Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

Gəlin onu öldürəlim.

Kafər bəyləri gəldilər toplandılar.

Biri aydır: – Bunun oğlu, qardaşı var,

Bunu öldürsək iş çıxardar.

Belə olsa, gətirdilər

donuz damına saldılar.

 

At ayağı külək olur,

Ozan dili çevik olur,

Qazan xanın ölüsündən, dirisindən

Heç kimsənin xəbəri yox.

Məgər xanım, Qazan xanın

Bir kiçik oğlu varmış

Boy atıban igit olmuş.

Bir gün qalxıb ata minib

Bayındır xan divanına gələn zaman,

Bir kişiyə qarşı gəldi.

Kişi aydır: – İgit, sənmi

Qazan xanın oğlu? Uruz

Deyilsənmi? Uruz aydır:

– Mərə, qavat mənim atam

Bayındır xan deyilmi?

Kişi aydır: – Yox, igidim,

O, ananın babasıdır.

Uruz aydır: – Mərə, söylə,

Mənim babam ölümüdür, dirimidir?

– Yox diridir. O, Tumanın

Qalasında dustaqdır.

Oğlan bunu eşidincə,

Məlul oldu. Ağlar gözlə

Geri döndü, anasına vardı, gəldi.

Burda görək anasına nə söyləmiş:

– Mərə, ana, görünən mən

Bayındır xanın oğlu yox,

Xan Qazanın oğluymuşam. 

Mərə, qavat qızı, bunu

Mənə nəçün deməzmişsən?

Ana haqqı, Tanrı haqqı

Deyilmişsə, qara polad

Uz qılıncım, dartar idim.

Qəflətindən mən başını

Kəsər idim, alaca qanın

Yer üzünə tökər idim.

Ana bu sözdən ağladı

Oğlancığın qucub dedi:

– Oğul, baban səlamətdir,

Ancaq sənə söyləməyə

Qorxardım mən, kafərlərə

Gedəsən sən, öz-özünü

Ota vurub, suya vurub,

Həlak olub basılasan.

Onun üçün sənə deməzdim.

İndi əminə adam sal,

Gəlsin görək o nə deyir.

 

Adam saldı əmisini

Çağrıtdı. Əmi gəldi,

Uruz aydır: – Mən babam

Dustaq olduğu qalaya getməliyəm.

İttifaqla danışdılar,

Bütün Oğuz bəylərinə xəbər oldu,

Uruz babasını andı gedər,

Yaraqlaşıb yola düşün.

Qoşun gəldi alaylandı,

Alp Uruz çadırlarını açdırdı,

Cəbbəxanasın yükəltdi,

Qaragünə sərkərdə oldu,

Boru çalıb yollandılar.

Yol üstündə kafərlərin

Ayasofiyası var idi,

Keşişlər orda oturardı,

Olduqca sarp kilisa idi.

Atdan yenib tacir donu geyindilər,

Bəzirganlar surətində,

Qatır, dəvə çəkdilər.

Kafər gördü bu gələnlər

Tacirlərə bənzəməzlər. Qaçıb gedib

Qala içrə gizləndilər,

Qapıları qapadılar,

Burca çıxıb, kim olduqların, sordular.

Bunlar aydır: – Bəzirganıq.

–Yalan sözdür, deyə,

Dönüb qafiləni daşladılar.

Uruz atdan yendi aydır:

– Hey, atamın qədəhindən

Şərab içən, məni sevən,

Atdan yensin bu qalanın

Qapısına birlikdə

Əmud vuralım.

On altı ər sıçrayıb

Atdan yendi. Qalxanlara

Yapındılar, əmudların

Omuzlarına qoydular,

Yaxınlaşıb əmud ilə

Qapıları avatdılar,

İçəriyə soxuldular.

Tapdıqları kafərləri

Öldürdülər. Mallarını

Yağmalayıb qoşun içrə

Qayıtdılar.

 

Kafərlərin sığırtmaçısı var idi, 

Baxdı gördü qala alındı,

Qaçıb gəldi Ayasofiya alındığın

Təkura xəbər gətirdi: Nə durmusuz,

Üstünüzə yağı gəldi,

Başınıza çarə qılın.

Təkur bəylərin çağırıb

Bunlarla nə etməli,

Deyə, sordu.

Çarə buna qalıbdır ki, 

Siz Qazanı çıxarasız,

Onlara qarşı qoyasız.

Bunu hamı səlah görüb

Qazan xanı donuzluqdan

Çıxardılar, gətirdilər.

Təkur aydır: – Hey, Qazan bəy,

Üstümüzə yağı gəldi.

Bu yağını üstümüzdən

Ayırırsan, onda səni



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info