Qonaq Kitabı
TAZİYANƏLƏR

Seyyidim, hicrində ərzi-şurişi-həşr eylərəm.

Ən boğuntu bir “Səda”[iv] ilə dedi: görməzmisən –

Hiylələr icad edib, bir qəztəçik nəşr eylərəm.

 

İlk dəfə “Zənbur” jurnalında (25 iyun 1910, â„– 22) “Patıltı” imzası ilə çap olunmuşdur.

 

11

... DEYİR

 

Oylə səngindir ki, əsqali-təəssübdən yüküm,

Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm!

 

İlk dəfə “Həqiqət” qəzetində (27 iyun 1910, â„– 145) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

12

TAPDIM!..

 

Qoy sağ olsun başımız, düşməsin əsla ayağa,

O bizi torğa qoyub, gərçi satıb yandırdı;

Bir qədəh şol[v] ... suyu şimdi iki yüz yirmi beşə

Bizə işdirmək ilə yanğımızı qandırdı.

 

İlk dəfə “Həqiqət” qəzetində (28 iyun 1910, â„– 146) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

13

HANKI ALÇAQ BIR ƏLIN QEYD ETDIYI XƏTDIR O KI

 

Hankı alçaq bir əlin qeyd etdiyi xətdir o ki,

Büsbütün təqdirə şayan xətlərin əlasıdır?

Mən bunu hər əhli-vicdandan sual etdim, dedi:

Xəlinə Əbdülhəmidin çəkdiyi imzasıdır.

 

İlk dəfə “Həqiqət” qəzetində (29 iyun 1910, â„– 147) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

14

-         YOLDAŞIM, YATMIŞMISAN?

 

-         Yoldaşım, yatmışmısan?

-         Yox, bir sözün varsa, buyur!

-         On manat qərz istərəm...

-         Yox, yox, bəradər, yatmışam!

 

İlk dəfə “Həqiqət” qəzetində (30 iyun 1910, â„– 148) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

15

BAŞQA MILLƏTDƏN HÜQUQUN ALMAQ ÜÇÜN HƏR ZAMAN

 

Başqa millətdən hüququn almaq üçün hər zaman

İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!

Bizdən isə satmağa namüsü irzi-milləti

Etidaliyyun, himariyyun, fəsadiyyun çıxar!

 

İlk dəfə “Həqiqət” qəzetində (2 iyul 1910, â„– 23) “Patıltı” imzası ilə çap olunmuşdur.

 

 

16

DÜN OXURKƏN BIR MÜDIRI-MƏKTƏBIN MƏKTUBUNU

 

Dün oxurkən bir müdiri-məktəbin məktubunu

Min qələt gördüm qarışmış bir vərəq imlasına;

Uf!.. Yazıq millət, dedim, bilsəydiniz məktəb nədir,

Boylələr düşməzdi təlim etmənin sövdasına.

 

İlk dəfə “Həqiqət” qəzetində (4 iyul 1910, â„– 151) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

17

ƏLHƏZƏR, QOYMA BAXA ƏKSIMƏ ZAHID KI, ONUN

 

Əlhəzər, qoyma baxa əksimə zahid ki, onun

Nuri-həq dideyi-xudbininə zülmət görünür;

Qoy bu ayinəyə ol paknəzər baxsın ki,

Bütün əşyadə ona nuri-həqiqət görünür.

 

İlk dəfə “Həqiqət” qəzetində (6 iyul 1910, â„– 153) “S.” imzası ilə çap olunmuşdur.

 

 

18

QƏZTƏLƏR TÖVQIFINI YALNIZ SIPƏHDAR ƏKMƏYIR

 

Qəztələr tövqifini yalnız Sipəhdar[vi] əkməyir,

Bizdə də əksik deyildir boylə biidraklər!

Çarparaq cari olan bunca məarif seylinin

Qarşısın sədd etməyə qabilmidir xaşaklər?!

 

İlk dəfə “Həqiqət” qəzetində (8 iyul 1910, â„– 155) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

19

SANMA BIR MƏSLƏKI TƏQIBLƏ MÖHKƏM QALARAM

 

Sanma bir məsləki təqiblə möhkəm qalaram,

Əlli arxın suyunu gündə bir arxa calaram!

Kefimin gəlməsinə[vii] bax, nə gərək yaxşı, yaman?

Mən gəhi mixi, gəhi nəli döyüb tapdalaram.

 

Burjua mühərriri Haşım bəy Vəzirovun dilindən yazılan bu taziyanə ilk dəfə “Həqiqət” qəzetində (9 iyul 1910, â„– 156) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

20

DÜN BIR EŞŞƏKXISAL INSANƏ

 

Dün bir eşşəkxisal insanə

Gəlməmiş xoş təraneyi-zənbur;

Atdı şıllaq, dedim, əfəndim, sus,

Dağılar bilmə xaneyi-“Zənbur”.

 

Haşım bəy Vəzirov haqqında deyilən bu taziyanə ilk dəfə “Zənbur” jurnalında (9 iyul 1910, â„– 24) “Patıltı” imzası ilə çap olunmuşdur.

 

 

21

CƏNNƏTDƏKI HURILƏRI, QILMANLARI ALLAH

 

Cənnətdəki huriləri, qılmanları allah, -

Qovdum, - deyə bir vəhylə etsə səni ifham,

Zahid mən ölüm, gizləmə, aç sidqini söylə,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info