Qonaq Kitabı
ÇAY DƏSTGAHI

Yaraşarmı sənə bir özgə qüsur?

 

Nə günahkar bizik, nə də sənsən.

 

Olmarıq heç xəcil nə biz, nə də sən.

 

Ağamın qeyzinə səbəb, əlbət,

 

Ya qaşıqdır, ya Nəlbəki bədbəxt

 

 

(İşarə edir Nəlbəki və Qaşığa və sonra onlara deyir).

 

 

Degilən, Nəlbəki, bizə indi

 

Ağamın qeyzinə səbəb kimdi?

 

Ya özün beylə fitnə sahibisən,

 

Ya Qaşıqdır bu tövr cürət edən.

 

 

 

N ə l b ə k i

 

 

(barmağının ucunu göstərir).

 

 

Məndə gər bircə beylə təqsir var,

 

Başımı kəs mənim, baba Samavar,

 

Gər mənim beylə bir günaha səbəb,

 

Allah etsin mənə həmişə qəzəb.

 

Şahid olsun xuda, bu mən, bu da siz,

 

Diqqət ilə mənə burada baxız.

 

Məndə tapsaz ya pis qoxu, ya ləkə

 

Məndə gər nalayiq süfət görükür

 

           

 

S a m a v a r

 

 

(onun sözünü kəsib deyir).

 

 

Bilirik biz səni ki, yoxdu sənin—

 

Nə qüsurun, bu işdə, nə günəhin.

 

Qar kimi ağ, üzün belə göyçək,

 

Nə yol ilə səni müqəssir edək?

 

 

 

Q a ş ı q

 

 

(ağlaya-ağlaya)

 

 

Nə üçün mən olum, baba, bədbəxt?

 

Nədi bilməm bu tövr əmrə cəhət?

 

 

 

S a m a v a r

 

 

(qaşığa)

 

 

Etmisən sən dünən belə görükür,

 

Biədəblik, həmi günahi-kəbir.

 

Ağa, xanım səni təmiz bilibən

 

İstəkana səni salubla dünən.

 

İndi bildik günah edən kim imiş,

 

Ağa, xanım nəçün deyirlərimiş.

 

Ki çayın rəngi yox, nə təmi gəlir,

 

Nə xoş ətri, nə ləzzəti bilinir.

 

 

 

Q a ş ı q

 

 

İzn ver, mən sənə, baba Samavar,

 

Bir neçə söz edim bu dəm izhar.

 

Mən bu işdə müqəssir olsam əgər.

 

Öldürün siz məni, edin bisər.

 

Mən cəvanəm, adım gümüş Qaşıq,

 

Cəmi məxluq olub mənə aşiq.

 

Çünki ömrü mənəm edən asan,

 

Var-yoxun xərc edər mənə insan.

 

Mənsiz heç kəs çayın dadın bilməz,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info