Qonaq Kitabı
TAZİYANƏLƏR

ZİLLİ-SULTANA, AMANDIR, VERMƏYİN İRANA YOL

 

Zilli-Sultana, amandır, verməyin İrana yol

Rəhm edin bir kərrə xəlqüllaha, allah eşqinə!

Işbu millət xainin mən, sən deyil, aləm tanır,

Yalxı xəlqüllah deyil, allah satar şah eşqinə!

 

İlk dəfə “Günəş” qəzetində (31 oktyabr 1910, â„– 55) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

55

ONLAR Kİ, EDİR HÖRMƏTÜ NAMUSUNU TƏQDİS

 

Onlar ki, edir hörmətü namusunu təqdis –

Bir digərinin irzinə eylərmi xəyanət?

Dersə ki, zinakarləin qeyrəti olmaz,

Olmazmı mənim işbu sözüm eyni həqiqət?!

 

İlk dəfə “Günəş” qəzetində (1 noyabr 1910, â„– 56) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

56

SAXTƏ BİR XƏTTİ-XAM İLƏ MƏNƏ KAĞIZ YAZIB

 

Saxtə bir xətti-xam ilə mənə kağiz yazib,

Ey məni təhdid edən min dürlü təkidat ilə!

Boylə: “Xortdan gəldi, dur, qaç!” sözlərin get tiflə de!

Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!..

 

İlk dəfə “Günəş” qəzetində (3 noyabr 1910, â„– 58) “Ə.S.” imzası ilə çap olunmuşdur.

M.Ə.Sabirin parlaq ədəbi nailiyyətləri, mütərəqqi ictimai fəaliyyəti onun əleyhdarlarının kin və qəzəbini artırmışdı. Onlar böyük şairə qarşı açıq mübarizə apardıqları kimi, gizli hədə məktubları yazmaqdan da çəkinmirdilər. sabir isə öz əleyhdarlarına kəskin taziyanələrlə cavab verirdi.

 

 

57

HATİFDƏN GƏLƏN BİR NİDA DEYİR Kİ:

 

Görəsən Məmdəlinin yapdığı əfalı nədir?

Bu səyahətdən onun qayeyi-amalı nədir?

Zilli-Sultan ilə, aya, nə üçündür bu görüş?

Naibüssəltənəyə ya deyəcək halı nədir?

 

Vyana teleqrafları deyir ki:

 

Qardaş oğlu, əmidir Məmdəli, Zilli-Sultan,

Sənə nə ta biləsən bunların əqvalı nədir?

Şübhələnmə, yox onun gizlicə bir başqa işi,

O gedir ta görə Avropanın əhvalı nədir.

 

“Naye-Fraye-Press” qəzetəsi deyir ki:

 

Bizə pək doğru xəbərlər yetişir İrandan,

Yazıyorlar ki, işin surəti, əşkallı nədir!

Istəyir Məmdəli hürriyyətə bir zərbə vura,

Yoxsa Avropada bica onun əşğalı nədir?!

 

Berlin mətbuatı inandırır ki:

 

Bizcə, Rusiyyə bilir Məmdəlinin məqsədini

Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?!

Yenə İranə onu şah edəcəklər deyəsən,

Gər bu şah olsa yazıq millətin əhvalı nədir?!

 

Rusiya mətbuatı deyir ki:

 

O özü gəzməyə çoxdan bəri müştaq idi,

Ona lazım deyil İran nədir, əmsalı nədir!

O, siyasi işə hərgiz də qarışmaz, çünki

Özü çox yaxşı bilir ki, bu işin dalı nədir...

Məclis ol vəqt ona bir çet də məvacib verməz,

O zaman Məmdəlinin söyləyəcək qalı nədir?

Naibüssəltənə ilə bu səfərdə ancaq

Görüşüb söyləşəcək: keyfi nədir, halı nədir!

Gələcək məsədətiçin danışıb İranın –

Ona yol göstərəcək surəti-ikmalı nədir!

 

Məşhur professor Vamberi[xvi] deyir ki:

 

Oylə aşiqləri var Məmdəlinin İranda –

Canınıfədyə verər, mülki nədir, malı nədir!

Naibüssəltənəyə - əksinə tənzimatın –

Məmdəli hər nə desə yap, onun ehmalı nədir?

 

Biz də deyiriz ki:

 

Görəsən boylə ağırdan yatan iranlıların

Üstə saldıqları yorğanların əsqalı nədir?

Daşmıdır, kütləmidir, ahənü fuladmıdır?

Yox, ölüm yorğanıdır, bunlara əmsalı nədir!

 

İlk dəfə “Günəş” qəzetində (5 noyabr 1910, â„– 60) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

58

“TƏRCÜMANİ-HƏQİQƏT”[xvii] DEYİR Kİ:

 

Xəstəmiz Əbdülhəmid[xviii] artıq sağaldı, səmridi,

Şimdiki halilə məmnuniyyət izhar eyləyir;

Şey yeyir, çalqı çalır, gahi yazır, gahi oxur,

Vəqtini bəzən də dülgərlikdə imrar eyləyir.

 

Əbdülhəmid deyir ki:

 

Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin

Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam;

Lafövəllah, hökmranlıq etdiyim günlərdə də

Kəsmişəm, kəsdirmişəm, sultani-cəbbar olmuşam.

İlk dəfə “Günəş” qəzetində (9 noyabr 1910, â„– 63) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

59

HALƏTİ-MƏSTLİYİNDƏ NƏ OLUR, EY ƏYYAŞ!

 

Haləti-məstliyində nə olur, ey əyyaş!

Baxıb ayinəyə görsən əcəba surətini;

O kərahət, o səfalət, o rəzalət tökülən

Surətindən utanıb, anla nədir siyrətini?!

 

İlk dəfə “Yeni fuyuzat” jurnalında (9 noyabr 1910, â„– 4) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

60



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info