Qonaq Kitabı
NADANLIQ

N i y a z ə l i. Gözümüz aydın, a Hacı! AllaÒ»-taala genə sağ-salamat qurtardı!

Q u r b a n ə l i. Görükür, AllaÒ»ın şafqatı keçibmiş!

A ğ a k i ş i. Ay sağ olmuşlar! Bunları Ò»əmişəlik tutmamışdılar ki, ancaq aparmışdılar ki, Vəli ələ düşə. Naçalnik gördü ki, belə şeynən ələ gələn deyil, buraxdı.

H a c ı A b d u l l a. Yox, elə deyil, bizim işimiz lap katerijni dalı da pasılyan kəsilirmiş, çünki naçalnikə xəbər verirlər ki, guya Vəli gecələr bizdə yatır. AllaÒ» Ömərin işinə varsın, ərizəynən, şaÒ»idnən bizi bir tövr qurtardı.

M ə Ò» ə m m ə d a ğ a. Naçalnik özü sizinlə danışdımı?

H a c ı A b d u l l a. Necə ki! Gələndə bizi öz yanına aparıb nəsiÒ»ət verdi və dedi ki, "onu yəqin bilin ki, Ömərin xatirəsinə buraxıram; çünki Ömər, ümidvaram ki, zakona bərəks getməz və sizi pis yoldan daşındırar".

N i y a z ə l i (tərəfə). Gör sən AllaÒ», işə bax! Atanı oğula tapşırır!

A ğ a k i ş i. Görükür rusca bilməyinə, sözü də ötgündür.

Q u r b a n ə l i. Elə olacaq, elə....

M ə Ò» ə m m ə d a ğ a. Yaxşı ki, indi bunu başa düşürsünüz.

H a c ı A b d u l l a. Ay ƏÒ»məd!

Ə Ò» m ə d (eşikdən). Bəli!.... (İçəri daxil olur).

 

 

SƏKKİZİNCİ GƏLİŞ

 

ƏÒ»məd, əvvəlkilər Ömərdən başqa.

 

H a c ı A b d u l l a. Ömər evdədimi?

Ə Ò» m ə d. Xeyr, getdi dərman almağa.

H a c ı A b d u l l a. Yaxşı, get! (Fikrə gedir). AllaÒ» düşmanıma da qazamatı göstərməsin. A kişi, tək olsan, genə yaxşıdı, Yetər də bir yandan!

A ğ a k i ş i. Yaxşı, indi bəs Vəlinin barəsində nə fikir eliyirsiz?

N i y a z ə l i. Nə eliyəcək? Öz kefinə gəzir, qoy gəzsin.

H a c ı A b d u l l a. Ömər deyir, qoy tutulsun. Ondan ötəri ki, naçalnik deyib ki, "Ò»ərgaÒ» özü tutulsa, ola bilər ki, az tənbeÒ» oluna". Və deyir: "Biz özümüz də arxayın olarıq". Mən də fikir eliyirəm, görürəm, doğrudur.

A ğ a k i ş i. AllaÒ»ı sevirsən, qoy görək! Xalqın yanında Ò»örmətin var, onu da istəyirsən puçmu eliyəsən?

N i y a z ə l i. Elə də şey olarmı ki, gözün görə-görə oğlunu aparıb qazamata salalar!

Q u r b a n ə l i. A Hacı, ağlını uşaq ağlına vermə, Ò»örmətin itər gedər.

M ə Ò» ə m m ə d a ğ a (tərəfə). Sizi görüm Ò»örmətdən düşəsiniz, inşaallaÒ»!

 

 

DOQQUZUNCU GƏLİŞ

 

Eşikdə birdən tüfəng açılıb qilu-qal düşür. Səs gəlir: "Kim vurdu? Kim vurdu?" Xalq bir-birinə qarışır. Hacı Abdulla və MəÒ»əmməd ağa dişqarı qaçırlar.

Yetər ağlayır. Öməri əllərində içəri gətirirlər.

Hacı Abdulla başına vurur. Öməri yerə qoyurlar, qeyriləri deyirlər: "Heyf sənə, cavan oğlan!" MəÒ»əmməd ağa Ömərin başının üstə durub, başını sığal edir.

Xalq səs salır.

Eşikdən səs gəlir, Hacı özünü itirir.

 

M ə Ò» ə m m ə d a ğ a. AllaÒ»ı sevirsiniz, səs salmayın! (Ömər gözlərini açıbyumur, yavaşdan danışır). Qoyun görək, nə deyir!

Ö m ə r. Mənim əzizim MəÒ»əmməd ağa, mən dünyadan gedirəm.

H a c ı A b d u l l a (başına vurur). Anasına deyin gəlsin.

M ə Ò» ə m m ə d a ğ a. Bircə təvəqqe edirəm, səs salmayın! (Hamı xamuş olur). Qardaş, Ömər, kim vurdu?

Ö m ə r. Özün ... bilir ... sən!.... (Səs gəlir).

M ə Ò» ə m m ə d a ğ a. Ş ... ş.... Qardaş! Necə özün bilirsən? Əməlli danış. AllaÒ»a şükür, səndə bir şey yoxdur. Danış, söylə, raÒ»at ol və vəsiyyət elə. Atan, anan yazıqdırlar.

H a c ı A b d u l l a. Doğru deyirsən, bircə qoy vəsiyyət eləsin görək, kim güllələdi?

M ə Ò» ə m m ə d a ğ a. Bircə siz aram olun! Qardaş!... Ömər!... Səni mənə dediyin adammı güllələdi?

Ö m ə r (başını bulayır). Xeyr!... Məni ... nadanlıq ... avamlıq ... bi ... mərifətlik güllələdi. Bunlar Ò»amısı.... (Tərpənir) AÒ»!... Adamı ... Ò»eyvan edərmiş! AÒ»! Nadanlıq!...

M ə Ò» ə m m ə d a ğ a. Dəxi nəfəsi gəlmir. (Gözlərini və ağzını örtür).

 

PƏRDƏ

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info