Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Yüz əfsus ki, “Qardaş andı”

Kimi, bəşər həyatının,

Nabalıqlıq adətləri,

Hələ-hələ zorluların

Millətçilik duyğuları

Qarşısında lazimi bir

Silah kimi saxlanılır.

Bu yaramaz çaxnaşmanın

Ağacını kimlər yeyir?

Varı-yoxu oğurlanmış,

Dalı qalmış, doğranılmış,

Kiçik ellər, “biz” kimilər.

 

 

İngilistan, Amerika,

Fransa, ya İtaliya,

İsraillər, Ərəb, Jermən,

Hər zamanda, bu gün, dünən

Millətçilik andlarına

Dayanaraq belə ancaq,

Hövkürürlər, güvənirlər.

 

***

Kimsə bunu açıq-aydın

Ört-basdırsız deməsə də,

Bərbəriyyət dövrəsinin

Qanunları hələ-hələ,

Şiddət ilən, hökm sürür.

El-arxasız milliyyətlər,

Hələ güclü çoxluqların

Qüdrətsizlər zorluların,

Töməsidir[5], köləsidir… 

 

***

Mən: – İnsanlar bir-birinin

Qardaşıdır, sırdaşıdır, –

Deyə, – Bir gün, iki gün yox,

Ömür boyu haray çəkib,

Qələm çalıb, boğaz yırtıb, 

Şeir yazıb, yaratmışam. 

Həyatımın kitabçasın

Varaqla bax, gör ki, ancaq, 

Heç dərdimi heç ağrımı,

Məhkum insan dərdlərindən,

Ayırıban bölməmişəm.

Mən özümü, öz elimi,

Yaxın-uzaq insanlıqdan

Heç də artıq sevməmişəm.

Mən yağlımı, yavanımı,

Hər yerdənsə, hər eldənsə,

Olur-olsun, hərgün-hər an

Ac-yalavac insanlarla

Bölməkligə hazir olub,

Bu sözümdə sadiq durub,

Tam varlıqla dayanmışam.

Lakin, hələ, yazıq dünya

“Millətçilik” xulyasına,

İnadına davam edir.

Humanizmi sayan kimdir, 

İnsanlığı anan kimdir?

 

Mən qüdrətli qolu zorba,

Bir millətin şairi tək,

Həyasızca öyünübən

Ellərimə “Üstün nəjad”[6]

Xulyası ilə hakim olmaq,

İnsanların çalıb-çapmaq

Dərslərini verməmişəm.

 

***

Mən əzilmiş, haqqı itmiş,

Varı-yoxu əldən getmiş,

Ağır-ağır sitəmlərə

Məruz qalmış, əsir düşmüş

Millətimin, millətlərin,

Ömrü məhkum insanların,

İnsanlığın şairiyəm.

Oxucum, mən “Qardaş andı”,

Deyə, – Bugün söz açsam da,

Haqla məni, haqq ver mənə,

Öz dərdimi çəkməsəm mən,

Bu “vanəfsa” zəmanədə,

Dərdlərimi kim çəkəcək?

Vətəndaşım, yol yoldaşım,

Qardaş andı fərqlənir,

Millətçilik andı ilə.

Sözlərimi artıq düşün,

Dərin-dərin fikir eylə,

Bütün insan kütlələri,

Bir-birinə qardaş deyə,

Qayğı çəkə, qəmin görə.

Bilən yola uğramadan

Doğru deyim hələ mən də

Dönənmərəm öz andımdan.

Hələ kiçik millətlərə

“Qardaş andı” müqəddəsdir.

 

Bütün insan xırda, kəlan,

Bir bağır tək qovuşmadan,

Qardaş deyə, and içmədən,

Öz andına qol çəkmədən,

Bu qurtuluş yolundan mən

Dönənmərəm hərgiz bir an

Hələ-hələ “irq birligi”,

“Qan birligi” zırnasını

Çalanlar var dünyamızda.

 

***

Qan qardaşım, vətəndaşım,

Məhkum insan dərdi – deyə,

Hər ağrıvı, hər dərdivi,

Çəkirəm öz dərdim kimi.

Şənligində, qəmində də

Səninlənəm, səninlənəm.

Tam insanlar bəşəriyyət

Ağ, qırmızı, sarı, qara

Qardaş – deyə, sirdaş –deyə,

Qucaqlaşıb öpüşmədən

Doğmalıqlar, qardaşlıqlar

Davam edib yaşayacaq!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info