Qonaq Kitabı
ÇAY DƏSTGAHI

 

Olmasam istəkanda, qənd əriməz.

 

Heç olar isti çaya əl vurmaq?

 

Kimdə var beylə bir uzun barmaq—

 

Ki, yetişsin Qaşıq kimi qəndə.

 

Bu hünər vardı bircə tək məndə.

 

Vay o şəxsin, o yazığın halına—

 

Ki, uzun çöp kəsib alar əlinə.

 

İstəkanı qarışdırır çöpnən

 

Və çayın təmini kəsir qətən,

 

Mən problu, özüm təmiz gümüşəm.

 

Dəxi mən bilmirəm nə eyləmişəm—

 

Ki, çayın rəngi yox, nə təmi gəlir,

 

Nə xoş ətri, nə ləzzəti bilinir?

 

Vazehi beylədir bəyan edirəm—

 

Amma indi belə güman edirəm—

 

Ki, səbəbkar beylə əmrə, baba,

 

Ya Maşadır ya da qara Truba.

 

 

(göstərir Maşanı və Trubanı. Truba üzünü tutub yana, oxuyur bu beyti).

 

 

 

T r u b a

 

 

"Xabi nuşini bamidadi rəhil,

 

Baz darəd piyadəra zisəbil" [1]

 

 

 

S a m a v a r

 

 

(Trubanın sözünü kəsib acıqlı səslə çığırır onun üstünə).

 

 

Kəs səsin, biədəb və nalayiq!

 

Nə üçün üz verib sənə şadlıq?

 

Biz bəladə və fikrdə, qəmdə,

 

Amma siz həm fərəhdə, həm dəmdə,

 

Çayı sizsiz həmişə zaye edən,

 

Oluruq biz xəcil nahaqdən.

 

Gərək indi mənə bəyan edəsiz,

 

Hansınız olmusuz buna bais?

 

 

 

M a ş a

 

 

(Samavara)

 

 

Yoxdu, vallah, baba, mənim xəbərim,

 

Dəyməyib məndən heç kəsə zərərim.

 

 

 

T r u b a

 

 

(Samavara)

 

 

Şahid olsun bu əmrə ol qadir,

 

Olmayıb məndən heç günah sadir.

 

Gəlmişəm mən bu sinnə, görməmişəm

 

Nalayıq iş, günah etməmişəm.

 

Bənzərəm sərvə, qədd-qamətli,

 

Olmuşam mən ziyadə qiymətli.

 

Ondan ötrü ki, tək mənəm mahir—

 

Ki, kömür bir dəqiqədə qızarır.

 

 

 

P a d n o s

 

 

Nisfi-şəbdir, belə güman edirəm,

 

 

(Maşa və Trubaya işarə edir)

 

 

Bunların barəsində söz verirəm—

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info