Qonaq Kitabı
TAZİYANƏLƏR

 

 

33

E`TILA ETDIKCƏ, DERLƏR, YÜKSƏYƏ TƏYYARƏLƏR

 

E`tila etdikcə, derlər, yüksəyə təyyarələr –

Görməyə nail olur hər yanda alçaq yerləri.

Işbu qanunu bizim mənsəblilər bilsəydi, ah,

Bir görə görsəydi də alçaqdakı müztərləri!..

 

İlk dəfə “Günəş” qəzetində (28 sentyabr 1910, â„– 27) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

34

KƏNDLİ DEYİR Kİ:

 

Bakıda nafiz ikən əllidən artıq üləma, -

Rəməzan eydini tək bircə gün elam etdi;

Yenə az-çox bərəkət varsa bizim qəryədədir,

Iki alim hərəsi bir günü bayram etdi.

 

İlk dəfə “Günəş” qəzetində (6 oktyabr 1910, â„– 34) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

35

BAKILI DEYİR Kİ:

 

Rəməzan eydinin icrasını hərçənd bizə

Həzərati-üləma bircə gün elam etdi;

Biz o bir gündə də açdıq dükan, aldıq, satdıq,

Ancaq onlar qara məxluq ilə bayram etdi.

 

İlk dəfə “Günəş” qəzetində (7 oktyabr 1910, â„– 35) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

36

ŞAH DEDI: - AĞLAYIRAM, BƏS KI, ÜZÜM ÇIRKINDIR

 

Şah dedi: - Ağlayıram, bəs ki, üzüm çirkindir,

İldə bir görsəm əgər ayinədə surətimi!

Ona ərz etdi vəziri: - Səni hər gün görürəm,

Nə qədər ağlayıram, şimdi düşün halətimi!..

 

İlk dəfə “Günəş” qəzetində (8 oktyabr 1910, â„– 36) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

37

INTELIGENTLƏR DEYIR KI:

 

Deyirik haləti-təhsildə: millət! millət!

Diplom alcaq görünür bizlərə illət millət;

Basırıq bağrımıza hər birimiz bir hacını,

Canı çıxsın ki, görür min cürə zillət millət!..

 

İlk dəfə “Günəş” qəzetində (8 oktyabr 1910, â„– 36) “Palanduz” səhifəsinin 1-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

“Günəş” qəzeti 1910-cu il 8 oktyabr tarixli 36-cı nömrəsindən etibarən “Palanduz” adı altında “Həftəlik məzhəkə səhifəsi” açmışdı. Sabirin həmin səhifə üçün yazdığı satiraları “Nizədar” imzası ilə, çox vaxt “Çuvalduz” adı altında çap olunardı.

 

 

38

İRANLILAR DEYİR Kİ:

 

Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,

Yarın İranımız, əlbəttə ki, bir babət olur;

Biz bu qeyrətlə bütün aləmə fəxr etməliyiz

Ki, ufaq dövlətimiz bir neçə zor dövlət olur.

 

İlk dəfə “Günəş” qəzetində (11 oktyabr 1910, â„– 38) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

39

SÖYLƏ, TƏQSIRI NƏDIR, TAPDALAYIRSAN YAZIĞI?

 

-         Söylə, təqsiri nədir, tapdalayırsan yazığı?

-         Boylə işlər çox olur, cümləsi şeytan işidir!

-         Etdiyin cürmünü şeytan adına çıxma, onun

Yox bu işdən xəbəri, söylə: müsəlman işidir!

 

İlk dəfə “Günəş” qəzetində (15 oktyabr 1910, â„– 42) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

40

MİLLƏT DEYİR Kİ:

 

İnteligent ağalar, biz sizi çoxdan tanırıq...

Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur!

Biz niyə məktəbi, təhsili-ülumi sevirik,

Çünki məktəb adına bizdə xəyanət yoxdur.

 

İlk dəfə “Günəş” qəzetində (15 oktyabr 1910, â„– 42) “Palanduz” səhifəsinin 2-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

 

 

41

QLASNI SEÇKISINI QOYDU DUM MÜZAKIRƏYƏ

 

Qlasnı seçkisini qoydu dum müzakirəyə,

Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət.

Qlasnı olmaq iki şərtə bağlıdır ancaq:

Birinci rüşvət, ikinci hədə, fəqət xəlvət.

 

İlk dəfə “Günəş” qəzetində (17 oktyabr 1910, â„– 43) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

42

BAKILILAR DEYIRLƏR KI:

 

Şamaxlılar kimi işsiz, kifayəsiz deyiliz

Ki, tek vuraq dumaya biz ana lisanı üçün;

Klubda, bağda, qoruqda var ol qədər işimiz

Ki, ev, uşaq yada düşmür, o Anna canı üçün!...

 

İlk dəfə “Günəş” qəzetində (18 oktyabr 1910, â„– 44) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

43

DİLƏNÇİ DEYİR Kİ:

 

Əl açıb sail olmağın xoşdur,

Gərçi bir həbbə sim isə diləyin;

O səfilanə sirqətindən kim,

Kəsilə bir fülus üçün biləyin.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info