Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

Ta xəlqin qapısından.

Qorxmuram mən sizdən,

Hər nə bilsəniz edin!

Yaxşısı budur, siz gedin,

Öz iş-gücünüzə.

Q o ç u l a r

Sənsən Məşədi İbadın

Gəlnin əlindən alan.

Sənsən xəlqin evin yıxan.

Səndə vardır çox günah,

Gəldik səni öldürək.

Ta kim, Məşədi xoş olsun.

Biz də ondan pul alaq,

Eyşü işrətə məşğul olaq

Ondan biz!

Əsgər (qoçulara). Çıxardın piştoları, hazır olun! Mən bir, iki, üç dedikdə siz atın! Hazır olun! Bir... iki...

 

Sərvər fit çalır, qaradovoy çağırır. Qoçular həmən saat qoyub qaçırlar.

Hambal ilə Məşədi İbad dəxi qaçırlar. Sərvər gülür.

 

G ü l n a z. Ax, qorxudan ürəyim üstümdə durmur.

S ə r v ə r. Heç qorxma, bəri gəl, gedək otağa. (Gedirlər)

 

Bu əsnada Rüstəm bəy küçədə vaqe olub, həyətə girmək istəyir.

 

R ü s t ə m  b ə y. Hərçənd Məşədi İbadın bir-iki min manat qulağını kəsdim, amma Gülnaza yazığım gəlir. Binəva bədbəxt olacaqdır. Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun.

 

İstəyir ki, içəri girsin, bu əsnada Sərvər dəxi həyətdən çıxır.

Bunlar bir-birini görüb, bir qədər təəccüb ilə baxışırlar.

 

 

R ü s t ə m  b ə y. Sən kimsən və mənim evimdə nə qayırırsan?

S ə r v ə r. Mən bir student babayam və sənin evində heç nə eyləmirəm.

 

Gülnaz ilə sənəm çıxırlar.

 

R ü s t ə m  b ə y (acıqlı). Bu saat de görüm, nə cürət edib mənim evimə gəlibsən?

G ü l n a z. Öldürəcəkdir, hamımızı qıracaqdır.

S ə n ə m. Allah, sən saxla, yazığıq!...

S ə r v ə r. Mən sənin evinə heç vaxt gəlməzdim, hərgah, sənin qızına aşiq olmasaydım və sənin qızın da mənə aşiq olmasa idi.

R ü s t ə m  b ə y (hirs ilə). Bu nə sözdür danışırsan? Nə cürət edirsən? Bu saat başına bir patron çaxaram ki, beynin dağılar.

S ə r v ə r. Patronu mən özüm çağacağam.

R ü s t ə m  b ə y. Kimə?

S ə r v ə r. Özümə!

R ü s t ə m  b ə y. Bu nə sözdür!

S ə r v ə r. Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam.

R ü s t ə m  b ə y (acıqlı). Sən mənim qızımı öldürə bilməzsən!

S ə r v ə r. Sənin xəbərin olmayacaqdır.

R ü s t ə m  b ə y. Neçün?

S ə r v ə r. Çünki əvvəlcə səni öldürəcəyəm.

R ü s t ə m  b ə y. Bu nə danışır, ədə, dəlidir nədir?

S ə r v ə r. Bax, sən bu qızı bədbəxt eyləmək istəyirsən. Amma mən, Sərvər, sən Rüstəm bəyə deyirəm ki, hərgah qızı mənə verməsən, onda bir güllə sənə, bir güllə ona və bir güllə də özümə vuracağam! (Gedir.)

R ü s t ə m  b ə y. Bacı oğlu, bir bura bax! Axı, mən özgəsinə söz vermişəm, iş-işdən keçibdir.

S ə r v ə r. Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm.

R ü s t ə m  b ə y. Nə tövr düzəldərsən?

S ə r v ə r. Əvvəl de görüm, acığın soyudumu?

R ü s t ə m  b ə y. Soyudu.

 

Sərvər əyilib onun qulağına nə isə deyir.

 

R ü s t ə m  b ə y. Əşi, qoy görək! Eylə də iş olarmı?

S ə r v ə r. Sənin canın üçün, mən düz deyirəm, razısanmı?

R ü s t ə m  b ə y. Yaxşı, razıyam, amma bəlkə baş tutmadı?

S ə r v ə r. Onda qızı hər kəsə istəyirsən ver?

R ü s t ə m  b ə y. Çox gözəl!

S ə r v ə r. Amma sən Məşədi İbada heç bir söz demə və onu tələsdir ki, tez toy eləsin.

R ü s t ə m  b ə y. Çox gözəl, deyəsən ağıla batan şeydir, görək?

S ə r v ə r. Bax, əyər iş tutdu – tutdu və illah tutmadı...

(Musiqi)

H a m ı

Babalı Sərvərin boynuna. (2 dəfə)

S ə r v ə r

Əyər işi düz eləməsəm.

R ü s t ə m  b ə y

Düz eləməsən...

S ə r v ə r

Gər bacarmasam...

R ü s t ə m  b ə y

Gər bacarmasan...

H a m ı

Babalın Sərvərin boynuna. (2 dəfə)

 

Musiqi çalınır, oynayırlar və sonra gedirlər. Məşədi İbad pərişan və

Pəjmürdə bir hal ilə küçədə vaqe olur, hambal da dalınca.

(Musiqi)

M ə ş ə d i  İ b a d (bayatı oxuyur)

Ayrı düşdüm yarımdan,

Əl çəkmişəm canımdan.

O qədər başımı itirmişəm ki,

Adım çıxıb yadımdan.

H a m b a l

Mən aşiq o kəndə də,

Belə o kəndə də, bu kəndə də.

Belə əcəb oğlan qoyub getmisən

A bu kişini əkən dədə!

 

Küçə adamları hamısı buraya yığılırlar.

 

M ə ş ə d i  İ b a d

İşlərin hamısı zülüm getdi.

At axtardım çulum getdi.

Cavan qıza bel bağladım,

Beş min manat pulum getdi.

(Musiqi)

 

A d a m l a r

Əvvəldən aşina idin, yad oldun nədən? (2 dəfə)

Səni qoydu qaçdı o nazik bədən!

Ay belə iş olmaz, bala,

Heç belə iş olmaz!

Aman, aman, aman, aman,

Ay belə iş olmaz, bala,

Heç belə iş olmaz!

M ə ş ə d i  İ b a d

Əvvəldən bilseydim verməzdim pulu, (2 dəfə)

Xəlqin eyləməzdim cibini dolu.

Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!

Aman, aman, aman, aman!..

Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!

A d a m l a r



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info