Qonaq Kitabı
ÇAY DƏSTGAHI

Ki, müqəssir deyillər heç birisi,

 

Ondan ötrü ki, bunlar hər ikisi

 

Heç deyil çay busatına daxil,

 

Oldu indi mənə yəqin hasil—

 

Ki, müqəssir bu işdə biz deyilik,

 

Necə ki, cəmimiz bunu görürük.

 

 

(Bir az duruxur)

 

 

Baba, indi gör ağlıma nə gəlir:

 

Hamıya gün kimi müşəxxəsdir—-

 

Ki, çayın gər suyu bir az lil ola,

 

Olmaz heç rəngi də onun əsla.

 

Gərçi su lazımınca qaynamadı,

 

Çayın olmaz nə ləzzəti, nə dadı.

 

İndi mən beylə məsləhət görürəm,

 

Çağıraq Nökəri buraya bu dəm.

 

Soruşaq biz həqiqətin ondan,

 

Odu bəlkə bizi bəlayə salan.

 

 

 

S a m a v a r

 

 

(Padnosa)

 

 

Mərhəba, mərhəba sənə olsun!

 

 

(üzünü tutur uşaqlara)

 

 

Çağırın Nökəri ki, tez gəlsin

 

    

(Padnosa işarə edir)

 

 

Əsb tazi əgər zəif bəvəd

 

 

(o biri uşaqlara işarə edir)

 

 

Həmçinin öz təvileyi xər beh.

 

Ərəb at gər ölə zəiflikdən,

 

Yaxşıdır bir təvilə eşşəkdən.

 

 

 

Gəlir nökər Əli, köhnə və cındır paltarda, əlləri kömürçü əli kimi qara və çirkli, Samavara baş əyir.

 

 

 

S a m a v a r

 

 

(nökərə)

 

 

 

Niyə sən çirklisən, a bədheybət?

 

Bu ətəklər nəçün olub neybət?

 

 

 

Ə l i

 

 

Silirəm bunlar ilə qab-qaşığı.

 

Nəlbəki, istəkanları, qaşığı.

 

 

(əli ilə göstərir)

 

 

 

S a m a v a r

 

 

(irəli çağırıb ətəklərini qoxlayır, sonra üzünü turşudub deyir)

 

 

Neftə sən batmısan, belə bilirəm.

 

 

 

Ə l i

 

 

(ətəklərini göstərir)

 

 

Lampanı bunlar ilə mən silirəm.

 

 

 

S a m a v a r



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info