Qonaq Kitabı
NADANLIQ

A ğ a k i ş i. HərgaÒ» oxumaq bundan ötəridir, Ò»eç oxumasan yaxşıdır.

Q u r b a n ə l i (birdən asqırır və yuxudan ayılır). SöÒ»bətiniz nə uzun çəkdi? (Gözlərini ovur) İşi nə yerə qoydunuz? Uşaqları oxumağa qoyaq, ya yox?

N i y a z ə l i. Görmürsənmi, Hacı nələr söyləyir! Səkkiz-doqquz il zəÒ»mət çəkib Öməri oxudubdur, amma indi deyir:"Peşman olmuşam".

Q u r b a n ə l i. Bax a!... Gərək ki, ay Hacı, onun oxumağına xərc etdiyin pulu qoyuna versəydin, indi beş-altı sürü artıqqoyunun olardı.

H a c ı A b d u l l a. Bəs nədir! Əslinə baxsan, Ömər öz gücünə oxuyubdur. Xülasə, nə deyim, Ò»eç görmədim ki, oxuyandan biri ağıllı çıxsın. Sizi inandırıram ki, oxumaq adamı "saf dəli eyləyir". (Çubuq çəkir).

A ğ a k i ş i (tərəfə). Yazıq Hacı bunların. Hamısını görübdür, Ò»ər nə desə doğrudur.

H a c ı A b d u l l a. A kişi, dünən deyirlər bir erməni dığası Ömərin üzünə qarşı olmayan sözləri deyibdir, Ò»ərgaÒ» o sözləri Vəlinin üzünə desəydi, Vəli onu sağmı qoyardı? İndi görəsən neçə yerdən parçalamışdı; amma Ömərinki budur ki, bir adam ilə dalaşanda ərizə yazsın, şikayət eləsin.

M ə Ò» ə m m ə d a ğ a. Ay Hacı! Biz Ò»eyvan deyilik ki, bir-birimizi öldürək, biz insanıq. Bizdən ötəri zakon yazılıbdır, şəriətimiz vardır; biz gərək Ò»əməvaxt zakonla və şəriətlə iş görək.

H a c ı A b d u l l a. Heç elə şey olarmı ki, üzünə söyələr, sən baxasan?

Q u r b a n ə l i. Sizin söÒ»bətiniz, görünür, çox çəkəcək. (Ayağa durub gedir) Acımdan öldüm, salamat qalın.

A ğ a k i ş i. Yavaş, mən də gedirəm. (Durub gedir)

H a c ı A b d u l l a (Niyazəliyə). Dur, biz də gedək, salamat qa l!

N i y a z ə l i və K o x a. Salamat qal!

 

Hacı Abdulla, Niyazəli və Koxa gedirlər.

 

M ə Ò» ə m m ə d a ğ a. Xoş gəldiniz! (Fikrə gedir) Bunların işlərini əsla başa düşmək olmur. Avam da var, avam da. (Ayağa durub gəzinir) Amma bunlar kimi avam mən görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür söz, nəsiÒ»ət ilə bunlara bir şey qandırasan. (Fikrə gedir) Pərvərdigara, insan özü öz evini belə yıxarmış! Heyif, çox Ò»eyif ki, bizim millət peygəmbər buyurduğuna da əməl etməyir! Belə millətin axırı puç olmazmı?İnsan ki,oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalıdır? (Fikrə gedir) Ömər nəÒ»ayətdə ağıllı və kamallı oğlandır, amma bununla belə atasının xoşuna gəlmir. Zira ki, adam öldürmür, quldurluq etmir, karvan kəsmir, Ò»ərgaÒ» belə bəlalara giriftar olsaydı, yəqin ki, atası onu da kiçik oğlu kimi sevərdi. Bu qanacaqda adama söz qandırmaqmı olar? AÒ»! Canları çıxsın. Bir adam ki, öz xeyrini bilməyə, mənə nə düşübdür özümə bu qədər zəÒ»mət verib qanımı xarab edəm. (Fikrə gedir və sonra əli ilə başını tutur) Xeyr.... Mən.... SəÒ»v etdim. (Bərkdən) Mənə vicdanım buyurur gərək düz yoldan azmış adamı düz yola gətirim.... Lazımdır ki, bir az səbr edəm, Ömər də bu gün mənim yanıma gələcək, onunla da məsləÒ»ət edərəm. (Səs gəlir) Gərək ki, gələn odur. (Qapıya baxır).

 

Ömər və MəÒ»əmməd ağa.

 

 

BEŞİNCİ GƏLİŞ

 

Ömər içəri daxil olur.

 

Ö m ə r. Salaməleyküm!

M ə hə m m ə d a ğ a. Xoş gəlibsiniz. Mən sizi gözləyirdim.

Ö m ə r. Xeyir ola, nə var?

M ə Ò» ə m m ə d a ğ a. Bir şey yoxdur, ancaq bir az fikir-xəyal məni götürmüşdü. Ona görə istəyirdim sizinlə söÒ»bət edəm.

Ö m ə r. Bağışlayınız, işim çox olmağa görə sizin yanınıza tez-tez gələ bilməyirdim. Bir aydır naçalnikin yanına getməkdən bezar olmuşam.

M ə Ò» ə m m ə d a ğ a. AllaÒ»a şükür, nə olubdur ki, naçalnikin yanına gedirsiniz?

Ö m ə r. Bir ay bundan müqəddəm mənim balaca qardaşım Vəli guya bir neçə  adam ilə poçt yolunda karvan soyublar. Bunun üstündə Vəlini naçalnik Ò»əbsə salmışdı. Mən möÒ»lət alıb bir az zamana qədər Ò»əbsdən qurtarmışam. İndi dəxi çalışıram ki, təmiz qurtarsın və naçalnik mənə söz veribdir.

M ə Ò» ə m m ə d a ğ a. Karvan soyubdur? M ... m ... (Fikrə gedir).

Ö m ə r. Nə üçün təəccüb edib fikrə getdiniz? (Ò»əmməd ağaya yavuqlaşır).

M ə Ò» ə m m ə d a ğ a. Heç. (Yerə baxır).

Ö m ə r. Nə üçün təəccüb etdiniz, deyiniz.

M ə Ò» ə m m ə d a ğ a. Bir neçə dəqiqə bundan müqəddəm atanız və qeyriləri burada idilər; oxumaqdan söz düşmüşdü və Hacının sözündən görünür ki, sizdən nəÒ»ayətdə narazıdır, amma Vəlini çox istəyir. Sözlərindən belə görünür, guya sizi oxutmaqdan çox peşimançılıq çəkir.

Ö m ə r (əlini əlinə vurur). AÒ»! AÒ»! Görürsən? AllaÒ»u-əkbər, avamlığa bax! Siz özünüz yaxşı bilirsiniz ki, mənim ona nə qədər xeyrim dəyir, bununla belə məndən narazıdır. (Fikrə gedir) Nə edim, nə çarə qılım? HərgaÒ» üzünə ağ olarsan, deyərlər ki, Ömər dəli olubdur. Olmazsan, qalarsan yana-yana. Doğrusu ki, MəÒ»əmməd ağa, mənimki bunlar ilə düz gəlməyir, mənim nəzərim məişətə ayrı, onlarınkı ayrı.

M ə Ò» ə m m ə d a ğ a. Atanızın deməyinə görə, görünür siz onun sözünə baxmırsınız və fikir edir ki, guya bu tövr Ò»ərəkət oxumağın əsəridir.

Ö m ə p. Haqq deyir. Bir neçə işdə onun sözünə baxmıram. Ondan ötəri ki, mənim də qanacağım var, özümü bilə-bilə oda salmaram. Məsəla, yarım ay bundan müqəddəm mənim yanıma adam göndəribdir ki, gərək mən bir dövlətli var, onun qızını alam. Əvvəla, qızı görməmişəm və ondan savayı qız on və ya on bir yaşında! Məgər bu sinnində qızı almaqmı olar? Məgər mən insan deyiləm? Xülasə, buna razı olmamışam. Bundan əlavə, mənə buyruq verir ki, Ò»ər kəs ki məni, ya bizdən birimizi incitdi, o saat onu öldürmək! Görürsüz, nə tövr təkliflər edir!

M ə Ò» ə m m ə d a ğ a (əyləşir). Bəli, çox çətindir, gərəkdir ki, səbir edəsiniz.

Ö m ə r. Snzin canınız üçün, Ò»ərgaÒ» mənim yerimə özgə oğul olsaydı, indi çoxdan qaçıb getmişdi. Ancaq mənim istədiyim bunları nadanlıqdan qurtarmaqdır. Bu da görürəm, nəÒ»ayətdə çətin işdir.

M ə Ò» ə m m ə d a ğ a. Bəli, çox çətindir. Amma genə səbir etməli, çünki səbirlə Ò»ər şeyi görmək olar.

 

 

ALTINCI GƏLİŞ

 

Namaz, MəÒ»əmməd ağa və Ömər.

 

N a m a z. Ağa! Bir iki adam gəlib, istəyirlər sizi görələr.

Ö m ə r. Genə ola ki, ərizə yazdırmaga gəlirlər.

M ə Ò» ə m m ə d a ğ a. Elə olacaqdır. (Namaza.) De, gəlsinlər.

 

 

 

YEDDİNCİ GƏLİŞ

 

İki tərəkəmə kürkdə, əllərində ağac içəri daxil olurlar.

 

Ə v v ə l i n c i. Başına dönüm, ay MəÒ»əmməd ağa! Mənə bircə ərizə yaz.

İ k i n c i. Mənə də birini yazacaqsan.

M ə Ò» ə m m ə d a ğ a (başını bulayır və əlinə kağız alır. Əvvəlinciyə). Sən nə barədə yazdırırsan?

 

Ömər papiros yandırıb, tərəkəmələrə diqqət ilə baxır.

 

Ə v v ə l i n c i (əvvəl yoldaşına baxır və sonra Məhəmməd ağaya). Bu nə deyir? Barə nədir? Ərizə yazacaqsan, dana!

M ə Ò» ə m m ə d a ğ a. Bilirəm, amma gərəkdir biləm nədən ötrü yazdırırsan?

Ə v v ə l i n c i. Hə ... Hə! İndi başa düşdüm. Yazarsan Tarıverdi Pirverdi oğlunun tərəfindən nəçəlniyə ərizədi.

M ə Ò» ə m m ə d a ğ a. Ay kişi, onu mən özüm bilirəm. De görüm, axı nə olubdur ki, ərizə yazdırırsan?

 

Kəndçi qanmayır, yoldaşına baxır.

 

İ k i n c i. Ay evin yıxılsın, desən! Nə oldu, kim kimi öldürübdür?

Ə v v ə l i n c i. Adam-zad öldürməmişəm!

Ö m ə r. Bəs nə olubdur?

Ə v v ə l i n c i. Heç bir şey olmuyubdur, boş işdir. Dünən mən şəÒ»ərdən gəlirdim, yolda iki mal rastıma düşüb gətirmişəm. İndi mal yiyəsi şikayət eləyibdi ki, guya mən onun mallarını oğurlamışam. Malların əgər nişanları lazımdısa deyim: birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir, o biri.... (Fikrə gedir).

M ə Ò» ə m m ə d a ğ a. Nişanları mənim nəyimə lazımdır, deyirsən?

Ə v v ə l i n c i. Hə.... Birinin qulaqları kəsikdir, özü də qoca, arıq şeyin biridir.

M ə Ò» ə m m ə d a ğ a. AllaÒ»ı sevirsən, dayan. Sən görürəm axşamadək qurtarmayacaqsan, qoy görək bu nə deyir. (İkinciyə baxır).

İ k i n c i. Mənim işim lap naÒ»aq yerədir! Mənim oğlum özgənin nişanlısını götürüb qaçıbdır, indi atası şikayət başlayıb.

Ö m ə r. Qız razıdırmı?

İ k i n c i (Fikrə gedir). Nə deyim ... m ... m .... (Bərkdən). Əlbəttə, razı olacaq. AllaÒ»a şükür, malımız var, yerimiz var. Mənim oğlumdan yaxşısınamı gedəcəkdir?

M ə Ò» ə m m ə d a ğ a. Qızın atası da razıdırmı?

İ k i n c i s i. Atası boynu qırılmış razı deyil. Ondan ötəri ki, qız beş aydı özgəyə nişanlıdı. Kəbini də kəsilibdir. Amma nişanlısının pulu olmadığına görə bu vaxtadək toy eləyə bilmir.

M ə Ò» ə m m ə d a ğ a. Ay kişi! Kəbini kəsilmiş olsa, sənin cürətin nədir ki, özgənin arvadını aparasan? Elə də şəriətcə düz olmaz.

İ k i n c i. Bu iş mollanın əlində deyilmi? Bir az pul basaram, iş düzələr.

Ö m ə p. Ay kişi! Nə üçün başa düşmürsən? HərgaÒ» kəbini kəsilmiş olsa, molla Ò»eç şey eyləyə bilməz.

İ k i n c i. Qanıram, ancaq bircə sən nəçəlniyə yaz görək....

 

Bu vaxt üç, ya dörd adam genə içəri daxil olurlar ki, ərizə yazdırsınlar.

 

 

SƏKKİZİNCİ GƏLİŞ

 

H a m ı s ı. MəÒ»əmməd ağa! Bircə bizə ərizə yaz!

B i r i s i. Dünən mənim oğlum bir erməni dığası öldürübdür, indi onu naÒ»aq yerdən tutublar.

İ k i n c i. Mənim qardaşım özgənin tayasına od vurubdur, ondan ötəri ki, dörd gün bundan qabaq bizim tayaya da od vurmuşdular.

Ü ç ü n c ü. Bircə qoyun, biz da sözümüzü deyək.

 

Bu vaxt beş-altı nəfər genə  daxil olurlar. Biri deyir: "Mənə yaz". O biri deyir: "Olmaz, mən tez gəlmişəm, mənə yaz".

 

M ə Ò» ə m m ə d a ğ a. AllaÒ»ı sevərsiniz, açılın başımdan, mən ərizə yazan deyiləm! (Kağızı və qələmi əlindən atıb Ò»irslənir və ayağa durur).

 

PƏRDƏ

 

 

İKİNCİ MƏCLİS

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Qurbanəli öz evində əyləşib çubuq çəkir və fikir edir.

 

Q u r b a n ə l i. MəÒ»əmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur gurulduyur. Doğrusu ki, Ò»eç özümün də ürəyim yoxdur. Ondan ötəri ki, istəmirəm mən də Hacı düşən günə düşəm. Binəva Hacı, neçə ildir Ömərin zəÒ»mətini çəkib oxutdu, amma bununla belə, görükür genə kiçik oğlu böyükündən yaxşıdır: görükür, doğrudan oxumaq adamı yoldan çıxardarmış. (Fikrə gedir) Amma yox! Bir dəli şeytan deyir, qoy kiçik getsin oxusun, görək axırı nə olar! Bu çağa kimi qoysaydım, indi bir şey olardı, ərizəmi yazardı. (Asqırır) İnşaallaÒ» ki, xeyirdir. (Ayağa durub arvadını çağırır) Ay Gülpəri! Ay Gülpəri!

 

 

İKİNCİ GƏLİŞ

 

G ü l p ə r i (İçəri daxil olur). Nədir? Nə var? Niyə bağırırsan?

Q u r b a n ə l i. Acımdan öldüm ki! Bir az əppəkdən-zaddan ver, zoqqumlanaq. Bu vaxtacan Ò»ardaydın?

G ü l p ə r i. Harda olacağam? Su daşıyırdım.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info