Qonaq Kitabı
NADANLIQ

 

Ə Ò» m ə d (tək). Evləri yıxılmışlar getmək istəmirlər ki, Ò»ərgaÒ» bunların burda olmaqlarından pristav xəbərdar olsa, yəqin ki, məni də qazamata salar. Gündüz axşamadək günlərini quldurluqda, adam öldürməkdə keçirirlər. (Otağı səliqəyə salır) Buraları yığışdırım, gərək ki, indi Ömər ağam da gələ.

 

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Ö m ə r (dişarıdan səs edir). Ay ƏÒ»məd, ay ƏÒ»məd! Gəl atı tut!

Ə Ò» m ə d (tez yüyürür). Gərək ki, ağamdır.

ö m ə r (çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstüyaraqlı içəri daxil olur

və soyunur). At məni nəÒ»ayətdə yorubdur. (Yerə baxır) Buralar görəsən nə üçün belə zibildir? Görükür, genə mən olmamışam, ƏÒ»məd qonaqlıq eliyibdir. Ay ƏÒ»məd!...

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Ə Ò» m ə d. Bəli! (Gəlir).

Ö m ə r. Buralar nə üçün genə zibildir? Yüz yol deməmişəmmi evi Ò»əmişə təmiz saxla?

Ə Ò» m ə d. AllaÒ»a şükür, nə olubdu ki?

Ömər (əli ilə göstərir). Gözün kordumu? Görmürsənmi? Olmaya genə qonaqlıq edibsən?

Ə Ò» m ə d. Xeyr ağa, qonaqlıq-zad olmuyubdur.

Ö m ə r. Bəs görükür, bu iki gündə Ò»eç buraları süpürməyibsən?

Ə Ò» m ə d. Sən gedəndən gündə iki yol süpürürəm.

Ö m ə r. Yalan danışırsan! HərgaÒ» süpürsəydin, belə olmazdı.

Ə Ò» m ə d. Bu indicə olubdur.

Ö m ə r. Necə indicə?

Ə Ò» m ə d. Belə bu zibilimi deyirsən?

Ö m ə r (acıqlanır və otaqda Ò»irsli gəzinir). A ... AllaÒ»ını sevərsən, yaxşıdır! Hələ təzədən üsuliddin soruşacaq! (Gəzinir) öyrənibsiz, gərək zibil içində əyləşəsiniz.

Ə Ò» m ə d . (Süpürür və yavaşdan öz-özünə danışır). Mən neyliyim, öz qardaşın eyliyibdir.

Ömər (təəccüblə). Necə?! Öz qardaşım?!

Ə Ò» m ə d. Bəli, sənin qardaşın Vəli!

Ö m ə r. Onun burada nə işi var idi? Kim demişdi ki, onu buraya qoyasan? Sən bilmirsənmi onun üstə atamı da, anamıda tutublar?

Ə Ò» m ə d. Mən neyliyim? Öz yoldaşlarınnan gəlib bir xeyli vaxt oturdular. Məni də əsla içəri qoymadılar, dedilər: "Sən qapıda dayan, gəlib-eliyən olsa, bizə xəbər ver".

Ö m ə r (hirsli). Ay anlamaz, doğrudan da ki, anlamaz! (Gəzişir) Özün bilmirsənmi onun buraya gəlməyinin böyük xatası var?

Ə Ò» m ə d. Mən nə eləyim? Özləri gücnən gəlib oturdular. İstədim qoymuyam. Vəli ağa qılıncı sivirib az qaldı başımdan vura.

Ö m ə r. Hamısı neçə adam idi?

Ə Ò» m ə d. Dörd-beş nəfər olardılar.

Ö m ə r. Dürüst Ò»esabını da bilmir. Çoxmu oturdular?

Ə Ò» m ə d. Bir xeylaq oturdular, gərək ki, səni gözlüyürdülər.

Ö m ə r. Məni? (Fikrə gedir).

Ə Ò» m ə d. Bəli, səni, gedəndə qardaşın dedi ki, "Ömər gələndə deyərsən ki, baxtı yaxşı gətirdi ki, burda olmadı. HərgaÒ», deyir, burda olsaydı, mən bilirdim nə eliyərdim".

Ö m ə r. Qələt edirsən!

Ə Ò» m ə d. VallaÒ» ağa, elə dedi!

Ö m ə r (hirslənir). İtil gözümdən, rədd ol! (Əhməd dişarı çıxır) Məni ... mi?.... (Dayanır, fikir edir) Gör Ò»a!... O, yəqin ki, məni öldürmək istəyirmiş. (Fikrə gedir.) Pərvərdigara! Gör avamlıq nə yerə çatıbdır ki, qardaş qardaşı öldürmək istəyir. Səbəb nədir? Səbəb odur ki, mən onun düşmənlərini öldürmürəm! (Fikrə gedir, üzünü xalqa tərəf) A kişi! Gör dünya nə yaman olubdur. İnsanın ürəyinin belə bir daş olmağını aşkar görürəm. Bimərifətlik, nadanlıq adamı bu dərəcədə Ò»eyvan edərmiş! Tfu, belə qeyrətə! İnsan belə şeyləri fikir elədikcə, tükləri biz-biz olur.... (Bir az fikirdən sonra). AÒ» ... nadanlıq! Böyük bəlasanmış! Bizim müsəlman millətinə nəzər et, firəng millətinə nəzər et. Zəmin asimanadək təfavüt var. Məgər xudavəndi-aləm firəng millətini ağıllı yaradıb, müsəlmanı ağılsız? Gedərsən Firəngə görərsən ki, cəmi millət guya bir ataananın oğludur. Baxarsan işlərinə: oxumaq, yazmaq, işləmək, bir-birinə kömək etmək. Amma.... (Fikrə gedib gəzişir) Amma bizim millətə baxarsan, guya ki, qəflət yuxusuna mübtəla olubdur. Əsla dünyadan xəbəri yoxdur. Bunun səbəbi nadanlıq deyilmi? AÒ» ... aÒ»! Məni ... mi, məni öz qardaşım istəyir öldürsün?

 

Bu vaxtda dişqarıdan səs gəlir.

 

M ə Ò» ə m m ə d a ğ a (dişarıdan). Ay ƏÒ»məd, deyirlər Ömər gəlibdir, evdədirmi?

Ə Ò» m ə d (dişarıdan). Bəli, evdədir!

 

 

 

BEŞİNCİ GƏLİŞ

 

MəÒ»əmməd ağa və Ömər.

 

Ö m ə r (başını qapıdan çıxardıb çağırır). MəÒ»əmməd ağa, buyurunuz!

M ə Ò» ə m m ə d a ğ a. Salaməleyküm! Xoş gəlibsiniz!

Ö m ə r. Çox sağ olunuz, əyləşiniz görək. (Kürsü verir).

M ə Ò» ə m m ə d a ğ a. Bir şey edə bildinizmi?

Ö m ə r. Necə ki? İkisini də qurtardım.

M ə Ò» ə m m ə d a ğ a. Həqiqətmi?!

Ö m ə r. Həqiqət. Bir saatdan sonra gələcəklər. Mən özüm qabaqca gəldim ki, evi tədarük edim.

M ə Ò» ə m m ə d a ğ a. Bəs söÒ»bət ediniz görək, iş nə yerdə qurtardı? Burda səs düşmüşdü ki, guya Sibirə göndərəcəklər.

Ö m ə r. Qurtarmaqları belə oldu ki, naçalnikdən çox təvəqqe etdim bu səfər buraxsın. Bundan sonra söz verdim ki, atam-anam və özüm onunla bilmərrə əlaqəmizi kəsirik. Əlimdən kağız alıb dedi ki, "Ò»ərgaÒ» qeyrisi olsaydı, yəqinki, Sibirə getmişdi; çünki qanun qaçağa kömək edəni ağır tənbeÒ» edir".

M ə Ò» ə m m ə d a ğ a. Onu doğru deyir.

Ö m ə r. Xülasə, bu barədə söÒ»bətimiz çox oldu və axırda dedi ki, "sizin mərifətinizə ümidvaram ki, zakonun bərəksinə getməzsiniz. Bu barədə sizin onlardan qanacaqlı olmağınıza şəkkim yoxdur. İnşaallaÒ», işi bir tövrliklə görərsiniz ki, nə sizə və nə sizin ata və ananıza yamanlıq olmasın". Dəxi nə deyim? Özünüz bilirsiniz ki, dil və zakon bilmək belə ittifaqlarda iş görür.

M ə Ò» ə m m ə d a ğ a. Amma onu da yəqin ediniz, Ò»ərgaÒ» bu iş bir də təkrar olunsa, dəxi qurtarmaq qeyri-mümkündür. Ona görə lazımdır ki, işinizdə Ò»əməvaxt eÒ»tiyatlı olasınız, qardaşınız Vəli ilə gərəkdir bilmərrə əlaqənizi üzəsiniz.

Ö m ə r. Əlbəttə, gərəkdir elə ola. VallaÒ», mən dəxi bundan sonra işə qarışmayacağam. Belə şey olmaz ki, bir adamın ağlının səbəbindən bu qədər adam puç ola. Doğrudur, qardaş şirin olar və onun pis günü mənimdir. Amma nə etməli ki, avamlıq, tərbiyəsizlik, bimərifətlik gözlərini kor və ürəyini daş edibdir, bilmərrə insan cərgəsindən çıxıbdır.

M ə Ò» ə m m ə d a ğ a. Ay sağ olmuş! Bir bu deyil ki, bizim müsəlmanın çoxu belədir.

Ö m ə r. Xeyr, bunun tək mən görməmişəm. Zira ki, bir qardaş ki öz qardaşının ölməyinə qəsd edə, ondan əskik, ondan biinsaf adam olarmı?

M ə Ò» ə m m ə d a ğ a. Nə söyləyirsiniz? (Ayağa durub Ömərin əlindən tutur və təəccüb edir) Necə? Qardaşınız sizincanınıza qəsd edir?

Ö m ə r. Bəs görükür bilmirsiniz. (Başını yerə tutur).

M ə Ò» ə m m ə d a ğ a. Xəbərim yoxdur.

Ö m ə r. Yaxşı ki, xəbəriniz yoxdur. HərgaÒ» bilsəniz, yəqin qanınız xarab olar.

M ə Ò» ə m m ə d a ğ a. Siz mənim canım, deyiniz görüm, nə olubdur?

Ö m ə r (üzünü özgə tərəfə tutur). Doğrusu, mənim eybimə gəlir deyəm.

M ə Ò» ə m m ə d a ğ a. (Öməri tutur). Xeyr, gərək deyəsiniz görüm nə ittifaq düşübdür?

Ö m ə r. Nə? (Fikrə gedir) Məni?... AÒ» ,.. AllaÒ»!.... (Fikrə gedir və başını əli ilə tutur) Məni qardaşım.... Ödürmək istəyir.... (yerə baxır).

M ə Ò» ə m m ə d a ğ a (təəccüblə). Nə deyirsiniz? Belə şey olmaz! (Tərəfə). Mən belə şeyə inanmıram.

Ö m ə r. İnanmırsınız? Bizim gədədən sual ediniz.

M ə Ò» ə m m ə d a ğ a. Gədə Ò»ardan bilir?

Ö m ə r. Yoldaşları ilə bu gün buraya gəlibmişlər. Hənuz bu qəsd ilə ki, məni evdə tapıb öldürsünlər.

M ə Ò» ə m m ə d a ğ a. Buraya gəlibmişlər?! (Təəccüb edir) Pərvərdigara! (üzünü xalqa tutur) Gör, insan da bu məqamaçatarmış!... Ya rəbb! Görəsən, bundan da yaman dəÒ»şətli zəmanə olacaqdırmı?

Ö m ə r (Məhəmməd ağanın yanına gəlir). Mən bir cana borcluyam; özümdən fikir etmirəm. Ancaq mənim Ò»eyfim atama, anama gəlir ki, məndən sonra sağ qalsalar, Ò»ər divanənin ucundan böyük bəlalara giriftar olacaqlar.

M ə Ò» ə m m ə d a ğ a (hirslənir). Onların borcudur yaman günlər görmək, zira ki, bunun bu tövr insafsız Ò»ərəkətlərinə səbəb ata və ananın tərbiyəsidir.

Ö m ə r. Doğru buyurursunuz. Oğulun yaxşı, pis olmağı ata və ananın tərbiyəsinə bağlıdır. Amma bunlarda da günaÒ» yoxdur. Çünki onların qanacaqlarına görə tərbiyə belə lazımdır. Mənim fikrimcə, günaÒ» bir mənim ata və anamda deyil, bəlkə müsəlman millətinə yol göstərənlərdədir. Bunlar insan ən lazım olan qanunları buraxıb, cüzvi qanunlar ilə başını tovluyublar. Millət isə mədəniyyətdən uzaq düşüb. Yaman bir Ò»alda bulunur. Bu tövr bədbəxtlik Ò»ər millətin içində olubdur, amma onlar bizdən tez anlayıb oxumağın dalınca gediblər və bu tövr bəlalardan xilas olublar.

M ə Ò» ə m m ə d a ğ a. Bircə deyin görüm, nə səbəb Vəli sizinlə ədavət başlayıbdır.

Ö m ə r. Mənimlə ədavətinin səbəbi odur ki, onun düşmənini mən öldürmürəm. Bu barədə də kərrat ilə mənə sifarişgöndəribdir. Amma mən cavab vermişəm ki, mən Ò»eyvan deyiləm. (Əyləşir)

M ə Ò» ə m m ə d a ğ a (tərəfə). Gəl bundan sonra insana inan! Bir ata-ananın balası belə ədavət başlayanda, dəxi yadların işlərinə nə üçün təəccüb edirik? (Gəlib Ömərin əlindən tutur) Salamat qalınız! Doğrusu, artıq qalıb belə sözlər eşidib, qanımı xarab etmək istəmirəm.

Ö m ə r (ayağa durur). MəÒ»əmməd ağa! Bir az dayanınız. İndicə ola ki, onlar da gələlər. Mən də təkəm, əyləşiniz, bir az söÒ»bət edək. Heç Ò»irslənməyin, bunlar Ò»amısı keçər gedər.

M ə Ò» ə m m ə d a ğ a (əyləşir). Axı, mən necə Ò»irslənməyim ki, gözüm  görəgörə insan Ò»eyvan dərəcəsinə çatıbdır.

Ö m ə r. Zərər yoxdur. MəşÒ»ur məsəldir deyirlər: "yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər". İndi mən də əlimdən gəldiyi yaxşılığı edəcəyəm.

H a c ı A b d u l l a n ı n s ə s i. Ay ƏÒ»məd! Ay ƏÒ»məd!

Ö m ə r. Gəldilər. (Ayağa durur). Siz əyləşin, mən gedim yerbəyer edim. (Dişarı çıxır).

M ə Ò» ə m m ə d a ğ a (ayağa durur). Həqiqət, Ömər mənim Ò»eyfimə gəlir. Özü nəÒ»ayətdə qanacaqlı, mərifətli oğlandır. Doğrudur, Ömərin başına bir iş gəlsə, biçarə qocalar tövrbətövr bəlalara giriftar olacaqlar. (Fikrə gedir).

 

 

 

ALTINCI GƏLİŞ

 

Hacı Abdulla, Ömər və MəÒ»əmməd ağa.

 

M ə Ò» ə m m ə d a ğ a (geri dönüb Hacının qabağına gedir). AllaÒ»a şükür olsun ki, sağ və salamat evə gəlib çıxdınız! (Baş əyib əlini verir).

H a c ı A b d u l l a. Çox sağ ol! Oğulun bəlasını ata-ana gərəkdir çəksin. (Əyləşir).

 

Ömər qapının yanında durur.

 

M ə Ò» ə m m ə d a ğ a (tərəfə). Başına dəyibdir, ləzzətini görübdür. (Hacıya tərəf) İnşaallaÒ» ki, bundan sonra başınız belə bəlalar görməz!

H a c ı A b d u l l a. İnşaallaÒ»! (Ömərə) Get gör, anan Ò»ərgaÒ» dərman istəsə, ya gədəni göndər, yainki özün get. (Ömər çıxır).

M ə Ò» ə m m ə d a ğ a. Xeyir ola, nə olubdur ki?

H a c ı A b d u l l a. Özün bilmirsənmi, arvad xeylağının qazamata tabı olmaz? Bir az azarlı kimidir.

M ə Ò» ə m m ə d a ğ a. İnşaallaÒ». Heç şey olmaz.

 

 

 

YEDDİNCİ GƏLİŞ

 

Niyazəli, Qurbanəli, Ağakişi, Hacı Abdulla və MəÒ»əmməd ağa.

 

N i y a z ə l i, Q u r b a n ə l i, A ğ a k i ş i. Salaməleyküm, a Hacı!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info