Qonaq Kitabı
NADANLIQ

Q u r b a n ə l i. Ata da arpa verdinmi?

G ü l p ə r i. Vermişəm.

Q u r b a n ə l i. Di allaÒ»ını sevərsən, bir şey ver mən də yeyim. Tez ol!

G ü l p ə r i. Qarnın cırılsın! Səninki də elə yeməknən olsun. Amma əlini bir işə vurmuyasan.

Q u r b a n ə l i. Sən ola-ola, mənmi işliyəcəm?

G ü l p ə r i. Hamısını mənmi gərək eliyəm?

Q u r b a n ə l i. Görmürsənmi xalxın arvadları necə işləyirlər? Sən də yanı işmi görürsən?

G ü l p ə r i. Gözünə dursun! (Əli ilə gözlərini göstərir). Sən məndən çoxmu işləyirsən?

Q u r b a n ə l i. Mən işləməsəm, sən Ò»ardan yeyərsən?

G ü l p ə r i. Arvad da olmasa, siz kişiləri bit-birə yeyər.

Q u r b a n ə l i. AllaÒ»ı sevərsən, çox söylənmə, gəti görüm nəyin var.

G ü l p ə r i. Ayrandan savay nəyim olacaqdır? (Gedib tədarük görür).

Q u r b a n ə l i. AllaÒ» evini tiksin! Ayran yeməkdən qarnımda ayran ağacı bitdi.

G ü l p ə r i (Bir qabda ayran, bir parça qara çörək gətirib Qurbanəlinin qabağına qoyur). Ala, zoqqumlan!

Q u r b a n ə l i (Ò»irsli Gülpərinin üzünə baxır və başını bulayır). Səni görüm zoqqumlanasan! (Yeyir). Əli qurumuş deyəsən Ò»eç duz tökməyibdir.

G ü l p ə r i (duz gətirir). Səni görüm duz ağacından düşəsən! Ala, bu da duz.

Q u r b a n ə l i. Ha ... ha! Arvad, sənin ağlın yoxdur, duzun da ağacı olarmı? Ha ... Ò»a! (Gülür) A Gülpəri! Səməd evdədirmi?

G ü l p ə r i. Yoxdur.

Q u r b a n ə l i. Bəs Ò»ara gedibdir?

G ü l p ə r i. Qoyuna gedibdir, nəyinə, lazımdı?

Q u r b a n ə l i. Heç.... (Asqırır) Tək səbir gəldi. AllaÒ», özün rəÒ»m elə! (Fikir edir) Səməd evə gələndə onun üstünü-başını düzəlt!

G ü l p ə r i. Genə nə olubdur? Xeyir ola!

Q u r b a n ə l i. Heç!... (Yeyir). Göndərəcəyəm şkola getsin. (Asqırır).

G ü l p ə r i. Şkol nədir, ay kişi?

Q u r b a n ə l i. Getsin oxusun, bəlkə bir adam ola. (Asqırır). AllaÒ»u-əkbər!

G ü l p ə r i. Ay kişi, sənin başına at təpibdir, nədir? Tək səbir gəldi. Bunun xətası var, aparıb oğlumu dəlimi eləmək istəyirsən?

Q u r b a n ə l i. Dəli niyə olur! Gedər oxuyar abrizinni olar, dana!

G ü l p ə r i. Abrizinni nədir?

Q u r b a n ə l i. Belə ərizə yazar, divan işlərini görər, çinovnik olar. Axırda görərsən ki, qobırnatornan bir yerdə çörək yeyər.

G ü l p ə r i. AllaÒ»ını sevərsən, yerində ağır otur batman gələsən. Aparıb oğlumu əbəs yerə dəli eləmə!

Q u r b a n ə l i. Sarsaq-sarsaq söyləmə! Oxuyan da dəli olarmı? (Yeyir).

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Ağakişi içəri daxil olur. Gülpəri başını örtüb dişqarı çıxır.

 

A ğ a k i ş i. Salaməleyküm.

Q u r b a n ə l i. Əleyküməssalam, xoş gəlibsən, əyləş görək.

A ğ a k i ş i (başmaqlarını çıxarıb əyləşir). Nə yeyirsən, ay Qurbanəli?

Q u r b a n ə l i. Ayrandı, Ò»eç zad. HərgaÒ» istiyirsən, deyim sənə də gətirsinlər.

A ğ a k i ş i. Yox, yox, istəmirəm. Mən də indicə xəngəl yeyib gəlmişəm.

Q u r b a n ə l i. Deyirlər bu gün naçalnik kəndə gələcək, doğrudurmu?

A ğ a k i ş i. Nə işdən ötəri?

Q u r b a n ə l i. İş azdımı? Çoxu deyirlər Pirverdinin işindən ötəri.

A ğ a k i ş i. Pirverdinin nə işi vardı ki?

Q u r b a n ə l i. Nişanlısını, qaynatasını və qaynanasını doğramadımı?

A ğ a k i ş i. AÒ», rusun da görükür işi-gücü qurtarıbdır, yəni bu da bir böyük şeydirmi?

Q u r b a n ə l i. Əslinə baxsan, yaxşı eyləyibdir.

A ğ a k i ş i. Öldürməyinimi deyirsən?

Q u r b a n ə l i. Bəli.

A ğ a k i ş i. Niyə?

Q u r b a n ə l i. Axı, nnsafsız iş tutdular. Nə ki oğlanın pulu vardı, onu evə qoyurdular və yaxşı yedilər, elə ki, oğlanın pulu qurtardı, qızı ona dəxi göstərmədilər və evə də qoymadılar.

A ğ a k i ş i. Yəni eləmi olubdur?

Q u r b a n ə l i. Elə belə olubdur.

A ğ a k i ş i. Qızın adamları çoxdur. Pirverdinin işi çətin olacaqdır.

Q u r b a n ə l i. Nə çətinliyi var? Ancaq Sibirə göndərəcəklər. Bundan artıq bir şey olmaz. Özü də qaçıb gedibdir, allaÒ» bilir tutalar, ya yox.

A ğ a k i ş i. O Ò»eç, Sibirə getməyinə gedəcək. Amma vay qalanların gününə. Qızın adamları Pirverdinin nəslini qətən kəsəcəklər. (Yanı üstə yıxılır) Xülasə, bu işin xətası var.

Q u r b a n ə l i. Canları çıxsın, qoy biri-birinin ətini yesinlər.

A ğ a k i ş i. Elə, demə, bir vaxt olar, bizim də başımıza gələr.

Q u r b a n ə l i. Heç şey olmaz. İki oğlum var, ikisindən də arxayınam.  Böyügünə demişəm, Ò»ansı qızı kefi istəsə, toysuz-zadsız götürüb qaçsın. Elə ki, qız evə gəldi, ondan sonra iş asandır. Mollanın ovcuna bir az pul qoy, o saat "ənkəÒ»tü-vəzənnuşdu"nu oxusun, ondan sonra qızın ata və anasının da sözü olmaz. Niyazəli üç oğlunu da belə evləndirdi.

A ğ a k i ş i. Doğrudan, üçüdəmi qaçırdıbdır?

Q u r b a n ə l i. Üçü də!

A ğ a k i ş i. Yaxşı işdir, vallaÒ»! (Gülür).

Q u r b a n ə l i. Bəs nədi? Başın ağrımır, dişin ağrımır. O ki, kiçik oğlumdur, o da çinovnik olacaqdır.

A ğ a k i ş i. Necə çinovnik?!

Q u r b a n ə l i. Qoyacağam.... (Asqırır). Oxusun abrizinni olsun.

A ğ a k i ş i. A Qurbanəli, əyri oturaq, düz danışaq. Sənin atan-baban oxumuşdumu?

Q u r b a n ə l i. Yox.

A ğ a k i ş i. İndi bəs bu nə dəstgaÒ»dır sən eyləyirsən. Yanı atan-baban gedən yolnan getsən.

Q u r b a n ə l i. Ay cağ olmuş, qoy getsin adam olsun, ərizə-zad yazmaq öyrənsin, sənə də lazım olar.

A ğ a k i ş i. Deyirəm axı, işin-gücün yoxdur. Oxumağa qoyanların əli balamı batıbdır ki, səninki də yağa bata! Görmədinmi, dünən Hacı öz oğlu Ömərdən nə danışırdı? Görükür, MəÒ»əmməd ağanın sözlərinə sən də inanırsan.

Q u r b a n ə l i. Bəs inanmayım, neyləyim? Kişi deyir "oxuyan adam olar".

A ğ a k i ş i. Biz oxumamışıq, görükür, biz adam deyilik. Gör sən AllaÒ», nələr söyləyir!

Q u r b a n ə l i. Yox, yox! (Uca səslə.) Deyir belə "oxuyan ağıllı, kamallı olub dünyadan xəbərdar olar, mərifətli olar, naçalnik kimi adamlarla danışıb söÒ»bət edər". Deyir belə "bu dəmir yol (əli ilə göstərir), teleqraf, cürbəcürə maşınlar Ò»amısı oxumaqla tapılıbdır". Dünən sizdən sonra mən genə yanına getmişdim. Belə şeylər nağıl eləyibdir ki, doğrusu, adam istəyir inansın.

A ğ a k i ş i. Ə, ağlın olsun! Hər şeyə inanma. Dəmir yol, teleqraf Adəm peyğəmbərin vaxtından qalan şeylərdir, allaÒ»-taalanın qüdrətidir, bunlara ağılmı çatar?

Q u r b a n ə l i. Nə bilim, vallaÒ» elə şeylər danışır ki, adamın ağzı açıla qalır. Deyir, bir neçə padşaÒ»lıqlar var, orda cütçü əlində qəzetə oxuya-oxuya cüt sürür.

A ğ a k i ş i. Bəs belə şeylər danışmasın, nə eləsin? Görür ki, xalx uşaqlarını vermir, ona görə bir az yalandan-palandan danışır ki, xalxı aldatsın. Bizim xalxı da aldatmaq çox çətindir?

Q u rb a n ə l i. Deyir, Hacının oğlu Öməri görürsünüzmü nələr eyləyir? Bunlar Ò»amısı oxumağın gücünədir.

A ğ a k i ş i. Dəli dəlini tapar, doğru deyiblər. O da öz yoldaşını tapıbdır. Ah! HərgaÒ» Ömər yaxşı oğul olsa atası onu çox istərdi. (Çubuğunu çəkir).

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Niyazəli, Qurbanəli və Ağakişi.

 

N i y a z ə l i. Salaməleyküm! Genə nə şirin söÒ»bət eləyirsiniz?

Q u r b a n ə l i. A! Xoş gəlibsən!

A ğ a k i ş i. Yaxşı vaxt gəlibsə rbayn, a qonşu! Bura gəl, yanıma. (Əli ilə göstərir).

 

Niyazəli Ağakişinin yanına gedib əyləşir.

 

N i y a z ə l i. Nədi genə? Nə xəbər ola?

A ğ a k i ş i. A kişi, bizim Qurbanəli elə şeylər danışır ki, pişmiş toyuğun güləsi gəlir!

N i y a z ə l i. Nə var? Xeyir ola, a Qurbanəli! Genə mollalığmı eləyirsən?

Q u r b a n ə l i. A kişi, bir şey yoxdur. Ağakişidi çənəsini boş qoyub danışır.

N i y a z ə l i. Sən de görüm, nə var?

A ğ a k i ş i. MəÒ»əmməd ağanın sözünə baxıb istəyir kiçik oğlunu şkola qoysun.

N i y a z ə l i (Qurbanəli asqırır, Niyazəli başını bulayır). Mən də əvvəl bu fikirdə idim....

Q u r b a n ə l i. Sonra nə oldu ki?

N i y a z ə l i. Beş il bundan əvvəl Mursaqulu ağanın uşaqları oxumurdumu?

Q u r b a n ə l i, A ğ a k i ş i . Hə ... Ò»ə ... Ò»ə....

N i y a z ə l i. Bax, o vaxt mən də istəyirdim uşaqlardan qoyam oxusunlar. Bir gün Mursaqulu ağanın böyük oğluna rast gəlib dedim: a bala, sizə şkolda nə oxudurlar? Cavab verdi ki, "nə bilim, yerin günün başına dolanmağından, yer Ò»avada durmağından".... Xülasə, çox şeylər dedi, Ò»ayıf ki, yadımda qalmayıbdır!

A ğ a k i ş i. Ha, Ò»a!... (Gülür) A, gör nələr söyləyirlər, ya Rəbb!

N i y a z ə l i. Doğru deyirəm, üç oğlumun canı üçün, elə belə deyirdilər. Doğrusu, belə şeyləri eşidəndən sonra Ò»ansı axmaqdı gözü baxa-baxa uşağını dəli eləsin.

Q u r b a n ə l i (təccüb edir). A Niyazəli, nə deyirsən? Yer də günün başına dolanarmı?

A ğ a k i ş i. Di bundan sonra gör ki, oxumaq adamı necə eyləyir.

Q u r b a n ə l i (asqırır). Olmuya bu tək səbir elə ondan ötəri gəlir.

A ğ a k i ş i. Görükür, bu işin xətası var.

N i y a z ə l i. Tək səbir mənə düşmür.

A ğ a k i ş i. Görükür, bir şey var. Yaxşısı budur ki, bu fikirdən daşınasan. Yaxşı demirəmmi, a Niyazəli?

N i y a z ə l i. Doğru deyirsən. Bir şeyi ki, başlayırsan, tək səbir gəldi, qoy qalsın. Xülasə, nə deyim, bu oxuyanların işləri təəccübdür. Yazıqların işlərigücləri yoxdur, belə-belə şeylər yazıb satırlar. Bu yolnan özlərinə pul qazanırlar.

Q u r b a n ə l i. Bunlar Ò»amısı keçər-gedər. Ancaq bu tək səbir.... (Asqırır). AllaÒ»u-əkbər! Mənim gözümü qorxudur. Gərək siz deyən doğru ola. Bu işin xətası var. Görək necə olacaqdır! (Fikrə gedir). AÒ»! Qoy genə getsin qoyuna, oxumaq nəyinə lazımdır....

N i y a z ə l i. A kişi, nəyinizə lazım belə şeylər danışırsınız. İşinizi tanrı qurtardımı? Bircə deyin görüm, bəlkə eşidibsiniz, deyirlər naçalnik bu gün kəndə gələcəkdir, doğrudumu?

A ğ a k i ş i. Doğrudu, doğru.

Q u r b a n ə l i. Sənin də naçalniknən işin varmı?

N i y a z ə l i. Əsil iş mənim deyilmi?

A ğ a k i ş i. Nə olub, AllaÒ»a şükür?

N i y a z ə l i. Ortancıl oğlum qaçırtdığı qızın üstə yekə iş açılıbdır.

A ğ a k i ş i. Atası, anası razı deyillərmi?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info