Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Oğul canın alırsanmı?

Yoxsa, ana, ağca üzə,

Acı dirnaq çalırsanmı?

 

* * *

– Nə deyirsən, göz işığım,

Oğul, oğul, canım oğul!

Doqquzca ay dar qarnımda,

Saxladığım qanım oğul!

Qundağını bələdiyim,

Boy atmağın dilədiyim.

Dolab-dolab ağ südümü,

Əmizdiyim canım oğul!

Uca bürclü hasarlarda,

Otraq olub tutulaydın,

Azğın dinli kafərlərə

Dustaq olub tutulaydın,

Qızıl-gümüş savuruban,

Pul tökübən qurtarardım.

İndi isə yaman yerə,

Varmış ikən, vara bilməm,

Dünya şirin, can əzizdir,

Oğul, canım verə bilməm!

 

* * *

Anadan da məyus olub,

Qayıdarkən Dəli Domrul,

Hazırlanıb can almağa,

Yaxınlaşdı Əzrail.

 

* * *

– Əzrail, mərə, aman!

O görünməz ilahinin

Dediyinə yoxdur güman.

– Söylə görüm, yenə nə var?

Mərə, dəli, nə deyirsən?

Daha sözün? Yenə məndən

Nə amanı diləyirsən?

Ağ saqqallı qoca baban,

Can dilədin, can vermədi.

Ağ birçəkli qarı anan,

Can dilədin, can vermədi.

Daha kim var, sənin üçün,

Canın verə, keçə candan?

– Həsrətim var.

– Nə həsrətin?

– Yad qızı bir halalım var.

Ondan bir cüt əmanətim –

İki kiçik oğlanım var.

Onlar ilən görüşəlim, –

Deyə, Domrul axın-axın,

Öz evinə sürdü atın.

 

* * *

– Bilirsənmi nələr oldu?

Göy üzündən qızıl qanad

Əzrail uçub gəldi.

Ağca sinəm üzərinə,

Qondu mənim.

Şirin canım,

Xırladıban alar oldu.

Babamdan can dilədimsə,

Can vermədi, anamdan can

Dilədimsə, can vermədi.

Söylədilər hər ikisi.

– Can əzizdi, dünya şirin.

Uca-uca dağlarım var,

Sənin üçün ovlaq olsun!

Orman kimi bağlarım var,

Sənin üçün yaylaq olsun!

Soyuq-soyuq sularım var,

Sənin üçün içik olsun!

Tövlə-tövlə şahbaz atım,

Sənin üçün minik olsun!

Qızıl qübbə çadırlarım,

Kölgəliyin olsun sənin!

Qatar-qatar dəvələrim,

Yükləliyin olsun sənin!

Ağ ayılda ağ qoyunum,

Sürüsilə sənin olsun!

Könlün kimi tutar isə,

Sevər isə, ərin olsun!

Ancaq iki oğlancığı,

Başsız qoyma, evsiz qoyma.

 

* * *

– Nə söylərsən, nə deyərsən?

Gözüm görən, könlüm sevən,

Ürək dostum, göz bəbəyim,

Qoç igidim, şah igidim.

Dadlı-dadlı damağ verib,

Sevişdiyim!

Bir yasdığa baş qoyuban,

Əmişdiyim!

Qarşı yatan qara dağı,

Səndən sonra neylirəm mən?!

Qəbrim olsun, keçər olsam!

Soyuq-soyuq bulaqları,

Səndən sonra neylirəm mən?!

Qanım olsun, içər olsam!

Kisə-kisə qızıl pulu,

Səndən sonra neylirəm mən?!

Kəfən alım, xərclər olsam!

Səndən sonra kişi sevsəm,

Könül versəm, onlan yatsam,

Bir od olsun, yaxsın məni!

İlan olsun, şaxsın məni!

Bir quru, boş canda nə var,

Qıymadılar sənə onlar?

Ərş bilsin, kürsi bilsin,

Yer-göy buna tanıq olsun!

Dünya bilsin, aləm bilsin,

Tanrı özü tanıq olsun!

Bu canım qurbandır sənə,

Dünya buna tanıq olsun! –

Deyə, xatın yar yolunda,

Can verməyə razılaşdı.

 

* * *

Bunu görən Əzrail,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info