Qonaq Kitabı
TAZİYANƏLƏR

 

İlk dəfə “Günəş” qəzetində (20 oktyabr 1910, â„– 46) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

44

ÇOX TƏƏCCÜB EDİRƏM TƏRZİ-CƏDİDƏ Kİ, ONU

 

Çox təəccüb edirəm tərzi-cədidə ki, onu

Əcnəbilər oxuduqca hünər izhar ediyor.

Halbuki millətimizdən onu kim ki, oxuyur,

Qaliba həzrəti-allahı da inkar ediyor.

 

İlk dəfə “Günəş” qəzetində (21 oktyabr 1910, â„– 47) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

45

GƏRÇİ PƏRVAZ ETDİ AYROPLAN DÜNƏN BİR QUŞ KİMİ

 

Gərçi pərvaz etdi ayroplan dünən bir quş kimi,

Aləmi heyrətdə qoydu elmü irfan naminə;

Leyk bizlərtək hələ qadir deyildir uçmağa,

Rəxti-xab içrə yatarkən hurü qılman naminə...

 

İlk dəfə “Günəş” qəzetində (22 oktyabr 1910, â„– 48) imzasız çap olunmuşdur.

 

 

46

AXŞAM OLCAQ UÇENİKLƏR HƏRƏ BİR MADMAZELİN

 

Axşam olcaq uçeniklər hərə bir madmazelin

Keçirib qol qoluna küçədə cövlan ediyor;

Sonyalar bunları tədris edəsiymiş, əcəba,

Uçitellər dəxi məktəbdə nə meydan ediyor?!

 

İlk dəfə “Günəş” qəzetində (22 oktyabr 1910, â„– 48) “Palanduz” səhifəsinin 3-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

 

 

47

CÜMƏLƏRDƏ DÜKAN AÇMAZ BAKILI

 

Cümələrdə dükan açmaz bakılı

Istəsən gəz Bakının hər yerini;

Ancaq, ancaq... arasından qapının

Şey satıb razı edər müştərini.

 

İlk dəfə “Günəş” qəzetində (24 oktyabr 1910, â„– 49) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

48

ÖYMƏ NƏSƏBİ, ÖYMƏYƏ ŞAYİSTƏ HƏSƏBDİR

 

Öymə nəsəbi, öyməyə şayistə həsəbdir

Gördük o müləvvəsləri kim, paknəsəbdir.

Hərçənd ki, dünyadə oğul varisi-əbdir,

Ən xeyrli miras, vəli, elmü ədəbdir.

 

İlk dəfə “Günəş” qəzetində (26 oktyabr 1910, â„– 51) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

49

CƏVANKƏN FƏQRDƏN ETMƏ ŞİKAYƏT

Cəvankən fəqrdən etmə şikayət

Cəvanliqdan böyük bir sərvət olmaz!

Qoca müstəğniyi-sərvət də olsa,

Qolunda bir çocuqca qüvvət olmaq!

 

İlk dəfə “Yeni füyuzat” jurnalında (26 oktyabr 1910, â„– 2) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

50

OĞRULARDAN DA BƏDƏXLAQ QUMARBAZLARDIR

 

Oğrulardan da bədəxlaq qumarbazlardır,

Çünki bu firqədə onlar kimi cürət yoxdur;

Gərçi bunlarda da, onlarda da vicdana görə

Səyu namusu həya, hümmətü qeyrət yoxdur.

 

İlk dəfə “Günəş” qəzetində (27 oktyabr 1910, â„– 52) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

51

TAP GÖRÜM!..

 

Həp kiçiklər kiçik ikən böyüyür,

O nədir ki, böyük ikən kiçilir?

 

Al, tapdım!..

Bu kiçilmək fəqət müsəlmanın

Boyuna hər bir əmrdə biçilir!

 

İlk dəfə “Günəş” qəzetində (28 oktyabr 1910, â„– 53) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

52

MÜLKİ-ŞİRAZƏ ZİLLİ-SULTANIN

 

Mülki-Şirazə Zilli-Sultanın[xv]

Yenə hakimliyi müqərrər isə,

Kim deməz ömrü bitdi İranın –

On min ildən daha müəmmər isə?!

 

İlk dəfə “Günəş” qəzetində (29 oktyabr 1910, â„– 54) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

53

MÜRTƏCELƏR, SEVİNİN, KİŞVƏRİ-IRANƏ YENƏ

 

Mürtəcelər, sevinin, kişvəri-İranə yenə

Tanıyıb bildiyiniz sayeyi-sultan gəlir!

 

Pişvazə yüyürün, gəlcək öpün əllərini,

Çünki bu zati-mükərrəm sizə mehman gəlir!

 

Hələlik dinməyəcək, oylə ki, bərkizdi yerin

Verməyə hürrlərin qətlinə fərman, gəlir!

 

Mülki-Təbrizdə kəsdirdiyi qurbanlardan

Indi Şirazda kəsdirməyə qurban, gəlir!

 

İlk dəfə “Günəş” qəzetində (29 oktyabr 1910, â„– 54) “Palanduz” səhifəsinin 4-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

 

 

54



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info