Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

H a m b a l. Məşədi, olmaya oğurluğa gedirsən?

M ə ş ə d i  İ b a d. Kəs səsini, axmaq! Adaxlıbazlığa gedirəm!

H a m b a l. Məşədi, Allah qüvvət versin, amma belimi şikəst eylərsən. (Yıxılır. Məşədi İbad onun belinə çıxır və hasardan baxır.)

M ə ş ə d i  İ b a d. Ada, hambal, o yaylığı mənə ver!

H a m b a l. Məşədi, tərpənsəm yıxılarsan ki...

M ə ş ə d i  İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir də çıxanda yaylıq açılır, alma, armud yerə dağılır.)

M ə ş ə d i  İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görəsən o kimdir?

G ü l n a z (onu görüb). Vay, dədəm vay!.. O kimdir? Mən qaçıram! (Qaçır)

M ə ş ə d i  İ b a d (Sərvərə). Oğlan, sən kimsən?

S ə r v ə r. Bəs sən kimsən?

M ə ş ə d i  İ b a d. Mən Məşədi İbadam!

S ə r v ə r. Mən Sərvərəm!

M ə ş ə d i  İ b a d. Bəs sən orada nə qayırırsan?

S ə r v ə r. Bəs sən orada nə qayırırsan?

M ə ş ə d i  İ b a d. Mən adaxlıbazlığa gəlmişəm!

S ə r v ə r. Mən də adaxlıbazlığa gəlmişəm!

H a m b a l. A Məşədi İbad belim şikəst oldu.

M ə ş ə d i  İ b a d. Ada, dayan görum bu nə deyir? Qoçaq, sən kimin adaxlısı-san?

S ə r v ə r. Qoçaq, bəs sən kimin adaxlısısan?

M ə ş ə d i  İ b a d. Mən Rüstəm bəyin qızı Gülnaz xanımın!

S ə r v ə r. Mən də Rüstəm bəyin qızı gülnaz xanımın!

M ə ş ə d i  İ b a d (acıqlı). Kəs səsini, axmaq! Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən?

S ə r v ə r. Axmaq sənsən ki, hasara dırmaşmısan!

H a m b a l. A Məşədi, belim qırıldı, düş aşağı!

M ə ş ə d i  İ b a d. Qurban olasan bu altımdakı hambala, yoxsa  əhədini kəsərdim! (Düşür.)

S ə r v ə r. Heç bu iş pis olmadı, görək axırı nə olacaq?

H a m b a l. Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən.

M ə ş ə d i  İ b a d (hambala). Heç başa düşmürəm ki, bu nə işdir?

H a m b a l. Məşədi, deyəsən qızın iki namizədi vardır?

M ə ş ə d i  İ b a d. Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzum birisi də o tayda olsun? Ay bivəfa arvad! (Fikirə gedir.)

 

(Musiqi)

 

M ə ş ə d i  İ b a d (rast oxuyur)

Mən nə danəstəm öz əvvəl ke, to bi mehro vəfai,

Əhdi nabəstən əz on beh ke, bə bəndi ya nə pai.

Burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür.

Məcnun o tayda ahü-zar edir,

Leyli bu tayda əğyar ilə eyş edir.

 

(Musiqi)

 

İndi mən bu tayda hambal ilə qalmışam,

Yarım da o tayda əğyar ilə söhbət edir.

Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam! (Gedir.)

Gülnaz ilə Sərvər çıxıb oxuyurlar.

 

S ə r v ə r (şikəsteyi-fars oxuyur)

Ey mələksima ki, səndən özgə heyrandır sana,

Həqq bilir, insan deməz, hər kim ki, insandır sana

Verməyən canın sənə bulmaz həyati-cavidan,

Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

G ü l n a z və S ə r v ə r (təsnif oxuyurlar)

Gözəlim sənsən mənim.

(Musiqi)

Mehribanım, həmdəmim.

(Musiqi)

Dəxi yoxdur heç qəmim,

Çox şükür sənə, ey xuda!

Olmadıq biz əğyarə fəda.

(Musiqi)

Sən mənimsən, mən sənin.

(Musiqi)

Ola bilməz özgənin.

(Musiqi)

Həmi bir can, bir tənin,

Çox şükür sənə, ey xuda!

Olmadıq biz əğyarə fəda.

(Musiqi)

Dərdimə tapdım dava,

Qalmadı heç bir səfa.

Axır ki, gördük cəfa,

Çox şükür sənə, ey xuda!

Olmadıq biz əğyara fəda.

Əğyara fəda, əğyara fəda...

 

Bu ənada Qoçu Əsgər və başqa adamlar gəlib,

Məşədi İbadla birlikdə hasarın dalında dayanıb baxırlar.

 

M ə ş ə d i  İ b a d. Eşidirsiniz? Bayatı oxuyur.

Bunlar hasarın deşiklərindən baxırlar.

G ü l n a z

Aləmi pərvanəyi-şəmi-camalın qıldı eşq,

Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Ə s g ə r. Oxa!.. Qız da oxuyur ki!

M ə ş ə d i  İ b a d. İndi gördünmü iş nə haldadır?

Ə s g ə r. Məşədi İbad, bir bəri zəhmət çək. (Qabağa gətirib, nə isə deyir)

S ə r v ə r

Çıxma, yarım, gecələr, əğyar tənindən sakın,

Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Ə s g ə r. İki min manat pul verərsən: bir min mənim, bir min də yoldaşlarımın.

M ə ş ə d i  İ b a d. Mən yazıq bir o qədər pulu sənə haradan verim?

Ə s g ə r. Özün bil, istərsən çıxaq gedək. Sən də camaat içində biabır ol. Heç kəs də sən ilə alver etməz. Sənin kimi binamus adamı biz heç içimizə qoymarıq. Adə, gedək!

M ə ş ə d i  İ b a d. Bir bura bax. Yaxşı,m verərəm. Sabah gəl pulları apar, amma indi bircə əvvəl bu oğlanı öldür, yoxsa onun səsini eşitdikcə bağrım çatlayır.

 

(Musiqi)

Q o ç u l a r

Ey, kimsən orda, aç qapını!

Aç qapını, gələk səni öldürək!

(Musiqi)

Pişto doludur, hazır etmişik,

Aç qapını, gələk səni öldürək!

Ey, kimsən orda, aç qapını!

Aç qapını, gələk görək kimdir o.

Ey kimsən, ey, aç qapını!

Aç qapını, gələk səni öldürək!

G ü l n a z

Ax, Sərvər, qorxuram, səni öldürər bunlar.

Gəl tez burdan qaçaq, tez-tez, gedək özgə şəhərə.

Ah, Sərvər, qorxuram,

Açma gəl qapını sən.

Yoxsa səni öldürər

Qoçunun gülləsi.

Gəl bəri, Sərvər, gəl!

Q o ç u l a r

Aç qapını!

S ə r v ə r

Söyləyin görüm bir siz,

Nə istəyirsiniz məndən?

Nə lazım sizə bu evdən,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info