Qonaq Kitabı
TAZİYANƏLƏR

Sən bir də edərsənmi nəmaz əmrinə iqdam?

 

İlk dəfə “Həqiqət” qəzetində (11 iyul 1910, â„– 157) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

22

KIMDIR ARIF? – DEYƏ SORDUM, DEDILƏR, ƏSRƏ GÖRƏ

 

Kimdir arif? – deyə sordum, dedilər, əsrə görə:

Arifin indi nə dini və nə imanı olur.

Bunu bildim, tanıdım, zahidi sordum, dedilər:

Zahidin heç şeyi olmazsa, cibişdanı olur.

 

İlk dəfə “Həqiqət” qəzetində (12 iyul 1910, â„– 158) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

23

OĞLUNUN VASITEYI-XILQƏTI OLMAQLA FƏQƏT

 

Oğlunun vasiteyi-xilqəti olmaqla fəqət,

Atalıq borcunu ifa edəməz insanlar;

Atalıq borcu eyi tərbiyənin qeyri deyil,

Yoxsa bir işdədir insanlar ilə heyvanlar.

 

İlk dəfə “Həqiqət” qəzetində (13 iyul 1910, â„– 159) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

24

DEYIRDIK BIR ZƏMANLAR BIZ KƏMALI-FƏXRÜ HÜMMƏTLƏ

 

Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə:

“Cəhangiranə bir dövlət çıxardıq bir əşirətdən!”[viii]

Bu gün də iftixar etsək səzadır fərti-qeyrətlə:

Kərəmkaranə beş dövlət yetişdirdik rəiyyətdən!

 

İlk dəfə “Həqiqət” qəzetində (14 iyul 1910, â„– 160) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

25     

MÜTLƏQIYYƏTDƏ ƏBD ŞƏKLINDƏ

 

Mütləqiyyətdə əbd şəklində

Mütəşəkkil olan nifaqü təzad

Dövri-məşrutədə siyasət ilə

Mülki-İranə salmasınmı fəsad?

 

İlk dəfə “Həqiqət” qəzetində (15 iyul 1910, â„– 161) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

26

BIR MÜDIRIN KI, KEÇMƏYƏ QOLUNA

 

Bir müdirin ki, keçməyə qoluna

Qolu bulvarda bir gözəl sənəmin,

O necə millətiçəkər qabağa,

Ya “Səda”sı nasıl çıxar qələmin?

 

İlk dəfə “Həqiqət” qəzetində (16 iyul 1910, â„– 162) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

27

BİR GÜL

 

Vaiz ki, çıxar minbərə, hey püflər odu,

Təkfirə qoyar kimin ki, eşq isə modu;

Vardır deyəsən bu xazini-niyranın

Ağzında ekstrenni kafir zavodu.

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 iyul 1910, â„– 28) “Bağban” imzası ilə çap olunmuşdur.

 

28

SİPƏHDAR DEYİR Kİ:

 

Arşimed:[ix] “Bir nöqtə bulsaydım, ona bilistinad

Qaldırardım cürmi-ərzi” – söyləmişdir; leyk mən

Qaldırardım büsbütün İranı da, Turanı da –

Kisəmə girsəydi ancaq bir beş-on yüz min tümən.

 

İlk dəfə “Günəş” qəzetində (18 avqust 1910, â„– 1) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

29

HÜSEYN KƏMAL[x] DEYİR Kİ:

 

Tənü təhqirə təhəmmül edərəm mən, lakin

Tən edən zati-firumayədə vicdan olsa;

Nə gözəldir bu sözü şairi-osmaninin:

“Tən edən dinimizə bari müsəlman olsa”.

 

İlk dəfə “Günəş” qəzetində (9 sentyabr 1910, â„– 5) imzasız çap olunmuşdur.

 

30

RƏMƏZAN SÖHBƏTİ

 

Bizim hacı deyir ki:

 

Ələman artıq orucdan, ələman!

Qoymadı taqət oruc məndə, inan!

Sən oruc yersən[xi], balam, lakin məni

Yer[xii] oruc hər ləhzə, hər an, hər zəman!

 

İlk dəfə “Günəş” qəzetində (13 sentyabr 1910, â„– 17) imzasız çap olunmuşdur.

 

 

31

ORUC DEYİR Kİ:

 

Ey hacı, məndən şikayət eyləmə,

Kəndinə[xiii] et kəndi şəkviyyatını;

Mən səni illərlə görmək istəməm,

Sərmühərrir görsə səhviyyatını!

 

İlk dəfə “Günəş” qəzetində (15 sentyabr 1910, â„– 18) imzasız çap olunmuşdur.

 

 

32

“SƏDA”NIN 162-ci NÖMRƏSİNƏ

 

Şairəm, əsrimin ayinəsiyəm,

Məndə hər kəs görür öz qaş-gözünü;

Necə kim, dün “Birisi”[xiv] baxdı mənə,

Gördü ayinədə ancaq özünü.

 

İlk dəfə “Günəş” qəzetində (17 sentyabr 1910, â„– 19) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info