Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Ağladırı,

Dağı-daşı.

 

* * *

– Niyə şivən qoparıban

Ağlayırsız? Nə xəbərdir?

Nə olubdur? –

Deyə, gəlir Dəli Domrul.

Qazlıq atın cilovunu,

Çəkib durur.

– Görklü bir igidimiz

Ölüb bugün.

Ağlamağa səbəb oldur.

– Deyin görüm, o igidi

Kim öldürdü? – deyə, Domrul

Yenə sorur.

– Qızıl qanad Əzrail!

Göy üzündən uçub gəldi,

Haq-taala əmri ilən,

Xub igidin canın aldı.

 

* * *

Dəliqanlı, qaflanqınaq,

Bir igiddir Dəli Domrul.

Zamandır ki, quru bir çay

Üzərində körpü salmış.

Karvan-kələk, yoldan ötən,

Kimsə keçsə körpüsündən,

Tutub alar otuzüç pul,

Keçməyəndən döyə-döyə,

Çala-çala qırxın alar!

 

O deyər ki: – Məndən Dəli,

Məndən güçlü igid varsa,

Çıxıb mənlən döyüş etsin,

Pəncələşib vuruş etsin.

Yenə də o: – Gərək mənim,

Qoçaqlığım, igidliyim,

Cilazın ər olduğumun,

Tərifi hər yana gedə,

Ruma gedə, Şama gedə,

– Deyə, Domrul öyünərdi.

Xub igidin ölümündən

Kədərlənir Dəli Domrul.

– Mərə[9], ərlər! Nə kişidir

Dediyiniz Əzrail?

Nə üçün o, qəfil-qəfil,

El içinə qırğın sala,

Yaxşı-yaxşı igidlərin

Yaxalayıb canın ala?!

 

* * *

Qadir Tanrı! Varlığının,

Birliginin haqqı üçün,

Mənə göstər canlar alan,

Qızıl qanad Əzrailin.

Döyüşübən, savaşıban,

Xilas edim xub igidin,

Canını mən, ki, bir də o,

Yaxşı-yaxşı igidlərin

Canlarını alanmasın.

Obalara, kömələrə,

Qara şivən salanmasın.

– Deyə, Domrul rica edir.

 

* * *

Yoxsa, Tanrı dərgahına,

Onun sözü xoş gəlməyir?!

–        Bax, gör necə dəli qavat

Çəkinmədən edib cürət,

Şükr etmədən birliyimə,

Mənim ulu dərgahıma,

Yan baxırı! – Deyə, Tanrı

Hökm eylədi Əzrailə:

– Hey Əzrail! Tez ol, yürü,

O dəliyə yetir özün,

Yaramazın bənzin sarat,

Kəs nəfəsin, canın xırlat!

 

* * *

Dəli Domrul qırx igidlən,

Yeyib-içib oturarkən,

Qorxunc qoca surətində,

Əzrail uçub gəldi.

 Nə qapıçı onu gördü,

Nə gəldiyin çavuş bildi.

 

* * *

Əzrailin heybətindən,

Qorxubilməz Domrulun,

Görər gözü görməz oldu,

Tutar əli tutmaz oldu.

Nəzərində işıq dünya,

Çevrildi qaranlığa.

Çırpıntıya düşdü ürək.

Əzrailə nə söyləmiş,

Dəli Domrul, baxaq görək:

– Qoca, sən nə heybətlisən?

Qoca, sən nə dəhşətlisən?

Qapıçılar səni görməz,

Qaravullar səni duymaz?!

Sənin qorxunc, ürək sıxan,

O görkəmin, mənim görər

Gözlərimi görməz etdi.

Qoca, sənin dəhşətindən,

Danışmağa tutmaz dodaq.

Yerə düşdü heybətindən,

Əlimdəki qızıl əyaq[10].

İsti ağzım buza döndü,

Sümüklərim duza döndü!

Ay saqqalı ağca qoca,

Gözcığazı çöngə[11] qoca,

Söylə, bura necə gəldin?

Söyləməsən mənə əgər,

Qadam-balam sənə dəyər!

 

* * *

Domrulun sözlərindən,

Əzrail acıqlandı:

– Ahay, dəli! Gözlərimin



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info