Qonaq Kitabı
NADANLIQ

Y e t ə r. İnşaallaÒ», belə bilirəm ki, bir ayadək toyunu eliyək!

G ü l p ə r i. Bunun toyunu gərək yaxşı eləyəsiniz. Ondan ötəri ki, balacaya arvad alanda toy olmadı.

Y e t ə r. Balaca, gözünə döndüyüm, bir gecənin içində qızı qaçırtdı! Başımız qalmaqala düşüb, toy yadımızdan çıxdı. İnşaallaÒ», bunun toyunu yaxşı eliyərik.

Sən də gələrsən, a Gülpəri!

G ü l p ə r i. Çox sağ ol, ağrın alım. (Durub getmək istəyir).

Y e t ə r. A Gülpəri, bir az otur, danışaq!

G ü l p ə r i. Yox, ağrın alım. İndi Qurbanəli evə gələr, çörək istər yeməyə, verən də olmaz. Salamat qal.

Y e t ə r. Xoş gəldin! (Üzünü qibləyə tərəf) AllaÒ»! Özün şaÒ»idsən, qızılgümüşümü verdim. Özün kömək elə! Mollanın duasını səbəb sal! (Üzünü xalqa tərəf) Qoy görüm, Hacı gələndə bir az genə pul ala bilərəmmi ki, mollaya göndərəm, ta işi yaxşı görsün.

 

 

SƏKKİZİNCİ GƏLİŞ

 

Hacı Abdulla və Yetər.

 

H a c ı A b d u l l a. Qonağın getdimi?

Y e t ə r (Hirsli). Getdi, getdi.

H a c ı Abdulla. Niyə acıqlı-acıqlı danışırsan?

Y e t ə r. Acıqlı danışmayım, nə eləyim? Oğlan böyüyüb vaxtını keçirtdi. Kənddə xəcalətdən məclislərə çıxa bilmirəm. Hamı deyir ki: "Hacının görükür pulu yoxdur, oğluna arvad almayır".

H a c ı A b d u l l a. O sözlər boşdur, Ò»amısı məni tanıyır və mənim dövlətimi də bilir. Və oğlumun dəli olmağı da Ò»amıya məlumdur. Kişi özü istəməyəndə mən gücnən almayacağam ki? Sən de görüm, mən nə eləyim?

Y e t ə r. Mən belə bilirəm bu iş dua işidir. Düşmənimiz azdırmı?!

H a c ı A b d u l l a. Yaxşı, ona da razıyam. Ala bu on manat. Nə istəyirsən onu elə. İstəyirsən dua yazdır, istəyirsən kitaba baxdır. İşim yoxdur.

Y e t ə r (pulu alıb cibinə qoyur). Görərsən ki, bu iş dua işi olacaqdır.

 

 

DOQQUZUNCU GƏLİŞ

 

Niyazəli, Hacı Abdulla və Yetər.

 

N i y a z ə l i (içəri daxil olur). Salaməleyküm!

 

Yetər bir tərəfə çəkilib başını örtür.

 

H a c ı A b d u l l a. Xoş gəlibsən, əyləş görək!

N i y a z ə l i. Kefin necədir, Yetər nənə?

Y e t ə r (yavaşdan). Sağ ol, əziz olasan.

N i y a z ə l i. Mən, doğrusu, gəlmişəm sizi sevindirim. Bir xeyir iş var.

H a c ı A b d u l l a, Y e t ər . Nə olubdur, xeyir ola?!

N i y a z ə l i. İnşaallaÒ» ki, xeyir olar! Üç gün bundan əvvəl sənin oğlun Ömərnən mənim oğlum ova gediblərmiş. Orda arvaddan söz düşüb, Ömər deyib ki: "HərgaÒ» Ağakişinin böyük qızını mənə versələr, alaram".

Y e t ə r (tərəfə). Bəs molla deyirdi, bir Ò»əftədən sonra məlum olacaqdır?

H a c ı A b d u l l a. Bu bir çətin iş deyil. Ancaq mənim üçün ayıbdı, belə varım ola-ola, Ağakişi kimi kasıb adamın qızını alam.

Y e t ə r. Zərər yoxdu, təki o, arvad alsın.

N i y a z ə l i. Deyərlər, a Hacı, "oğul atasına oxşar", bu bilmirəm ... Ò»eç kimə oxşamır. Mənim oğlum deyir: "Qoçaqlıqda əsla əli yoxdur, xasiyyəti də bir özgə xasiyyətdir".

H a c ı A b d u l l a. Dorğu deyirsən ... mənə oxşuyub, kiçik oğlum. Onun başına dönüm, iyid də deyəndə odur! Qeyrətli, namuslu,düşmənini Ò»əmişə biləndi!

 

(Dişqarıda qilü-qal düşür, tüfəng açılır.)

 

 

ONUNCU GƏLİŞ

 

Ömər, Niyazəli, Hacı Abdulla, Yetər.

 

Ö m ə r (tez özünü içəri salır, o yan-bu yana gəzinib Ò»irsli danışır). Nə var, nə oturubsunuz? Özünüz öz əliniz ilə evinizi yıxdınız. (Atasına) O qədər dəlini tərif etdiniz ki, indi bəlasını çəkiniz. (Gəzinir).

H a c ı A b d u l l a, Y e t ə r, N i y a z ə l i. (ayağa dururlar). Nə olubdur ay balam! Nə olubdur?

Ö m ə r. Dəxi nə olacaqdır! Bundan artıqdamı şey istəyirsiniz olsun? Oğlun Vəli poçt yolunda dörd nəfər adamı bir-birinin yanına salıbdır.

H a c ı A b d u l l a. Öldürübdürmü?

Ö m ə r. Bəs neyləyibdir? Məni də az qalmışdı güllələyələr. Pristav elə bilir, gəlib evdə gizlənibdir. Bu saat kazaklar ilə gəlib evin dörd ətrafını kəsdiribdir. (Tüfəng açılır. Hamısı qorxur: Yetər başına, Hacı dizinə vururlar. Niyazəli qaçır) İndicə pristav gəlib Ò»amınızı tutacaqdır.

H a c ı A b d u l l a. Gördün Ò»ələ nə oldu?! AllaÒ», özün rəÒ»m elə! Bircə mən gizlənim, demiyəsiniz mən evdəyəm. (Qaçıb gizlənir, Yetər də onun dalınca).

 

Genə tufəng açılır.

Ömər bilmir nə etsin, bu vaxt pristav kazaklar ilə içəri daxil olur. Burada adam tapmayıb, özgə otağa gedirlər.

 

PƏRDƏ

 

 

Dördüncü Məclis

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Vəli və onun qaçaq yoldaşları Ò»amısı yaraqlı Hacı Abdullanın evində.

 

V ə l i. Dünənki kimi işimiz yaxşı olmamışdı.

P i r v e r d i. Necə ki?

V ə l i. Bundam yaxşı nə istəyirsən ki, beş yüz manata qədər əlimizə pul gəldi.

P i r v e r d i. Amma cuÒ»udun yaxşı evini yıxdıq.

Ş ə m i l. Pulunu almışdıq, amma gərək özünü öldürməyəydik!

İ s m a y ı l. Öldürməyib nə eliyəcəydik?

V ə l i. Öldürməsəydik gedib pristava yerimizi deyərdi.

P i r v e r d i. Yaxşı oldu ki, öldürdük! Dünyadan bir cuÒ»ud əskik olsa, böyükmü şey olar?

M ə n s u r. CuÒ»udun boynundan əvvəl vuran kim oldu?

V ə l i. Mən.

P i r v e r d i. Xeyr, xeyr! Mən idim!

İ s m a y ı l. Elədi, əvvəl Pirverdi vurdu, ondan sonra Vəli.

V ə l i. Amma mənim qılıncımda da Ò»ünər var, ha! Vuran kimi başı düşdü.

Ş ə m i l. Elə şeylər çox olacaqdır; min elə cuÒ»ud öləcək. Amma görək axırımız nə olacaqdır.

P i r v e r d i. Qorxma, inşaallaÒ» ki, axırımız da yaxşı olar. Ölsək də igidliklə öləcəyik.

M ə n s u r. Doğrudan, görəsən biz öləndən sonra bizə yanan olacaqmı?

İ s m a y ı l. Necə olmaz, ay sağ olmuş? Bir adam ki, igid ölə, ona yanmazlarmı? Vəli, sən AllaÒ», de görək, bizim bu günə düşməyimizin səbəbi çoxdu, sənə nə oldu ki, qaçaq oldun?

V ə l i. Sizinkinə səbəb nə oldu?

İ s m a y ı l. Mən, doğrusunu demək, atamın ucundan olmuşam. Bildir yazda atamnan baqqal Rzaqulunun sözləri çəp gəlir. Evə gələndə dedi ki, "Ò»ərgaÒ» Rzaqulunu bu gecə güllələməsən, mənim oğlum deyilsən". O saat aynalını götürüb getdim. Sizin canınız üçün, güllənin birini alnından elə vızıllatdım ki, dərÒ»al yerə yıxıldı. Ordan qaçan, bu çağa kimi özümü tutdurmamışam.

M ə n s u r. Mən də o dərddənəm.

P i r v e r d i. Mənim işim qız üstədir.

V ə l i. Nişannınımı qaçırdıblar?

P i r v e r d i. Yox, a kişi, Nuru oğlunun qızını almaq istiyirdim. Nə ki pulum, qoyunum var idi, qızın yanına gedib-gəlirdim. Elə ki, keçən il taxıl kəsad oldu, əlim bir az boş oldu, qızı əsla mənə göstərmədilər. Təngə gəlib bir gecə evdəki adamların Ò»amısını doğram-doğram elədim.

Ş ə m i l. Mən Ò»ələ adam-zad öldürməmişəm. Elə adım çıxsın deyə, çöllərə düşmüşəm.

V ə l i. Mənim qaçaq olmağım da bekara yerə olubdur. Niyazəlinin oğlunnan şəÒ»ərdən gəlirdik. Dörd-beş atlı uzaqdan gedirdilər. Yoldaşımnan mərc elədim ki, görək kimin gülləsi olara gedib çatar. İki güllə yoldaşım atdı, Ò»amısı boşa çıxdı. Üçünü də mən atdım. Dördünü də bir-birinin yanına saldım. Oğulammı?

H a m ı s ı. Qoçaqsan, vallaÒ»!

 

Hər kəs cibindən fındıq çıxarıb yeyir.

 

V ə l i. Bu Ò»ələ nədir ki! Bundan da Ò»ünərli işlər görmüşəm. Bəs atam məni nə üçün Ömərdən artıq istiyir? Hamısı belə qoçaqlıqlarımın səbəbi deyilmi?

M ə n s u r. Doğrudan, a Vəli, sənin qardaşın Ömər çox bişüura bənzəyir!

V ə l i. A kişi, rusca da oxuyanın ağlımı olar? Qara adamın ağlını alıb gedir. üzünə qənşər, neçə dəfə yaman cöz deyiblər, amma bu çağa qədər mərdliklə bir adama cavab vermiyibdir. Ancaq açığı bir adama tutanda ərizə yazır, divana yügürür.

Ş ə m i l. A Vəli, sən bizi burda çoxmu saxlayacaqsan? Bizim burda olmağımızı biləllər.

V ə l i. Heç kəs bilməz. Gədəyə demişəm Ömərdən savayı başqa adam qoymasın. Gözləyək, bircə Ömər gəlsin, onun üzünə tüpürməyə. Başı necə qəbul eyliyir, mənim üstümdə atamı, anamı qazamata salıblar, amma o öz kefinə gəzir....

İ s m a y ı l. AllaÒ»ı sevərsən, bizi xataya salma. (Üzünü yoldaşlarına tərəf) Durun gedək, burda dava düşər.

V ə l i. Nədən qorxursunuz? Düşər, qoy düşsün. Onu bir gülləyə qurban eliyərəm. Bir az rusca oxuyub, özünü bizdən ağıllımı Ò»esab eliyir? (Acıqlanır). Ax, ax! Bu Ò»irsli vaxtımda əlimə düşə, qarnını balıq qarnı kimi yarram. (Əlini xəncərin dəstəsinə aparır).

İ s m a y ı l. Adam da qardaşını öldürərmi?

V ə l i. Belə qardaşın boynu yerə batsın. O gün yanına adam göndərib soruşuram ki, necə qeyrəti qəbul eliyir ki, mənim üstümdə atamı, anamı tutublar? Amma özü öz kefinə gəzir. cavab verir: "Çalışıram Ò»amısını qurtaram". (Başını bulayır). Sən qurtaran adamın başı batsın.

P i r v e r d i. AllaÒ»ı sevirsən, qoy görək! HərgaÒ» mən belə bilsəydim sən bundan ötəri bizi bura gətirirsən, əsla gəlməzdim.

M ə n s u r (tərəfə). Evi yıxılmışın gözünü qan örtübdür.

İ s m a y ı l (Şəmilə). Durun, yaxşısı budur gedək. Burda bunun xatası var.

Ş ə m i l. Durun gedək, mən gedirəm.

 

Hamı durub getməkistəyir, amma Vəli istəmir.

 

İ s m a i ı l. A Vəli, sən mənim canım, dur gedək. Burda qalmağın xatası var.

V ə l i. Gedirsiniz, siz gedin. Mən gərək qardaşım Ömərə göstərəm ki, qardaşlıq necə olar. (Hirslənir.) Ax, ax!... Ax! (Vəlini tutub çəkirlər, eşikdə.) Ay ƏÒ»məd! Gələndə Ömər ağana deyərsən ki, çox xoşbəxt adamdır, əgər görsəydim, mən bilərdim ki, nə eliyərdim.

 

 

İKİNCİ GƏLİŞ



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info