Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

Buraxırıq qayıdırsan.

Həm xəraca müti ollam,

Sən də daxı and iç,

Bizim elimizə yağılığa

Gəlməyəsən. Qazan aydır:

– Vallah, billah, doğru yolu 

Görür ikən əyri yola 

Varmağım yox.

Kafər hamı sevindilər:

– Qazan iyi bir and içdi, söylədilər.

Təkur qoşunun toplayıb

Səf bağladı, çadır tikdi.

Bütün qoşun Qazan xanın

Dövrəsinə yığışdılar.

Qazan xana geyim, qılınc

Süngü, çomaq ayrı-ayrı

Cəng aləti geydirdilər.

Bu məhəldə bütün Oğuz 

Ərənləri alay-alay

Gəlib çıxdı, gumbur-gumbur

Tavullar döyüldü,

Nağaralar çalındı.

Qazan gördü ağır Oğuz

Ləşkərinin qabağında

Ağ boz atlı, dəmir donlu,

Ağ ələmli öncə gəldi.

Çadır qurub səf bağladı,

Dalısınca Qaragünə 

Çatıb, səf bağladı, durdu.

Elə burda Qazan

At meydana sürdü, ər dilədi.

Boz atlı Beyrək at saldı,

Qazan qarşı durdu.

Qazan burda söyləmiş,

Görək, xanım nə söyləmiş:

– Qalxıbanı öz yerindən

Duran igid, nə igitsən?

Dəmir donunu əyninə

Geyən igit, nə igitsən?

İgit, sənin adın nədir,

Degil mənə!

Beyrək burda söyləmiş:

– Mərə, kafər, məgər məni bilməzmisən?

Parasarın hasarından

Qalxıb uçan, adaxlısın

Ayrıları alır ikən,

Tutub alan, Bayburanın

Oğlu Bamsı Beyrək mənəm.

Bəri gəlgil, mərə, kafər,

Vuruşalım, döyüşəlim.

Qazan burada bir daxı söyləmiş aydır:

– Mərə, igit bu qoşunun

Qabağında ağ sancaqlı

Alay gəldi, çadırını 

Hamılardan öndə tikdi,

Ağ-boz atlı o igidin

Adı nədir, kimlərdəndir?

Başın üçün igit bunu

Degil mənə! Beyrək aydır:

– Mərə, kafər kimin nəsi

Olsa gərək? Bəyimiz

Qazanın oğludur.

Salur Qazan ürəgində

Həmd oxuyub, mənim oğlum

Böyüyübən igid olub,

Bunu dedi, şükr qıldı.

Beyrək aydır: – Mərə, kafər

Necə olub onu-bunu

Sorarsan sən?

Altı pərli əmudunu ələ aldı,

Qazanın üstə at saldı,

Əmudla Qazanı çaldı.

Qazan özün bildirmədi, 

O, Beyrəgin biləyindən

Tutdu, dartdı çomağın

Əlindən aldı, Beyrəgin

Ənsəsinə tutub çaldı,

Beyrək atın boynun qucub

Geri döndü. Qazan aydır:

– Hey Beyrək, get bəyinə

Söylə gəlsin!

Bunu görən qoca oğlu

Dönə Bilməz Dülək Əvrən

Atın saldı meydan açdı.

Qazan burada söyləmiş:

– Ala danla öz yerindən

Duran igit, sən nə igitsən?

Bədöy atın oynadıban

Gələn igit, nə igitsən?

Ər, ərdən adın yaşırmaq

Eyib olur, igit, sənin

Adın nədir, degil mənə!

Dülək Əvrən belə aydır:

– Mərə, kafər, mənim adım bilərmisən?

Öz adı ilə güvənən,

Eldən çıxıb əlli yeddi

Sərt qalanın kilidini

Çəkib alan, Qoca oğlu

Dönə Bilməz Dülək Əvrən

Mən özüməm! Süngüsünü

Ələ aldı, Qazan xanı

Sancım, deyə, atın saldı,

Sancanmadı boşa getdi.

Salur Qazan at oynatdı,

Süngüsünü çəkib aldı,

Durmadan başına çaldı,

Süngü pərəm-pərəm oldu.

Döndü aydır: – Mərə, qavat!

Qayıt, söylə bəyin gəlsin.

O da daxı qayıdıban

Geri döndü Qazan yenə

Ər dilədi

Dözən oğlu Alp Rüstəm

Atın saldı qarşı gəldi.

Qazan burada söyləmiş:

– Qalxıbanı durub gələn,

Qazılıq atın bütün minən

Nə igitsən, adın nədir?

Degil mənə! Rüstəm aydır:

– Qalxıbanı durub gələn



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info