Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

***

Uçmaq arzusuyla xoşlanan insan,

Aya, ulduzlara qonur bu zaman.

Xəyal uzaqlıqda, xəyaldan uzaq,

Kəhkəşanlarilən pıçıldaşaraq.

Peyğam verir, dönür cavabın alır,

Hələ görüləcək çox işlər qalır.

İndi bu barədə düşünərkən mən,

Bir söz xatırladım “Aşıq Qərib”dən.

 

***

“Üç aylıq yolları üç gündə gəldim,

Mövlam mədəd verdi, uçdum da gəldim”

 

***

İndi insan üç ay, üç illik nədir,

Yüz illik yolları bir gündə gedir.

 

İşdə mövladan da mədəd diləmir,

Özü yaratdığı minigə minir.

Bunla hələ də, hələ də, hələ,

Umud bağlayırı “xariqə”lərə.

Olsun, çox gülüncdür xariqə sözü,

Xariqə deyilmi, insanın özü?

Xariqə deyilmi, bu həyat, varlıq,

Biz boş kəlmələrdən nə axtarırıq?

Sirrinə əl tapa bilməyən zadın,

Xariqə qoyuruq sadəcə adın.

Ancaq yüksəldikcə elm, təcrübə,

Xariqələşiri xariqələr də.

Bilik, irəliyə addım atdıqca,

Tamahın artırır ideallar da.

İnsan yürüdükcə, yollar aşdıqca,

Qarşısında duran yenə min divar,

Yolunu bağlayan dəmir qapılar 

Onu darıxdırır, onu incidir, 

Ruhunu sarsıdır, əzir, kiridir.

Dincəlib tapınca yenicə yollar,

Qərar tuta bilmir yenə də naçar.

İdeal atını qabağa çapır,

Mərmuz qüvvələrə iltica tapır.

 

Boş ilticadan o, nəmi axtarır,

Təsəlli veribən özün aldadır?

Yox, pisikolojik bir sirr var işdə,

Bu sirri aramaq gərək gedişdə.

Sığınmaqda mərmuz qüvvələr yatır,

Yerində insanın dadına çatır.

Necə yorulanda bütün yolçular,

Daldanacaq tapar dincini alar.

İnsan da sığınıb toxtaxlaşaraq, 

Yatmış quvvələrin işə salaraq,

İşin hər tərəfin açır, arayır,

Tapdığı yoluna inamla varır.

Yeni bir silahı qullana bilir,

Bütün qüdrətilə meydana girir.

Bu kəsgin silahın adı imandır,

İman hər şəkildə dada çatandır.

Silahsız əsgərdir insan imansız, 

Çarəsi təslimdir, təslimdir yalnız.

İnamsız-imansız insan qorxaqdır,

Hər bir çətinlikdə dalı qaçaqdır.

İnam məqsədinə, inam yoluna,

İman, istəginin haqq olduğuna.

İlahi bir qüdrət vardır imanda,

İnsan allahlaşır iman tapanda.

Dönməzlik, sönməzlik, şücaət, ilqar

İnamla tapılar, imanla parlar.

Bütün alışanlar, bütün yananlar,

Yanıb dünyamızda işıq salanlar,

İlk qorun bu sönməz alovdan almış,

Dönüb qaranlığa qələbə çalmış.

Gərək bu çırağı yanar saxlamaq

İnam işartısın torpaqlamamaq.

Düzdür, mövhum inam yolu kəsəndir,

İnamsız insan da bir Əhriməndir.

Kimsədə, inanmaq, iman olmasa,

İnsanlıq nə hala qalar, nə hala?

Bir yığın məqsədsiz, hədəfsiz, qısraq,

İşi dal-qabağın, qarnın otarmaq.

Nə vətən, nə məslək, nə yol nə ayın,

Nə istək, nə ilqar, nə dostluq nə kin,

Nə qayğı, nə kömək, nə zəhmət, nə iş,

Nə görüş, nə gülüş, nə gəliş-gediş…

Həyata, varlığa dirəkdir iman,

Bilmirəm, hər nəyə inansan, inan.

 

Bir böyük qüvvə də vardır həyatda,

İşdə həqir sanmaq olmaz onu da.

Toplanmaq, birləşmək gücüdür o, da

İlahi güc olur birlik qolunda.

Bu sözü söyləmiş peyğəmbərlər də:

– “Yədullah məulcəmaə[2]” – deyə.

Birlə bir cəmləşmə “iki” olacaq,

Lakin, nə ikidir bu iki, baxaq,

Hər tək-tək birlərdən üstün durar, o

Tək milyon olsa da, faiq olar, o.

İki, üç olsa da işdə belədir,

Dibin tut, gör çoxluq necə qüvvədir.

Çoxluq, bəli çoxluq, lakin nə çoxluq,

Bir çox çoxluqlardan iyidir yoxluq.

Sayda çoxluq, həm də ürəkdə birlik,

Çoxluq dedikdə, biz bunu gəzirik.

Bu çoxluqda insan bəxtiyar olar,

Hər bir çətinligə qələbə çalar.

Bu çoxluq yanı ki, dostluq, məhəbbət,

Bu çoxluqdan doğur yalnız həqiqət.

Çoxluq, nəki vurub-vuruşmaq üçün,

İnsan bir-birinə qovuşmaq üçün.

Həyat meydanına birlikdə varmaq,

Dumanlı dağların bağrını yarmaq.

Qəhhar quvvələrlə çəngələşərək,

İnsan düşmanının bağrın deşərək,

İnsana dinc həyat qurub yaratmaq,

Kəmal zirvəsinə dırmaşıb çatmaq.

Birlikdə çalışmaq, birlikdə yemək,

Hamını bir, biri, hamıda bilmək.

 

***

Aşıq, canım aşıq, dırnaq vur saza,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info