Qonaq Kitabı
NADANLIQ

Ö m ə r. Bəli.

H a c ı A b d u l l a. Gör sən allaÒ», nə sarsaq-sarsaq işlər görürlər! (üzünü xalqa tutur). Özgənin kəndində şkol açılır, bizmi pulunu verək və mənim nəyimə lazım ki, şkol açılır. O kağız Ò»eç! (Əli ilə göstərir). Boş şeydi, cır getsin.

Ö m ə r. A ağa, belə işdə kömək etmək lazımdır. Bizim şkola tikiləndə naçalnik özu pul bağışlamadımı?

H a c ı A b d u l l a. Özgə axmaq iş görübdür, gərək məndəmi görəm! Kağızın cavabını yaz ki, atam şəÒ»ərə gedibdi, pul-zad yoxdur.

Ö m ə r. Ağa, naçalnikdən eyibdir. Sən göndərmirsən, mən on manat göndərərəm.

H a c ı A b d u l l a. Deyirəm axı, sənin başına at təpibdir. Bilmirəm Ò»açan ağıla gələcəksən? Doğrudan da caÒ»il! Pulun qədrini Ò»ələ bilməzsən.

 

Ömər atasına əyri-əyri baxıb dişqarı çıxır.

 

H a c ı A b d u l l a (onun dalınca baxır). Doğrudan da deyirlər: "Oxumaqdan qara adamın ağlını aparar".

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Yetər və Hacı Abdulla.

 

Y e t ə r (ağzı yaşmaqlı içəri daxil olur). A kişi, durub o biri dama getsənəm.

Qurbanəlinin arvadı bizə gəlibdir, səndən qaçır.

H a c ı A b d u l l a. Dərənin ermənisindən qaçmır, məndənmi qaçır? ƏÒ»! (Durub gedir.)

Y e t ə r. Ay qız, ay Gülpəri bura gəl!

 

 

BEŞİNCİ GƏLİŞ

 

Yetər, Gülpəri.

 

G ü l p ə r i. Salaməleyküm!

Y e t ə r. Xoş gəlibsən! Otur görək. Uşaqların-zadın sağ-salamatdılarmı?

G ü l p ə r i. Canına duaçıdırlar.

Y e t ə p. Qurbanəli azarlıydı, indi yaxşıdımı?

G ü l p ə r i. Qurbanəli dəli olub, başına at təpib.

Y e t ə r. Necə, ay arvad?

G ü l p ə r i. Ağıldan kəm olub, bilmirəm deyir, Ò»ansı dəli başını doldurubdur ki, "balaca oğlunu qoy oxusun". Deyirəm ay kişi, başına atmı təpib?  Anabuzovumuzu kim otarar? Deyir: "Sən bilmirsən! Oğlum oxuyub abrizinni olacaq".

Y e t ə r. Ay qız, abrizinni Ò»ansıdır?

G ü l p ə r i. Nə bilim, oxuyanlara abrizinni demirlərmi?

Y e t ə r. Doğru deyirlər, kişinin ağlı az olar!

G ü l p ə r i. AllaÒ»a qurban olum, oxumaq fikrinə düşəndən tək səbirdi ki, gəlir. Axırı səbirdən qorxub fikrini dəyişdirdi, sakit oldu. Uşaq yavaş-yavaş qoyuna getməyi öyrənmişdi, Ò»ərgaÒ» oxumağa getsəydi, ağlını qara alıb bunlar Ò»amısı yadından çıxardı, gedərdi.

Y e t ə r. Bunlar yadından çıxmağı Ò»eç! özü böyüyəndə lap dəli olardı.

G ü l p ə r i. Doğrumu deyirsən?

Y e t ə r. Ay sağ olmuş! Bizim Öməri görmürsənmi? AllaÒ» ağlını alıbdır: gaÒ» kitabnan oynayır, gaÒ» nə bilim, maşınlar yazır. Əbəs yerə pulunu yox edir. İki ildir çalışıram, nə ki, sağam toyunu eliyim, gözüm görsün. Amma razı olmayır.

G ü l p ə r i. Bəlkə düşmənləriniz oğlanın bəxtini bağlayıblar?

Y e t ə r. AllaÒ» bilir, bəlkə də elə ola. Bəs bunun çarəsi nədi?

G ü l p ə r i. Gərək kitaba baxdırasan, dualar yazdırasan. Bildir Nənəxanımın oğlu da belə olmamışdımı! Kitabnan açdılar.

Y e t ə r. Elədi, elə. Yaxşı yadıma saldın. Dərviş baba cinləri gəzdirəndəmi?

G ü l p ə r i. Hə, Ò»ə.... Bax, o dərviş baba bir gün Ò»amının gözünün qabağında cinlərə buyurdu ki: "Açın bu oğlanın düyününü". Bir neçə gündən sonra oğlan özü yalvardı ki, onun üçün arvad alsınlar. Amma yaxşı da pul aldı. İki yüz manat aldı. Bir yüzünə pul və bir yüzünə də qoyun.

Y e t ə r. İndi o dərviş burada deyil, nə etməli? Ondan savayı bir ayrı adam yoxdumu?

G ü l p ə r i. Niyə yoxdur, bizim kənd mollası da kitaba baxır.

Y e t ə r. Yaxşımı baxır?

G ü l p ə r i. Baxmağına söz yoxdu. Dörd ay bundan əvvəl bizim bir danamız itmişdi, kitaba baxıb yerini o saat dedi.

Y e t ə r. Dananı sonra tapdınızmı?

G ü l p ə r i. Hardan tapdıq! Oğurlayan yemişdi, getmişdi!

Y e t ə r. Ağrın alım, a Gülpəri, indi bu işdən ötəri o mollaya baxdırmaq olarmı?

G ü l p ə r i. Nə üçün olmur, sənə bir də bir şey deyim. HərgaÒ» istəyirsən ki, işi düzəltsin, gərəkdi ki, pula qızırğanmıyasan.

Y e t ə r. Təki bu iş düzəlsin. özümün nə ki qızıl-gümüşüm var, Ò»amısını bu yolda qurban eylərəm. Amma bu işi gərək bir sən biləsən, bir də mən.

G ü l p ə r i. Yaxşı, indi mən gedirəm mollanın yanına, deyərəm sizə gəlsin.

Y e t ə r. Yox! Yaxşı olar ki, sən əyləşəsən. Mən balaca qızı göndərrəm, getsin çağırsın. özün burda əÒ»valatı deyərsən, sonra mən də danışaram.

G ü l p ə r i. Yaxşı olar. (Yetər dişarı çıxır.) Evin yıxılsın kişi! (Üzünü xalqa). İstəyir ki, mənim oğlumu da aparsın, dəli eləsin.... Biçarə oğlanın bəxtini görürsən necə bağlayıblarsa, arvaddan-zaddan Ò»eç fikir eləmir. Molla görək nə deyəcək?!

 

Molla əlində ağac içəri daxil olur.

 

 

ALTINCI GƏLİŞ

 

Molla və Gülpəri.

 

M o l l a. Salaməleyküm!

G ü l p ə r i (üzünü bir az örtür). Xoş gəldin, a molla? Buyur əyləş.

M o l l a. Nənə, qulluğunuz nədir? (Bir tərəfdə əyləşir).

G ü l p ə r i. A molla! Səni bura Hacının arvadı Yetər çağırdıbdır. Gərək onun oğlundan ötəri kitaba baxasan, özü də indicə gələr.

M o l l a. Nə olubdur ki?

G ü l p ə r i. İndi neçə ildi ki, istəyirlər böyük oğlu Ömərdən ötəri arvad alsınlar, amma oğlan razı olmur.

M o l l a. Görünür, bəxtini bağlıyıblar.

 

 

YEDDİNCİ GƏLİŞ

 

Yetər içəri daxil olur. Molla yerindən durub təzim edir.

 

Y e t ə r. Əyləş! Xoş gəlibsən!

M o l l a. Çox razıyam, ana! Buyruğunuz nə ola?

Y e t ə p. Gülpəri demədimi?

M o l l a. Bəli, bəli, bildim. Çox əcəb. Ancaq sizdən təvəqqe edirəm ki, düz qəlblə bu işə baxdırasıiız və gərəkdir ki, puldan əsla fikir etmiyəsiniz. Çünki o cinlər ki, mən onlara Ò»ökm edəcəyəm, pul barəsində çox danışıqlar sevməyirlər.

Y e t ə r. Ay molla, nə ki lazımdır sən elə və necə ki gərək olsa, mən Ò»azıram. Ancaq iş düzəlsin və oğlum bilməsin.

M o l l a. Oğlanın bilməməyindən arxayın olun. Ancaq mənim dualarım özğələrinki kimi deyil, mənim dualarımın Ò»ərəsinin ayrı-ayrı qiyməti var....

G ü l p ə r i (tərəfə). Hələ baxmamış, evi yıxılmış puldan dəm vurur.

M o l l a. Və mənim bir duam vardır ki, Ò»ər kəlməsi bir manatdır! Hər kəs istəyir yazıram və neçə kəlmə olsa, ona görə pulumu alıram.

Y e t ə r (tərəfə). Doğrudan da ki, deyirlər: "Mollanın gözü Ò»eç doymaz".

M o l l a. Çox əcəb! (Əlini qoynuna aparıb kitabçasını çıxarır). İndi mən bu kitaba baxaram və Ò»ərgaÒ» bu kitabla kimin və nəyin barəsində kitaba baxılacağını bildimsə, o vaxt yəqin ediniz ki, bu işi axırınadək aparacağam. Və Ò»ərgaÒ» bilməsəm, yəqin ediniz ki, bu iş başa gəlməz. Ondan ötəri ki, bir vaxt olur, cinlərimin kefi gələn zaman olub, pul çox almaqdan ötəri cavab vermirlər. cin tayfası pulu çox sevər.

Y e t ə r. Sən AllaÒ», a molla, puldan fikir eləmə. Mən səni və sənin cinlərini artıqlığınca razı eylərəm.

M o l l a (kitaba baxır). Bəli, görək, nə görükər. (Yavaş oxuyub gülür). İşiniz çox yaxşı gəlibdir. (Arvadlar mollaya yaxın oturub diqqət ilə qulaq asırlar). İndi mən bir-bir sizin üçün deyim, siz qulaq verin, görün dürüst deyəcəyəm, ya yox. Çünki necə ki, əvvəl dedim: Ò»ərgaÒ» işi əvvəlindən doğru desəm, axırınadək doğru gedəcək. Qulaq verin. (Arvadlar dəxi də irəli otururlar). Bu kitaba baxdıranın ismi Yetərdir.

G ü l p ə r i. İsmi nədir, a molla?

M o l l a. Yəni, adı! Bu Yetər... Çox aydın görünür.... öz oğlu Ömərdən ötəri kitaba baxdırır. Səbəb də budur ki, oğlan arvad almaq istəmir.

A r v a d l a r (bir-birinə). Ay qız, görürsən necə tapdı?

M o l l a. Hə ... Ò»ə.... Getdikcə iş qaranlıqlaşır.... Heyf a!... Cavan oğlanın bəxtini bir adam bərk-bərk bağlayıbdır. ömrümdə bu qədər kitaba baxmışam, belə çətin işə Ò»ələ rast gəlməmişəm.... (Fikrə gedir). İş qaranlıqlaşır, amma asana çıxmağa da ümid var. Ancaq ... m ... m ... böyük cin gərək ki, naz edir....

Y e t ə r (əlini tez cibinə uzadır, pul çıxardıb mollaya verir). Ala, a molla, bu pulu cinə bağışla.

M o l l a (gülür). Deyirəm axı, niyə naz eyləyir. Görükür, qarnının ağrısı varmış. BəÒ», bəÒ»! Gör nə yaxşı görükür!

A r v a d l a r (kitaba baxırlar). Hanı? Biz Ò»eç şey görmürük?

M o l l a. Bacılar! Siz görə bilməzsiniz, ancaq qulaq verin: o oğlan ki, bunun ürəyini bağlayıbdır, gödək boylu, qarabuğdayı cavan oğlandır və elə bərk bağlayıbdır ki, Ò»eç vaxt arvad ala bilməz.

Y e t ə r (əli ilə dizinə vurur). Oğlumun evi yıxılıb gedibdir.

M o l l a. RaÒ»at olunuz, belə şeylər mənim əlimdə asandır. Kitabda görünməyiiə görə lazım gəlir ki, o dua ki, mən sizə dedim, gərəkdir yazıla. (Kağız və qələm çıxardıb yazır və büküb Yetərə verir) Bu duanın qiyməti on manatdır. Bunu axşamdan suya salarsınız, elə ki, suyun içində qarası gedər, ac qarnına verərsiniz, oğlan içsin.

Y e t ə r (əlini cibinə uzadıb pul tapmayır). Molla! Olarmı ki, pulun yerinə qızıl-gümüş verim?

M o l l a. Eybi yoxdur, amma gərəkdir qiyməti bir ola.

Y e t ə r (gedib sandığını açır, qızıl-gümüş çıxardıb mollaya verir). Bunlar on manatdan da artıq olar.

M o l l a. Çox olmaq eyib eyləməz, az olmasın. Çünki az olsa, cinin şəninə toxunar. (Şeyləri alıb cibinə qoyur) Və Ò»ərgaÒ» istəyirsiniz ki, iş tez olsun, lazımdır ki, sabaÒ» bir qoyun kəsəsiniz. Ətini bütün və bir cam qanından mənə göndərərsiniz ki, qanından dua yazacağam və gərəkdir ətində olan bir neçə damarları kəsib götürəm, sonra o damarları qız evinin qapısında basdırmaq lazım gələcəkdir.

Y e t ə r. Yaxşı, olmazmı ki, qoyunu sizə göndərəm, özünüz kəsəsiniz?

M o l l a. Çox əcəb! O Ò»amısından yaxşı olar.

G ü l p ə r i. O yaxşıdır, çünki mollanın kəsməyində də bir iş var.

M o l l a. Əlbəttə! Mən kəsən Ò»ara, çoban kəsən Ò»ara! Bəli, dəxi mən öz işimi qurtardım, nə ki dedim, əlbəttə, Ò»amısına əməl edərsiniz və onu da biliniz ki, Ò»ər nə olsa, bir Ò»əftədən sonra olacaqdır. Bir Ò»əftədən qabaq Ò»eç şey olmaz. (Ayağa durur).

G ü l p ə r i. A molla, bircə mənim üçün də dırnağa bax. Yarım aydır beş tümənlik şeyim itibdir, bilmirəm, Ò»ansı əliqurumuş götürübdür.

M o l l a (oturur). Dırnağa baxaram, ancaq gərəkdir ki, nəziri qabaqca verəsən; çünki verməsən, Ò»eç şey görünməz.

G ü l p ə r i (əlini cibinə uzadır). Yanımda bircə şaÒ»ı pulum var, al bunu, sabaÒ» da yumurta göndərərəm.

M o l l a (fikrə gedir, kitabı açıb oxuyur). Kitaba görə bu gün dırnağa baxmaq olmaz. AllaÒ» qoysa, sabaÒ» gələrsən, baxapam. (Ayağa durub gedir) XudaÒ»afiz!

Y e t ə r. Xoş gəldin, AllaÒ» sənə ömür versin!

M o l l a (gedə-gedə). Qoyun yadınızdan çıxmasın.

Y e t ə r. Arxayın ol!

G ü l p ə r i. Qarnına şiş girsin, a molla! Gördün Ò»ələ, mənə dırnağa baxmadı!

Y e t ə r. Həlbət doğru deyir: "Bu gün dırnağa baxmaq olmaz". Bunlar Ò»amısı kitablarda yazılıbdır, özlərindən demirlər ki.

G ü l p ə r i. Doğrudur, a bacı. Gördünmü sən AllaÒ», AllaÒ»ın tatı necə yerbəyer Ò»amısını düz dedi!

Y e t ə p. Hər kəsə desən ki, Molla Qasım filan şeyi, filan əÒ»valatı kitabnan tapdı, deyəcəklər: "İnanmayın". Axı, necə inanmayım ki, gözümün qabağında öz adımı da bildi, oğlumun adını da bildi və nədən ötrü baxdırıram, Ò»ətta onu da bildi! (Üzünü xalqa tərəf tutur) Bunların Ò»amısını evi yıxılmış birbəbir kitaba baxıb dedi!

G ü l p ə r i. İndi görək, bir Ò»əftədən sonra nə olacaqdır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info