Qonaq Kitabı
MARAL

Ma r a l . Haydı, get!.. Get, söylə! Həm də içəri gəlmək istəsə, saqın,

bıraqma!

Bayram. Hiç bu mümkünmü ya!.. Şimdicə getmək için söz vermədinmi?

Maral (hiddətli). Sana nə söylərlərsə, ona baq!

Bayram. Pəki... (Çıqar).

Maral (şaşqın və sərsəm bir halda). Ah, aman yarəbbi! Hər iki tərəfim təhlikəli

uçurum... Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçsam namus, iffət

məsələsi bəni bitirəcək, bəni məhv edəcəkdir.

 

A r s l a n b ə y sol qapıdan əcələ içəri girər, Maral ürkərək bir tərəfə çəkilir.

 

Arslan bəy. Maral!

Maral. Ah, Arslan! (Bir az daha çəkilir).

Arslan bəy. Maral! Bu nə kefsizlikdir?

Maral. Hiç, Arslan! Hiç..

Arslan bəy (Maralın əllərini yaqalayaraq). Öylə isə niçin duruyorsun? Haydı,

gedəlim.

Maral. Xayır, xayır, Arslan, daha gedəmiyəcəyim. Artıq bundan sonra...

Arslan bəy. Aman, nə demək istiyorsun?!

Maral. Əvət, artıq bundan sonra bəni unut!.. Bu çarəsiz bədbaxtı unut!

Arslan bəy. Maral, Maral!.. Ah, nələr eşidiyorum!?

Maral (müztərib). Aman, yarəbbi!

Arslan bəy. Maral!?

 

Bu halda Turxan bəy gəlir, onları böylə görüncə şaşırıb durur.

 

Maral. Ah, Arslan!.. Arslan!..

Turxan bəy (dərhal revolverini çıqarır. Maralın sözünü kəsərək acı qəhqəhə ilə).

Ya!.. Səndəki vəfa bu imiş ha!?

Maral (məzlumanə). Aman, bəyim!

Turxan bəy. Uzun söz lazım deyil... Al, İştə bu sənin... (Revolver patlar,

Maral – “Ah” deyə düşü verir. Sonra Arslan bəyi nişanlayaraq). Bu da... (Revolver

açılmaz).

Arslan bəy (hücum edərək). Ah, namərd! Alçaq! O, mələk kibi mə’sumdur

(Haman xəncər ilə Turxan bəyi göksündən yaralar və dışarı fırlar).

Turxan bəy. Xain!.. Vicdansız!..

 

(Deyə Arslanı izlər)

 

Maral (həzin və yaralı bir səslə). Uf... (Sofada bir-iki qurşun

daha patlar).

Humay (təlaş ilə daxil olaraq). Eyvah, bu nə fəlakət!.. (Maralı

qucaqlayaraq). Maral!.. Maral!..

Maral (məhzun və acı təbəssümlə). Ah, Humay! Sənmisin?..

Humay. Sevgili Maral, hanki cəllad sana qıydı?

Maral. Hiç sorma!..

 

Nadirlə Cəmil gəlir, mənzəreyi-faciəyi görüncə “ah” – deyə dona qalırlar. Eyni

zamanda Turxan bəy də göksünü sağ əli ilə tutmuş olduğu halda geri dönər. Şaşqın və nadim bir cəllad tevri ilə baqıb durur.

 

Ma r a l . Humay!.. Əlvida!.. Ah, bəndən anama... salam! Unutma!.. Uf!.. Əl...vida!.. (Təslimi-ruh edər).

Humay (yaralı bir fəryad ilə). Ah, Maral!.. Maral!.. Maral!..

 

(Deyə öpüb bağrına basar və şiddətli hıçqırıqlar içində boğulub düşər).

Lakin Humay ilə Maralın son sözləri dəvam etdiyi sırada Nadirlə Cəmilin sabit və əzici nəzərləri daima yuqarıdan aşağıya olaraq Turxan bəy üzərinə dikili qalır.

 

Pərdə

 

SON

 

Gəncə, 1913

 

 

 

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info