Qonaq Kitabı
NADANLIQ

N i y a z ə l i. Yox, a kişi! Qız əvvəl özgəyə nişanlıymış, kəbini də kəsilibmiş, indi əvvəlki nişanlısı mənim və mollanın əlindən şikayət eyləyibdir.

Q u r b a n ə l i. Mollanın burada nə işi var?

N i y a z ə l i. Necə ki, nə işi? Bir arvada iki yol kəbin kəsmək olmaz ki?

Q u r b a n ə l i. Onun kəbinini gərək ki, özgə molla kəsmişdi.

N i y a z ə l i. Elədi, amma gərək borcudur bilə: arvada kəbin kəsilibdir, ya yox?

A ğ a k i ş i. Doğrudan, çox çətin işdir. Belə şey Ò»eç, olarmı ki?

N i y a z ə l i. Mən də bilirəm olmaz. Amma.... O vaxt zorumuza saldıq, gücnən mollaya kəsdirdik, fikir elədim ki, atası və nişanlısı qızın dalınca düşməz, amma....

Q u r b a n ə l i. Qızı yəqin əlinizdən alacaqlar.

N i y a z ə l i. Qızı alsalar onda nə mən, nə oğlanlarım gərək bu kənddə papaq qoyub gəzmiyək.

A ğ a k i ş i. Mollanı da Sibirə göndərərlər.

N i y a z ə l i. Bu işin üstəmi?

A ğ a k i ş i. Bəli!

Q u r b a n ə l i. Deginən yazıq mollanın evi yıxılıbdır.

N i y a z ə l i. Xülasə, görək, işimiz nə, tövr olacaq!

 

Bu vaxt Koxanın eşikdən səsi gəlir: - Niyazəli burdadımı?

Cavab: - Burdadı.

 

 

BEŞİNCİ GƏLİŞ

 

Koxa, Niyazəli, Qurbanəli və Ağakişi.

 

K o x a. Ay Niyazəli! Dur görək!

N i y a z ə l i. Nə var, ay Koxa?

K o x a. Naçalnik gəlib, səni istəyir.

N i y a z ə l i. Hara düşübdür?

K o x a. Hacı Abdullagildədir.

A ğ a k i ş i. Adam çoxmu yığılıbdı?

K o x a. Yox, Ò»ələ adam çox deyil. Ancaq buyurdu ki, Niyazəlini Ò»arda olsa tapaq.

N i y a z ə l i. Görükür, əvvəl mənim işimə baxacaq!

Q u r b a n ə l i. Elə görükür.

N i y a z ə l i. Bir dəli şeytan deyir, Ò»eç getmə.

A ğ a k i ş i. Yox, getsən yaxşıdı.

Q u r b a n ə l i. Getməsən acıqlanar, işini bərkə salar.

K o x a. Sən AllaÒ», dur gedək! Mənim da işim var.

N i y a z ə l i (qorxusundan bilmir nə etsin). Olmazmı deyəsən ... şəÒ»ərə gedibdir?

K o x a. Ay canım, niyə yalan danışım? Dur gedək, qorxma, sənə Ò»eç şey olmaz.

A ğ a k i ş i. A Koxa, sən get, o da gələr.

 

Qurbanəli ayağa durur.

 

N i y a z ə l i. O yaxşıdı: sən get, mən də bu saat gəlləm.

K o x a (gəlib qolundan tutur). AllaÒ»ı sevərsən, məni yubandırma, dur gedək, Ò»eç şey yoxdur!

 

Niyazəli istər-istəməz başını bulaya-bulaya çıxır və onun dalınca Ağakişi.

 

A ğ a k i ş i. Belə ki, qorxursunuz, niyə dinc oturmursunuz!

Q u r b a n ə l i (tək). Gələsən mən də gedim, görüm nə var.... (Fikrə gedir). Yox a kişi, birdən naçalnik məni görər, köÒ»nə işlərdən yadına düşər, məni də tələyə salar. Yaxşısı budur, yerimdə oturum. (Oturub çubuq çəkir).

 

 

ALTINCI GƏLİŞ

 

Gülpəri tələsmiş içəri daxil olur.

 

G ü l p ə r i. Gördün Ò»ələ nə oldu? Hayıf sənə!

Q u r b a n ə l i (ayağa durur). Ay arvad, nə var, nə olubdur?

G ü l p ə r i. Yazıq oldu, getdi! Hayıf! Òºayıf! (Guya şey üçün gəzir).

Q u r b a n ə l i. Ay evi tikilmişin qızı, de görüm, axı nə olubdur?

G ü l p ə r i. MəÒ»əmməd oğlunun gəlini dəli olubdu!

Q u r b a n ə l i. Necə, dəli olubdu?

G ü l p ə r i. Gözəl-göyçək gəlin idi, Ò»ayıf sənə!

Q u r b a n ə l i. Gözəl-göyçəkliyi özünün olsun, de görüm necə dəli olubdu?

G ü l p ə r i. Dəli olubdu, qanmırsanmı?

Q u r b a n ə l i. Axı, nədən olubdu?

G ü l p ə r i. Nədən olacaq? Mirzənin nəvəsi nədən oldu? Bu da ondan!

Q u r b a n ə l i. Hal anasındanmı?

G ü l p ə r i. Hə, Ò»ə! Yazıq! Hayıf sənə! (Dizinə vurur).

Q u r b a n ə l i. Doğrudan da Ò»ayıf! Qurtarmaq çox çətindir. Nə tövr olubdu ki? Görübdü? O ki gözə görünməz?

G ü l p ə r i. Tovlada ata arpa verirmiş, birdən gözünə görükübdü, ətəyindən yapışıb, qızın elə orada ürəyi gedib yıxılıbdı,tovladan ölü çıxardıblar.

Q u r b a n ə l i. Belə şey olmaz, ay arvad!

G ü l p ə r i. İnanmırsan, eşiyə çıx. Gör nə xəbər var, nə qiyamətdir! Mollalar Ò»amısı tökülüb dua yazırlar.

Q u r b a n ə l i. Yəni doğrumu deyirsən?

G ü l p ə r i. A kişi, çıxıb baxsana, gör xalx necə yığılıbdır!

Q u r b a n ə l i (tez ayağa durur). Ay, məiim başmaqlarım Ò»ardadı?

G ü l p ə r i (çıxıb eşikdən başmaqları tullayır və az qalır ki, Qurbanəlinin başına dəysin). Ala, andırlarını!

Q u r b a nə l i. Kökün kəsilsin, arvad. (Tez geyinib eşiyə çıxır).

 

 

Pərdə

 

 

Üçüncü məclis

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Hacı Abdullanın evi. Hacı Abdulla döşək üstə əyləşib balışa söykənibdir, çubuq çəkir.

 

H a c ı A b d u l l a (qoynundan kağızları çıxarıb bir-bir baxır). Yaxşı yadıma düşdü. Görüm, bunlar nə kağızıdır. Ay gədə, ƏÒ»məd!

 

 

İKİNCİ GƏLİŞ

 

Ə h m ə d. Bəli.

ƏÒ»məd içəri daxil olur.

 

H a c ı A b d u l l a. Ömər evdədirmi?

Ə Ò» m ə d. Evdədir.

H a c ı A b d u l l a. Çağır bura gəlsin.

 

ƏÒ»məd dişqarı çıxır, Ömər içəri daxil olur.

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

H a c ı A b d u l l a. Bu kağızlara bax görüm, nə kağızıdı.

Ö m ə r (kağızları əlinə alıb diqqətlə bir-bir baxır). Bunlar baratdır. (Göstərir) Bu Mələk Namaz qızının tərəfindəndir. Oğlu Tanrıverdini Sibirə göndərirlər, ona görə istəyir pul yığsın.

H a c ı A b d u l l a. Bizim, belə, gödək Tanrıverdinimi? (Təəccüb edir).

Ö m ə r. Bəli.

H a c ı A b d u l l a. Bəgəm onu tutdularmı?

Ö m ə r. Hələ yaralıyıblar da!

H a c ı A b d u l l a. Ay yazıq. İgid də deyəndə belə olardı. Gözünə döndüyüm çox qanlar tökdü. Doğrudan da atasının oğlu idi, atası da özü kimi igid idi. Onu indi qurtarmaq olmazmı?

Ö m ə r. Bundan sonra necə qurtarmaq və qurtarıb nə olacaq? Yaxşı oldu ki, tutdular! Bəlkə bir az sakitlik ola.

H a c ı A b d u l l a. Ay sarsaq, necə qıyıb elə deyirsən. Kəndin igidlərindən biri o idi. Doğrudan ki, yazıq! Hayıf sənə! (Əlini cibinə aparır). Ala, bu on manatı ver gədəyə aparsın, anasına versin və yazdırsın ki, məlum olsun.

Ö m ə r (başını bulayır və pulu alır). Yaxşı, verərəm.

H a c ı A b d u l l a. Bəs o biri kağız nədi?

Ö m ə r (kağızı diqqət ilə oxuyur). Baxım görüm.

H a c ı A b d u l l a. O kağız rusca yazılıbdımı?

Ö m ə r. Bəli, ruscadır, naçalnikin tərəfindəndir. Sarvan maÒ»alında təzə şkola açmaq istəyirlər. Ona görə naçalnik təvəqqe edir ki, Ò»ər kəs istəsə, şkolanı tikməkdən ötəri pul bağışlasın.

H a c ı A b d u l l a. Bizim belə bu şkoldanmı?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info