Qonaq Kitabı
TAZİYANƏLƏR

[v] Şollar sözünün ilk hecasıdır.

[vi] İranın böyük torpaq sahibi olan feodallardan Sipəhdar nəzərdə tutulur.

[vii] Haşım bəy Vəzirov nəşr etdiyi “Səda” qəzetində “Keyfim gələndə” sərlövhəsi ilə qərəzli məqalə və felyetonlar yazardı. Ona işarə olunur.

[viii] Keçən əsrin tərəqqipərvər türk şairi Namiq Kamalın məşhur qəsidəsindən bir misradır.

[ix] Qədim yunan alimi (y.e.ə. 287-212).

[x] Hüseyn Kəmal – Bakıdakı “İttihad” mədrəsəsinin müdiri idi.

[xi] Yeyirsən

[xii] Yeyir

[xiii] Özünə

[xiv] Birisi – H.Vəzirovun “Səda qəzetində işlətdiyi gizli imzadır.

[xv] Zilli-Sultan – Məhəmmədəli şahın əmisi idi.

[xvi] Vamberi, Armini (1832-1913) – Macar burjua dilçi-türkoloqu və etnoqrafıdır. 1860-cı illərində Orta Asiya ölkələrinə və İrana uzun müddətli səyahət etmiş, zəngin faktik material əsasında “Mənim İrandakı səyahətlərim və həyəcanlarım” (1864), “Orta Asiyaya səyahət” (1865) əsərlərini yazmışdı.

[xvii] İstanbulda nəşr olunan gündəlik türk qəzeti idi.

[xviii] Türkiyə sultanı II Əbdülhəmid nəzərdə tutulur.

[xix] Eynüddövlə - İranın mürtəce hakimlərindən biri idi. Bir neçə dəfə sədr-əzəm (baş nazir) olmuşdur.

[xx] “Merkuri” – Bakıda gəmiçilik şirkəti idi.

[xxi] Mehdi – şiələrin on ikinci və axırıncı imamıdır.

[xxii] Bu beyt fars şairi Hafizin:

“Pədərəm rövzeyi-rizvan be do kəndom befruxt,

Naxələf başəm əgər mən də cəvi nəfruşəm” – beytinin tərcüməsidir.

 

[xxiii] Haşım bəy Vəzirovun nəşr etdiyi “Səda qəzetinin redaksiyası çox natəmiz saxlanan bir binada yerləşdiyinə işarə olunur.

[xxiv] Nəf`i (1582-1634) – Böyük türk şairi,, qəsidə və satirik şer ustasıdır. Öz həcvlərinə görə hökümət tərəfindən edam edilmişdir.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info