LEYLİ VƏ MƏCNUN
Ey möhnəti-eşqdən xəbərdar, Gör, tanrı üçün, nə möhnətim var! Qıl şöleyi-ahimə nəzarə! Gər var isə rəhkin, eylə çarə! Seyr eylə fəzayi-hər diyari! Gəz cümleyi-dəştü kuhisari! Gör qandadır ol mənim pənahim! Şahim, mahim, ümidgahim! Hali-dilim ona ərz eylə! Billah, necə gördün isə söylə!" Ta vəqti-səhər bu idi hali, Təşvişdən olmaz idi xali. Mürği-səhəri çəkəndə avaz, Eylərdi bir özgə növhə ağaz: - "Key vay, tükəndi mayeyi-ömr! Xurşidə irişdi sayeyi-ömr! Dəmdir dəri-firsət ola məsdud, Müşkül görünə bəyani-məqsud. Dəmdir oyana yuxudan əğyar, Şərhi-qəmi-dərdim ola dişvar. Mən əxtəri-bürci-iştiyaqəm, Mən şəmi-səraçeyi-fəraqəm. Gündüz həbsim, gecə nəcatim, Gündüz movtim, gecə həyatim. Olmuş dünümə günüm mütabiq Gün görməz imiş bəlalı aşiq!"
BU, LEYLİNİN SƏBAYƏ PƏYAMİ-ƏHVALIDIR VƏ ÜMİD İLƏ DƏFİ-MƏLALIDIR[44]
Eylərdi səbayə dərdin izhar: - " Key badi-səba, dur indi, zinhar! El qafil ikən bu macəradən, Sultanə səna yetir gədadən. Gör munisü qəmgüsarı kimdir, Bizdən ki, usandı yarı kimdir. Könlü kimin ilədir təsəlli, Yadına gəlirmi hiç Leyli? Ərz eylə ki: "Ey gözəl şəhinşah! Haqdır sənə bəndədən bu ikrah... Əvvəl ki, bu dilfikarı gördün, Bir tazəvü tər baharı gördün. Hala ki, əsiri-dami-dərdəm, Manəndi-xəzan, zəifü zərdəm. Meyl eyləmisən məni-nizarə, Döndisə iradətin, nə çarə? Mən bərgi-xəzanəm, olmuşam xar,
BU, LEYLİNİN BAHAR ƏYYAMİ SEYRİ-GÜLZAR ETDİYİDİR VƏ GÜLZARDA MURADINA YETDİYİDİR[45]
Bir gün ki, bahari-aləmaray
BU, LEYLİNİN ƏBR İLƏ İZHARİ-NİYAZIDIR VƏ EŞQ BABINDA KƏŞFİ-RAZIDIR[46]
Əbr ilə təkəllüm etdi ağaz: - "Key ahim ilə həmişə həmraz! Göz yaşın ilə göyə yetərsən, Sanma məni-zardən betərsən! Ərz eyləmə rədü bərqü baran, Bəhs etmə mənimlə, ruzi-hicran! Fəryad qılıb dəmi-səhərgah, Əflakə çəkəndə şöleyi-ah, Seylabi-sirişk edəndə cari, Gəl, gör məni-zari-biqərari! Ey əbr, hər əksiləndə suyin, Dəryalərə tökmə abi-ruyin! Al suyi bu çeşmi-xunfəşandan, Dəryalərə həm bağışla ondan! Ey əbr, mənə dəmi vəfa qıl! Düşdü sənə hacətim, rəva qıl! Var ol üzü gül nigarə məndən, Zar ağla və söylə yarə məndən: Key türfə nigari-nazəninim! Vey arizuyi-dili-həzinim! Gəl gör ki qəmində necə zarəm, Sənsiz necə zarü biqərarəm! Gəl gör ki, nədir qəmində halım, Rəngi-rüxi-zərdü əşki-alım! Can bari-bədən götürməz oldu, Göz rəngi-vücudu görməz oldu Canım canı, gözümün çirağı, Rəhm eylə ki, gəldi rəhm çağı! Mən bilməz idim, bəla imiş eşq, Bir dərdli macəra imiş eşq. Derdin ki: bəla yolunda fərdəm, Eşq içrə sənə şəriki-dərdəm. Saldın məni-xəstəyi bu halə, Dərdə məni eylədin həvalə! Hər dərd ki, var Leyli aldı, Məlumdurur, sənə nə qaldı? Ey, mərd mənəm, - deyə uran laf İnsafmıdır bu? Qanı insaf!? Tut kim xəsü xari-rəhgüzarəm, Torpaq kimi yolunda xarəm, Xurşidi-cəmalın, ey məhi-növ, Toprağa nola buraxsa pərtöv? Barani-vüsalın, ey düri-nab, Qılsa xəsü xarı nola sirab? Olma meyi-qəflət ilə məlhuş; Həmsöhbətin eyləmə fəramuş! Ey yari-müvafiqü vəfadar! Ey mən kimi vü mənə səzavar! Gəl yanıma kəsmə aşinalıq, Yaxşımı olur bu bivəfalıq? Derlər səni aşiq, ey niku ru! Aşiqlərə böyləmi olur xu? Hər kim gərək öz işində kamil, Aşiq nə rəva ki, ola kahil? Aşiq gərək olmayıb qərari, Tövf edə müdam kuyi-yari. Düşməz bu yana sənin güzarın, Var ola məgər bir özgə yarın? Yarın mən isəm? Mənə nəzər qıl! Gahi bu yanaya bir güzər qıl! Gər səndə olan fərağəti-dil, Bir dəm mənə olsa idi hasil. Geysuyi-müsəlsəlü girehgir, Boynumda gər olmasaydı zəncir,
|