 

Tək xudadır, o sahibi-qüdrət.

 

Çox sevərlər məni ağa, xanım,

 

Çinidəndir tutaq mənim canım.

 

Amma neylər mənə ya od ya alov?

 

Dəm alar çün içimdə çayi-Papov.

 

Bir neçə şəxsdən mənim əlbət,

 

Şənim artıq ola gərək qayət.

 

Köynəgimdir mənim ya şal, ya ipək,

 

Təmiz ollam lətif mərmər tək.

 

 

(ağlaya-ağlaya)

 

 

Xoş gedərmi görüm xudaya, babam,

 

Ağamın qeyzinə səbəb mən olam?

 

Təqsirim olmasın, gedim zayə,

 

Qırılım mən, köçüm o dünyayə?

 

 

 

S a m a v a r

 

 

(Çaynikə)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info