Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Ağlaşdılar, bozlaşdılar.

 

Qabırqalı olalırmış,

Yeyəlidə böyüyürmüş,

Məgər xanım, Qoca bəyin

Kiçik oğlu Səgrək

Bahadır alp igit oldu.

Birgün yolu bəylər ilən

Bir dərnəyə uğraşaraq

Yeyib-içib məst oldular.

Səgrək qalxıb abdəst üçün

Dışra çıxdı, gördü iki

Öksüz oğlan çəkişirlər.

Nə oldunuz, oğlan! – Deyə,

Bir şapalaq birisinə,

Birini də obirisinə

Yapışdırdı.

 

Əski donun biti,

Öksüzün dili acı olur.

Oğlan aydır:

– Mərə, bizim

Yetimligimiz yetməzmi,

Hələ bizi sən vurursan?

Hünərin var, qeyrətin var,

Get Alınca qalasından

Əsir düşmüş qardaşını

Alıb qurtar.

Səgrək aydır:

– Mərə, söylə görüm,

Qardaşımın adı nədir?

Oğlan aydır:

– Əgrəkdir.

Səgrək aydır:

– Düz deyirsən,

Əgrəkə Səgrək yaraşır.

Qardaşım sağmış isə,

Onsuz Oğuzda durmaram.

Qaranqulu gözlərimin

Aydını, – deyə, ağladı.

İçəri söhbətə girdi, izn istədi

Bəylərə xoş qalın dedi.

Atını çəkdilər mindi,

Atasının obasına

Çapıb gəldi,

Atdan düşdü.

Anasının dilin aramaq istədi,

Səgrək görək nə söylədi:

– Qalxıbanı toparlanıb uru durdum,

Qara yallı Qazılıq ata bütün mindim, 

Əyri yatan Ala dağa at çapırdım,

Qalın Oğuz ellərində dərnək varmış,

Ora vardım. Yemək-içmək arasında 

Boz atlı bir çapar gəldi, belə dedi:

Çox zamanmış Əgrək adlı bir igit

Yad ellərdə dustaq imiş.

Qadir Tanrı yol veribən çıxıb gəlmiş,

Bunu çapar deyər-deməz,

o igidə qarşı getdi,

Ana mən də varayımmı?

Nə deyirsən?

Anası burda söyləmiş,

Qulaq asaq nə söyləmiş:

– Ağzın üçün ölüm, oğul!

Dilin üçün ölüm, oğul!

Qarşı yatan Qara dağın

Yıxılmışdı, ucaldı axır,

Axıntılı gur suların

Sovrulmuşdu, çağladı axır,

Qaba ağacda dal budağın

Qurumuşdu, yaşardı axır.

Qalın Oğuz bəyləri

O, igidə qarşı getsə,

Sən də vargil o igidə.

O, igidə yetişincə,

Ağ-boz atdan yerə yengil,

Əl bağlayıb ədəb ilən

O, igidə salam vergil.

Əlin öpüb boynun qucgil,

Qara dağım yüksəgi qardaş, degil!

Nə durursan, oğul, yürtgil!

 

Oğlan burda anasına nə söyləmiş:

– Ağzın qurusun ana,

Dilin çürüsün ana,

Mənim böyük qarındaşım

Varımış, dönsəm olmaz,

Qardaşsız, Oğuzda mən,

Dursam olmaz, ana haqqı,

Tanrı haqqı olmasaydı,

Qara polad uz qılıncım

Tutardım qəfillicə

Qara başın kəsərdim.

Alca qanın yer üzünə

Tökərdim ana, ay zalım ana!

Uşun Qoca gəlib aydır:

– Bu xəbər yalnışdır, inan,

O, çağ qaçıb burdan gedən

Sənin ağan deyil, oğul!

Ağ saqqallı mən babanı

Bozlatmagil, ağ birçəkli 

Ananı sən ağlatmagıl.

 

Oğlan burada söyləmiş:

– Üç yüz altmış alp ərənlər

Ova minsə, qanlı keyik üzərinə

Qovğa qopsa, qarındaşlı

Mərd igitlər qalxar, qopar.

Qarındaşsız miskin igit

Ənsəsinə yumruq dəysə,

Ağlayıban dörd yanına

Baxar olur, ala gözdən

Acı yaşın tökər olur.

Ala gözlü oğlunuzu

Görənəcən, a bəy baba,

Xatın ana, əsən qalın!

Ata-ana söylədilər:

– Bu xəbər yalnışdır, oğul,

Getmə, qayıt!

Oğlan aydır: – Gəlin məni



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info