Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Qaflan kimi yuva salmış,

Cidasını yerə çalmış.

 

* * *

Bu dağların, yaylaqların,

Ceyran qaçar ovlaqların,

Torpaqları qarışıqdır,

Babaların torpağıylan.

Daş-çınqıllı yatağında,

Güzgü kimi qəltan-qəltan,

Köpüklənib daşqın axan,

Bu çayların üzərindən,

Mərd igidlər bu gün, dünən,

Bədöy atın çapızdırmış,

Düşmanları töküb qırmış.

 

* * *

Yadlar bizə kəc baxanda,

Axar sular qan axanda,

Papağını əyri qoyan,

Bu sıldırım qayaların,

Dalısında minlər aslan,

Pusqulara sinib, yatıb,

Ox sıçradıb, tüfəng atıb.

 

* * *

Dişi aslan bizim ana,

Əmzik vermiş nər oğlana,

Xəmir yaymış, çörək yapmış,

Qoyun sağmış, inək sağmış.

Arxalanmış öz ərilə,

O, yaradan əllərilə,

Toxumuşdur rəngli gəbə,

Əhsən olsun bizim dəbə!

 

* * *

Gözəlləri incə-incə,

Göz inanmaz görməyincə.

Ürəklərə dügün salan,

Könül verib, könül alan,

Dərin istək, dönməz ilqar,

Onlardandır bir yadigar.

Günəşdən tez yerdən duran,

Dağlar üstə çadır quran,

Su-suvaran, toxum səpən,

Əkin-əkən, biçin-biçən,

Ov-ovlayan, quş-quşlayan,

Mərd igidlər hörmətiylən,

Ömür sürmüş şöhrətiylən,

Yad ellərə bac verməmiş,

 Zülqədərə tac verməmiş[7].

 

* * *

 Aşıqları hər zamanla,

 Nəğmə qoşmuş, dastan açmış,

Qaqqıldayıb oxuyanda,

Ürəklərdən kədər qaçmış.

Minbir nəğmə, minbir dastan

Mən söyləyim sizə hardan?

 

* * *

Aşıq dayandırır sözü-sohbəti,

Əlində sədəfli sazı danışır.

Kamala yetəndə insan sənəti,

Çöllərin ördəyi, qazı danışır.

 

Bu dilin kəlməsi, cümləsi yoxsa,

Vəsfə sığınmayan fəsahəti[8] var.

Hamılar, hamılar aşnadır ona,

Bilmirəm nə gücü, nə qüdrəti var!

 

Orda ki, dil-ağız sözdən usanar,

Soruşun mətləbi, tellər söyləsin!

Dodaq danışarsa, od tutar yanar,

Gərəkdir zəxmələr, əllər söyləsin!

 

Könül məhəbbətdən danışan anda,

Ağıl qopuzunun simi qarışır.

Eşq əli tellərə zəxmə vuranda,

Kimisi qırılır, kimi qarışır.

 

İnsanlıq yüksələn ən uca yerin,

Bir adı sevgidir, biri məhəbbət.

Hər yanı axtardım mən dərin-dərin,

Araya bilmədim başqa həqiqət!

 

Aşıq, sən də bizə istəkdən danış!

Qoy məhəbbət doğsun söhbətin-sözün.

Könüldən, qəlbdən, ürəkdən danış!

Qoy sarsılan insan tanısın özün.

 

Belə demiş Qorqud Dədə,

O, ellərin işbiləni,

Babaların başbiləni:

 

– Quru bir çay üzərində,

Saldırılmış bir körpünun,

Civarında yurd eyləmiş,

Köçün salmış bir obadan,

Ucalırdı şivən səsi.

Köç etmişdi, anlaşılan,

Gənc bir igid, bu dünyadan.

 

* * *

Əri ölmüş yaslı gəlin,

Açıb atır al örpəyin.

Cavan qızlar,

Ağlar, sızlar,

Başlarına qara salır.

Səs tutulur, göz qızarır.

Dırnaqlanır al yanaqlar.

Qana batır ağ dodaqlar.

Qan quruyur ağca yüzdə.

Yaş quruyur yorgun gözdə.

Bir qarıcıq dildən düşüb,

Içqıraraq, için çəkir.

Qanlı yaşı parçalanmış

Yanağına pir-pir tökür.

Qara ləçək bu ananın,

Ürək yaxan nalələri,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info