Qonaq Kitabı
TAZİYANƏLƏR

 

 

70

DƏRYADƏ QƏRQ OLAN İRANLILARIN

YETİM BALALARINA TƏSƏLLİ

 

Iki yüz qərq olan iranlıların

Qiymətin bildi əcəb konsulunuz!

Istədi “Merkuri”dən[xx] yüz qırx min...

A yetimlər, sevinin, var pulunuz!..

 

İlk dəfə “Günəş” qəzetində (28 noyabr 1910, â„– 79) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

71

BƏS DEYILMIŞ BUNCA MEHDILƏR XÜRUCI, INDI DƏ

 

Bəs deyilmiş bunca Mehdilər[xxi] xüruci, indi də

Volqadan bir tazə Mehdi xəlqi iğfal eyləyir.

Cahiliyyət hökmfərmadır ki, hər şəxsi-müzill

“Mehdiyəm” namilə xəlqüllahı izlal eyləyir.

 

İlk dəfə “Günəş” qəzetində (29 noyabr 1910, â„– 80) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

72

Ə.QƏMKÜSAR BƏRADƏRİMƏ CAVAB

 

“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, -

Məktəbli çocuqlar da bilir kim, bu xətadır;

Bir boylə xəta kəlmə mühərrir qələmindən

Cari olur isə, ədəbiyyatə bəladır!..

 

İlk dəfə “Günəş” qəzetində (2 dekabr 1910, â„– 82) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

73

BILDIR EHYAYI-SƏMƏRQƏND ETDI İRAN TACIRI

 

Bildir ehyayi-Səmərqənd etdi İran taciri,

Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;

Gördü əlsizlər, ayaqsızlar da insantək oxur –

Məktəbi bilmərrə dərbənd etdi İran taciri.

 

İlk dəfə “Günəş” qəzetində (5 dekabr 1910, â„– 84) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

74

ŞAMAXIDA

 

Əsri-bistümdür, səhab altında qalmaz şəmsi-elm,

Bir zəman tələt açar, pərtöv saçar, zülmət qaçar;

Məktəbi-nisvan lüzumu hər kəsə məfhum olar,

Şeyxzadəm açmaz isə, xahərim Gövhər açar.

 

İlk dəfə “Günəş” qəzetində (8 dekabr 1910, â„– 87) “Ə.S.” imzası ilə çap olunmuşdur.

Şeyxzadə Hafiz əfəndinini qızı Şamaxıda qız məktəbi açmamış, az sonra Gövhər adlı bir müəllimə Şamaxıda qızlara məxsus yeni üsullu məktəb açır.

 

 

75

... LAM DEYİR Kİ:

 

Şeyxül –islamlərin müftiyi-islamlərin

Hankısı satmadı on müslümi bir tərsayə?

“Satdı gülzari-behişti iki buğdayə babam,

Satmasam naxələfəm mən onu bir arpayə”[xxii].

 

İlk dəfə “Günəş” qəzetində (12 dekabr 1910, â„– 89) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

76

GÜNDƏ ÜÇ KAĞIZI, BEŞ KOPYANI IMZA EDƏRƏK

 

Gündə üç kağızı, beş kopyanı imza edərək,

Rayevski çəkiyormuş nə məratib zəhəmat?!

Kişinin min donluq ilə eyləyir imrari-həyat.

Uçitellərsə fəqət ildə alır doqquz yüz,

Gündə beş saət edir əlli uşaqçın xidəmat.

Var ikən məsələdə bunca təfavüt, əcəba,

Rayevski utanırmı dediyindən, heyhat?!

 

İlk dəfə “Günəş” qəzetində (13 dekabr 1910, â„– 90) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

77

IŞTƏ BIR HEYƏTI-TƏHRIRIYYƏ

 

Iştə bir heyəti-Təhririyyə[xxiii]

Bulunur ən uca bir məşğələdə…

Göstərir xəlqə nəzafət yolunu,

Bəhs açır gündə birər məsələdə;

Lakin öz fikrinə bərəks olaraq,

Yaşayır kəndisi bir məzbələdə.

 

İlk dəfə “Günəş” qəzetində (14 dekabr 1910, â„– 91) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

78

QURULUBDUR YENƏ MEYDANI-HƏYAHAYI-SÜXƏN

 

Qurulubdur yenə meydani-həyahayi-süxən,

Yazılır şer, açılır pərdeyi-mənayi-süxən;

 

Şair olmaq hünərindən başı bibəhrə ikən

Girişib oğruluğa Mirzəli Ağayi-süxən;

 

Əşrəfin gündə birər danə rübaisi ilə

Özünü ədd ediyor şairi-danayi-süxən.

 

Nə gözəl söyləmiş ol Nəfiyi[xxiv]-ustadi-kəlam,

O böyük xazini-rövşəndilü kalayi-süxən:

 

“Sirqəti-şer edənə qəti-zəban lazımdır,

Boylədir şeri-bəlağətdə fətavayi-süxən”.

 

 

 

İlk dəfə “Günəş” qəzetində (17 dekabr 1910, â„– 94) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 



[i] “Nicat” – Bakıda təşkil olunmuş maarif cəmiyyəti idi. Həmin cəmiyyət 1910-1911-ci ilərdə “Nicat” adlı bir qəzet də nəşr etmişdir.

[ii] Qəzetdə “çingənə” sözünün üzərinə çıxış əlaməti qoyulub, “qaraçı” deyə izah verilmişdir.

[iii] Haşım bəy Vəzirov (1868-1916) – 1905-ci il inqilabından sonra burjua mətbuatında və mütərəddid mətbuatda fəaliyyət göstərən jirnalist və yazıçı idi.

[iv] “Səda” – 1909-1911-ci illərdə Bakıda Haşım bəy Vəzirovun redaktorluğu ilə nəşr olunan gündəlik “ədəbi, siyasi, fənni, iqtisadi və ictimai” qəzet idi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info