Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

Gördümsə üz döndərmədim.

Ağzı dönməz qılıncımı ələ aldım,

Məhəmmədin dini eşqinə

Yorulmadan qılınc vurdum.

Ağ meydanda yumru başlar

Kəsib saldım. Onda belə

Ərəm, deyə, bəyəm, deyə,

öyünmədim.

Mən öyünən ərənləri

Xoş görmədim, ər bilmədim.

Mərə, kafər, əlində ikən

Aman vermə, öldür məni,

Qılıncını sal boynuma.

Kəs başımı, qılıcından

Qorxum yox, öz əslimi

Öz kökümü sımağım yox!

 

Bir daxı söyləmiş:

– Yüksək-yüksək Qara dağdan

Daş yuvarlansa, 

Qaba ökçəm oyluğum

Qarşı tutan Qazan mənəm.

Firon şişlər baş qaldırıb

Yerdən çıxsa, qaba ökçəmlə

Pərçin qılan Qazan mənəm.

Qaba-qaba bəylər oğlu

Qovğa qılsa, qamçı salıb

Döydürən Qazan mənəm.

Uca dağlar duman alsa,

Qara duman dolu qopsa,

Qara qoçumun qulağı görünməsə,

Qərib ərən qulağuzsuz,

Yol yanılsa, qulağuzsuz,

Yol başaran Qazan mənəm.

Yeddi başlı əjdəhaya

Gəlib çatdım. Heybətindən

Soldakı, gözüm yaşardı.

Hey, gözüm, namərd gözüm,

Bir ilanda nə varımış

Qorxdun, dedim.

Onda belə ərəm, deyə, bəyəm deyə,

Öyünmədim. Mən öyünən

Ərənləri xoş görmədim, ər bilmədim.

Mərə, kafər əlində ikən aman vermə,

Öldür məni, itir məni, 

Sal qılıncın, kəs başım.

Qılıncından qorxum yox,

Öz əslimi, öz kökümü sımağım yox!

 

Qazan bir daxı söyləmiş:

– Arqıc qırda yayxalanır,

Ummanların dənizində,

Sirp yerlərdə yayılmış

Kafərlərin şəhəri.

Sağa-sola çırpınırdı üzgəcləri,

Su dibində dönər bəhrləri.

Tanrı mənəm! Deyə, su dibindən

Çığraşır asiləri.

Önün qoyub tərsin oxur,

Qızı-gəlini. Altun aşıq oynar,

Sancıdının bəyləri. Altı qatla

Oğuz vardı, alımadı o qalanı.

Altı ərlə bir mən Qazan,

Altı günə qoymayıban

Basdım, aldım o qalanı.

Kilisasının yerinə məçid yapdım,

Ban banlatdım, gözəl qız-gəlinlərin

Ağ köksüm üstə oynatdım.

Bəylərini qul eylədim,

Onda daxı ərəm, deyib öyünmədim,

Mən öyünən ərənləri xoş görmədim.

Əlindəkən, mərə, kafər, öldür məni,

İtir məni, qılıncından sıparım yox,

Öz əslimi, öz kökümü sımağım yox!

 

Qazan bir daha söyləmiş:

– Arqıc qırda döndərdigim mərə, kafər, sənin baban,

Şaqaqına imrəndigim sənin gözəl qız-gəlinin,

Ağca qala Sürməlidə at oynatdım,

Atla Qarun ellərinə çapqın etdim,

Ağça Hasar qalasının burcun yıxdım,

Ağ ağça gətirdilər, puldur dedim,

Qızıl altun gətirdilər aldanmadım.

Ala gözlü qız-gəlinin gətirdilər aldanmadım,

Kilisasını yıxdırıb məçid yapdım,

Altun, gümüş yağmalatdım,

Onda dəxi ərəm, deyib öyünmədim,

Mən öyünən ərənləri xoş görmədim.

Əlindəkən mərə, kafər öldür məni,

İtir məni, öz əslimi öz kökümü

Sımağım yox, kafər səni öyməgim yox!

 

Qazan bəy birdə söyləmiş:

– Ağ qayanın qaplanının ərkəgində bir köküm var,

Ortac qırda sizin sığın, keyikləriz durdurmağa.

Ağ meşənin aslanında bir köküm var,

Qaz alaca yuntları durdurmağa.

Azvay qurd ənigi ərkəgində bir köküm var,

Ağca yunlu tümən-tümən qoyunu gəzdirməgə.

Ağ qanadlı sunqur quşu ərkəgində bir köküm var,

Ala ördək, qara qazın uçurmaya.

Qalın Oğuz ellərində bir oğlum var,

Uruz adlı, qardaşım var, Qaragünə.

Yenidən doğanını diri qoymayalar,

Əlinə girmiş ikən, mərə, kafər, öldür məni,

İtir məni, qılıncından sıparım yox!

 

Qazan bir daxı söyləmiş:

– İt kimi hafıldayan çərkəz xırslı,

Küçücük donuz şülənli,

Bir torba saman döşəkli,

Yarım kərpiç yasdıqlı,

Yonma ağac tanrılı köpəyim kafər!

Şanlı Oğuz ellərini görər ikən,

Bil ki, səni öyməyim yox!

İndi daxı öldürərsən, öldür məni 

Öldürməsən, Tanrı qoysa, 

Öldürərəm, kafər səni.

 

Kafər aydır: – Bu bizi öymək istəməz,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info