Qonaq Kitabı
ÇAY DƏSTGAHI

 

 

Ç a y n i k

 

 

Ax, dönüm başına sənin, Padnos,

 

Kömək olsun xuda sənə imruz.

 

Ürəyim sakit oldu, dincəldi.

 

Nə qəşək fikr ağlına gəldi.

 

 

 

S a m a v a r

 

 

Elədi indi başlayaq işi biz,

 

Bəlkə sabbaha qurtaraq işimiz.

 

Gərək heç olmuyaq biz avarə,

 

Bəlkə bir tövr ilə tapaq çarə,

 

Bilirəm diqqət ilə biz indi,

 

Başlayaq gər işi yəqinimdi,

 

Həm günahkarı, şəkk yox, taparıq,

 

Həmi də xabi-nuş ilə yatarıq.

 

Sözümüz bir edib, olaq sadiq,

 

Başlayaq məndən əvvəla təhqiq.

 

Əhli-məclis, edin mənə diqqət,

 

Qoymayın, insafı yerə heç vəqt,

 

Cəhd ilə axtarın qüsurlərim,

 

Həmçinin xoş sifətlərim, hünərim—

 

Ki, bu dünyada hər neçə ev var,

 

Yuxarı başda əyləşir Samavar.

 

Günü keçməz, mən olmasam, xanın,

 

Nə gədanın, şəhin və dehqanın.

 

Hər bir evdə nə vəqt şadlıq olar,

 

Ona baisdi tək baba Samavar,

 

Kim odu su içində od saxlar?

 

Onu saxlar genə baba Samavar.

 

Mən qızanda gər istəyə birisi,

 

Uzada barmağın mənə o kəsi

 

"Uf", "uf" ilə çıxardıban dilini

 

Soxacaq ağzına bütün əlini.

 

Yoxdu dərdim, bu dunyada nə qəmim,

 

Tula şəhri olub mənim vətənim.

 

Lehimim tazədir və safdı misim,

 

Nədə tüstüm olar mənim, nə hisim.

 

Lüləgim gendi, kipdi həm qapağım,

 

Bu mənim qulplarım, buda papağım.

 

İndi, qardaşlarım, görürsüz siz,

 

Ola billəmmi mən buna bais—

 

Ki, çayın ətri gəlməsin və dadı?

 

Götürüm üstümə bu tövr adı?

 

Ağarıb saqqalım, özüm ahil,

 

Ağamın mən evindəyəm on üç il,

 

Deyil insaf onun evində bu dəm,

 

Başlayım mən ona xəyanət edəm.

 

 

 

P a d n o s

 

 

(qalxır)

 

 

Padnosam, həm özüm cəvanəm mən,

 

Qab-qaşıqlar içində xanəm mən.

 

Yoxdu çirkim, nə bir ləkə, nə tozum,

 

Şəfəqim nur tək, gözəldi üzüm.

 

Birisi diqqət ilə baxsa mənə.

 

Pəh-pəh ilə məni alıb əlinə,

 

Qalacaq surətimə mat-heyran,

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info