Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Məhrum insan bu ilqara

Sığınaraq, dayanaraq

Vuruşmasa, çarpışmasa,

Şərə-şurluq, işğalçılıq

Rəsmin töküb dağıtmasa,

Qarət olmuş tapdalanmış,

Haqqın məgər quduzlanmış

Ac qurdların çəngəsindən

Yalvarmaqla, sıtqamaqla,

Dilənməkləmi alacaq?

 

***

Məhkum olmuş milliyyətlər,

Bizim kimi fəna ellər, 

Qardaş, deyə, bir-birinə

Dayanmasa, hövkürməsə,

Baş qoyuban can verməsə,

“İnsançılıq” günəşi bəs,

Hardan-haçan baş qaldırıb, 

Nur saçacaq, parlayacaq!?

 

***

Oğuzların zamanında

Uşun Qoca deyirlər bir

Ər yaşarmış, bu kişinin

Ancaq iki oğlu varmış.

Böyük oğlan Əgrək adlı,

Dəli qanlı, adlı-sanlı

Bahadır bir igid idi.

Bayındır xan divanına

Könlü haçan istəyirsə,

Vara bilər, gedər, gələr.

Xan Qazanın məclisində

Oturarkən qərarlanmaz,

Heç kimsəni anıb, sanmaz.

Yenə bir gün o bəyləri,

İgidləri, ərənləri

Basıb, keçib Xan Qazanın

Qarşısında oturarkən

Oğuzlarda Tərsuzamış

Adlanan bir ər varımış.

– Mərə, Uşun Qoca oğlu!

Bu oturan bəylər bütün

Oturduğu yerlərini

Qılınc ilə, əmək ilə,

İgitliklə alıbdırlar.

Mərə, Əgrək! Söylə görək

Sən nəmisən, neyləmisən?

Başmı kəsdin, qanmı tökdün?

Ac doyurub, yalıncıqmı

Donaldıbsan? –  Deyə, – Aydır.

– Tərsuzamış, mərə, görüm,

Baş kəsməkmi, qan tökməkmi

İgitlik, ya hünərmidir?

– Deyə, Əgrək cavab verir.

– Bəli, böyük hünərdir bu, –

Deyə, dönüb Tərsuzamış

Sözlərini təkid edir.

Tərsuzamışın dedikləri

Əgrəgə ağır gəldi.

Uru durdu Qazan bəydən

Axın deyə, izn istədi.

Salur Qazan axın verdi.

An içində say cidalı

Üç yüz igid ayrıldılar,

Alay qurub Əgrəgin

Dövrəsinə yığıldılar. 

Meyxanada toy tutuldu

Beş gün yemə-içmə oldu.

Sonra Şərur daxilindən

Göycə dəniz sahilinə

Çatanadək el at çapdı.

Qalibiyyət doyum oldu.

Yol Alınca[7] qalasına 

Uğramışdı, Qara Təkur

Orada bir qoruq yapmış,

Qaz və toyuq uçarlardan

Yürürlərdən  keyik, dovşan

Bu qoruğa dolduruban

Bunu Oğuz bəylərinə

Tələ qurmuş kafər, demə!

Əgrəgin bu qoruğa

Yolu düşdü, aşı pişdi

Qapısını avatdılar.

Sığın, keyik, qaz və toyuq

Ovlayıban, quşlayıban

Yeyib-içib atlarının

Yəhərlərini aldılar.

Geyimlərin çıxartdılar.

Qara Təkur casusları

Bunu görüb casusladı:

– Oğuzlardan ağır-ağır

Atlı gəldi, qoruğunun

Qapısını avatdılar.

Nə durubsuz, sığın, keyik,

Qaz və toyuq ovlayıban

Yeyib-içib atlarının

Yəhərlərini aldılar,

Geyimlərin çıxardılar.

Nə durmusuz? Altıca yüz

Azğın dinli, qara donlu

Kafər qalxdı atlanıban

İgitlərin üstə qondu.

Üç yüz igit qırıldılar,

Əgrəgi də dustaq edib

Apardılar Alıncanın

Qalasına buraxdılar.

Qara-qara uca dağdan xəbər aşdı,

Qanlı-qanlı gur sulardan xəbər keçdi,

Qalın Oğuz ellərinə xəbər çatdı, 

Uşun Qoca ağban evi 

Qarşısında şivən qopdu.

 

Qaza bənzər qız gəlini

Ağ çıxarıb qara geydi,

Acı dırnaq üzə vurdu.

Başı lovlu Uşun Qoca

Ağca üzlü xatını ilə

Oğul-oğul, deyə, durub

Üzün cırıb, başa vurub, 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info