Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Bir-birini tapar olsun.

Uzun yaşın sonu ölüm.

Ulu Tanrı mərd iyidi

Ölən zaman pak imandan

Ayırmasın, günahızı

Məhəmməd Mustafanın

Abırına bağışlasın!

Amin! – Deyən, didar görsün! 

 

Qurtarış

 

Belədir qardaşlıq, belədir ilqar,

Qardaşlıq sözündə dərin məna var.

Nə ola, görüşə bütün qardaşlar,

Xüsusən bizimtək qarğınılmışlar.

Partlayıb dağıla danqaz qayalar,

Yerlə yeksan ola dəmir qalalar.

Sözlükdən pozula ayrılıq sözü, 

Unudula, birlik-ayrılıq sözü.

Qardaş deyə, qalxıb qovuşa insan,

Qanı yumayalar daha qan ilən.

Nə qalmaqal ola, nə də gileylik,

Tarixdən silinə doğma-ögeylik.

Qardaş talamaya qardaş əməyin,

Bir-biri ilə bölə həlal əməyin.

Elmi, kamalına xidmət eləyə,

İnsan, insanlığa yaraşa bilə.

Qanlar axıtmaya başlı-başına,

Vəbala dönməyə, elmi, başına,

Bomba əvəzinə dərman qayıra,

Hərkəsin haqqıca, payın ayıra.

Nə top, nə tank ola, nədə ki, yaraq,

Tək cərrah əlinə verilə pıçaq.

Kəsə ürəklərdən kin-küdürəti, 

Yerinə yamaya eşqi, ülfəti.

Dünyanı bürüyə dostluq məhəbbət,

Qardaşlıq, yoldaşlıq, sədaqət, hörmət.

Əllərdə saz ola, dildə söz ola, 

Açıq ürək ola, gülər üz ola.

Mən hümmət diləyim, siz deyin amin,

“Behəqqe ənbiyaəkom əcməin”[9].



[1] G ə n d a b – iyli, pis qoxuyan su.

[2] Bənd “Koroğlu” dastanındandır.

[3] Xalq təkərləmələrindən.

[4]1918-1919-cu illərdə rus-erməni-aysor çətə­lə­ri­­nin talan və qətliamları dövrü.

[5] T ö m ə – yemək, loxma.

[6] Ü s t ü n  n ə j a d – üstün irq.

[7] Əlincə qalası nəzərdə tutulur.

[8] Q a y t a b a n – dəvələrin saxlandığı yer, arxac.

[9] Sənə and verirəm bütün peyğəmbərlərinin haqqına.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info