Qonaq Kitabı
ÇAY DƏSTGAHI

 

 

Ağlama, ağlama, oğul, Çaynik,

 

Hamımız biz, bunu yəqin bilirik

 

Ki, sənin yoxdu burda təqsirin,

 

Olma sən heç əbəs yerə qəmgin.

 

Sən özünsən həmişə taçi-sərim,

 

Sən ilədir mənim tamam hünərim.

 

Olmasan sən mənim nə hüsnüm olar,

 

Məni sənsiz məgər ki, yada salar

 

Ya xanım, ya ağa, ya özgələri?

 

Vardımı qeyrinin belə hünəri?

 

 

 

İ s t ə k a n

 

 

(durur)

 

 

O hünər məndədi, baba Samavar!

 

İstəkansız nə tövr çay qoyular?

 

Olmasam mən, düşərmi çay yada?

 

Vardımı beylə ev bu dünyada—

 

Ki, o evdə mən olmayam lazım?

 

Bəzi yerlərdə görmüşəm həm özüm—

 

Ki, tökürlər suyu böyük qazana,

 

Yığışırlar ata, bala və ana.

 

Qaynayır su, qazana çay salınır,

 

Yoxdu Çaynik, qazanda çay dəm alır.

 

Yoxdu Çaynik və yoxdu həm Samavar,

 

Nə Qaşıq, Nəlbəki, nə Padnos var.

 

Amma var İstəkan və çay dəmdə,

 

Gər belə evdə olmasam mən də

 

Ya gərək çayı nimçəyə tökələr,

 

Ya da su parçına töküb içələr.

 

İsmi- rəsmim mənim olub məşhur,

 

Badənim də ya şişədir ya bülur,

 

Gər məni hörmət ilə saxlayalar.

 

Mənim ömrüm otuz və qırx il olar.

 

Elə ki, verdilər aşıq yerinə

 

Məni oynatmağa uşaq əlinə,

 

Ya da soyuq suda məni yuyuban

 

Dağ suyu üstümə tökər nadan.

 

Yoxdu söz, mən o vədə az yaşaram.

 

Ola mümkün, əgər ki mən bacaram,

 

Yollaram düz Sibirə qatilimi,

 

Mən itirrəm bu tövr zalimimi.

 

Kimdi burda otuz beş il yaşayan?

 

O mənəm ağ həmişə, saf və cavan.

 

Pasım olmaz, nə tüstü, toz, nə hisim,

 

Şad edər külfəti lətif səsim.

 

Gərək hər gün ağa və xanımlar

 

Dodağa qalxızıb məni öpələr.

 

Əql kəsməz ki, mən olum naqis,

 

Ağamın qeyzinə olum bais.

 

Üstümə beylə pis adı götürüm

 

Və olan ismü rəsmimi itirim.

 

 

 

S a m a v a r

 

 

(İstəkana)

 

 

Sənin əslin-nəcabətin, oğlum

 

Və sifatın bizə olub məlum

 

Sənə qiymət verər bahalı bülur,

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info