Qonaq Kitabı
MARAL

Bu sırada yaralı və ağır bir ahənglə, şikəstə məqamında olaraq aşağıdakı türkü,

ormanın namə’lum bir guşəsindən eşidilir. Cəmil bəy, dalğın və yorğun adımlarla

azacıq səs gələn tərəfə doğru ilərlər. Əlindəki kitabı və şapkayı bir yana atar, səhnənin

bir bucağında uzanıb məzkur səsi dinləməyə başlar.

 

İŞTƏ TÜRKÜ

 

Alagöz bir mələk gördüm, vuruldum,

Dərdə düşdüm, ah çəkməkdən yoruldum,

Hənuz cavan ikən sarardım, soldum,

Eşq atəşi hər an yaqıb canımı,

Əlimdən aldı səbrü imkanımı.

 

Bulunmaz olmuş dərdimin dərmanı,

Fəryadım inlətir vəhşi ormanı.

Gəzib alt-üst etdim bütün cihanı,

Bir ağ gün görmədim, səfa görmədim;

Hiç bir gözəldə bir vəfa görmədim.

 

Humay (düşüncəli bir halda digər tərəfdən çıqar, gəzindiyi sırada Cəmil bəy gözünə ilişir. Təlaş ilə). Cəmil! Qalq, əzizim, qalq... Soğuq alırsın da eyi olmaz.

 

Cəmil bəy (cavab verməz).

Humay. Cəmil!

Cəmil bəy (Şaşqın). Kim o?

Humay. Bənim, bən!.. Haydı, qalq, evə get, burası sənin için eyi deyil, vücudun pək zəif...

Cəmil bəy (qalqaraq). Ah, Humay! Sevgili Humay! Nə zaman gəldin?

Humay. Çoq deyil, əzizim, şimdicik...

Cəmil bəy (heyrət və sevinc ilə). Ah, hər uyuyan oyandığı zaman başı ucunda sənin kibi bir mələk görəcəyini düşünsəydi, şübhəsiz uyumağı oyanıqlığa tərcih edərdi. Məzardan baş qaldırdığı zaman, insan səni ziyarət edəcəyini bilsəydi, haman bir an əvvəl ölümün pəncəyiqəhrinə atılırdı...

Humay (gülümsəyərək). Cəmil! Səndə bir başqa hal görüyorum, bu gün sana bir şeymi olmuş?

Cəmil bəy (sükut edər).

Humay. Niçin cavab vermiyorsun?

Cəmil bəy. Şimdi rö’yada gördüm ki...

Humay (maraqla). Nə gördün? Allah eşqinə, söylə!

Cəmil bəy. Söyləməyə dilim varmıyor, Humay!

Humay (heyrətlə). Nasıl?!

Cəmil bəy (düşünür, cavab verməz).

Humay. Niçin susdun? Artıq, bəni məraqlandırıyorsun.

Cəmil bəy. Şimdi ki, məraq ediyorsun, dinlə!

Humay. Dinliyorum, İştə söylə!

Cəmil bəy. Humay! Gördüm ki, Barjom misafirləri yavaş-yavaş dağılıyor, hər kəs

gəldiyi yerə gediyor...

Humay (məraqlı və güləryüzlə). Sonra?

Cəmil bəy. Sonra biz də yol tədarükünə başladıq. Səndən ayrılacağımı sanki hiç

düşünməmişdim, ayrılıq zamanı yaqlaşınca birdənbirə gözlərim yaşardı. Təhəmmül

edəmiyərək öksüz çocuqlar kibi ağlayıb sızlamağa başladım.

Humay (incə qəhqəhə ilə). Doğrusu, tuhaf təbiətiniz var! Pəki, ayrıldıqdan sonra

təkrar görüşmək gücmü ya?!

Cəmil bəy (azacıq düşünərək, birdən-birə Humayın əlini əlləri içinə alır). Humay!.. Sən hiç bəni sevərmisin?

Humay (yarım qəhqəhə ilə). Çocuqmu oldun, Cəmil! Pəki, şimdiyə qadar, sana qarşı hanki sevməməzlikdə bulundum?

Cəmil bəy. Demək, bəni seviyorsun, deyilmi?

Humay. Şübhəsiz...

Cəmil bəy. Məsəla, nə kibi?

Humay. Sevgili bir qardaş kibi.

Cəmil bəy. Daha?..

Humay. Əziz bir arqadaş kibi, səmimi bir əhbab kibi...

Cəmil bəy (çocuqca). Daha? Daha?

Humay. Dahası yoq, əzizim...

 

Cəmil diz çökərək onun əlini öpmək istərsə də, Humay nazikanə bir tevrlə geri çəkilir.

 

Cəmil bəy (sinirli və aşiqanə). Humay!..

Humay (heyrətlə). Cəmil!..

Cəmil bəy (yalvararaq). Mərhəmət, Humay! Mərhəmət!

Humay. Bugünkü halın pək qarışıq, Cəmil, nə demək istədiyini bilmiyorum.

Cəmil bəy (əfsürdəhal). Bilməz kibi görünmə, Humay, qəhr etmə bəni!.. Seviyorum, iştə seviyorum səni. Həm də bir Məcnun kibi seviyorum, anladınmı?!

Humay (təzyif ilə). Lakin nişanlı bir qız olduğumu unutuyorsun... Həm də bu hərəkətini dayım bilsə, səninçin əsla xeyirli olmaz.

Cəmil bəy (acı-acı gülərək). Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? (Məhzunanə). Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq... Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar.

Humay (beş-üç adım uzaqlaşaraq). Lakin... Lakin!..

Cəmil bəy (boynu bükük bir halda). Mərhəmət, Humay, mərhəmət!.. Humay (bir

az daha uzaqlaşaraq). Xayır, Cəmil, xayır... Bu hal, əsla şayani-mərhəmət deyil, olsaolsa

ancaq layiqi-nifrət ola bilir!..

Cəmil bəy (qayət mütəəssir). Ah, nifrətmi?! (Qəhriz xəndə ilə).

İştə bən də bunu bilmək istiyordum. Anlaşıldı, Humay, anlaşıldı... Əvət, bənim nə

qadar alçaq, nə qadar şərəfsiz, nə qadar bədbaxt bir səfil olduğum anlaşıldı... (Sinirli).

Nifrət! Nifrət! Nə tatlı mükafat!..

Humay (mərhəmətli). Cəmil, Cəmil! Niçin düşünmüyorsun?

Cəmil bəy (yaralı bir səslə). Yetişir, Humay, yetişir! Yaralı könlümə bıraqmış

olduğun yanğını, əmin ol ki, dəryalar belə söndürəməz.

 

(Sür’ətli və sərsəmcə adımlarla uzaqlaşıb gedər).

 

Humay (Cəmilin getdiyi tərəfə baqaraq nədamət və təəssüflə). Ah, nə fəlakətli

təsadüf!.. Zavallı xəstəlikdən büsbütün xərab olacaq...

Bu sırada Bəypoladın xidmətçisi əlində bir telqraf kağızı bulunduğu halda,

qoşaraq Humayın yanına gəlir. O nə?

Xidmətçi. Telqrafdır, xanım, Bəypolada yetişməlidir.

Humay (kağızı alıb baqaraq). Kim bilir, o şimdi nerdə?

Xidmətçi. İştə gəliyorlar.

Humay. Haydı, al da kəndisinə ver! (Humay gəzinmək bəhanəsilə bir tərəfə

çəkilir).

Bəypolad (Səltənətlə bərabər gələrək telqrafı alıb oxur. Qafasını oynataraq məmnun bir tevr ilə). Nə ə’la!.. Nə ə’la!..

Səltənət. Əcəba nerdən?

Bəypolad. Peterburqdan...

Səltənət (məraqlı). Kimdən? Şahmardanmı?

Bəypolad. Xayır, Şahmardan deyil, fəqət ona dairdir...

Səltənət. Pəki, nə var? Nə olmuş?

Bəypolad (kəskin və mə’nalı bir ahənglə). Şahmar bəy yeni sevmiş olduğu bir rus qızı için intihar etmiş!..

Səltənət. Nə? Intiharmı?

Bəypolad (soğuqqanlı). Əvət!

Səltənət (sinirli). Nişanlısı olduğu halda, öyləmi?

Bəypolad. Əvət!

Səltənət (həyəcanlı). Ah, rəzil! Alçaq!..

Bəypolad (Səltənətin qolundan tutaraq mə’nalı bir təbəssümlə). Gəl, canım, gəl!.. Haydı, gedəlim də Humay xanıma baş sağlığı verəlim!..

 

(Gedərlər).

 

Pərdə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

Vəq’ə bir ay sonra, gündüzün Barjomda vaqe olur. Sağ tərəfdə bir sofa (koridor), solda tək qapılı, iki pəncərəli, küçük, sadə bir oda. Pəncərə önündə bir çarpayı, bir masa, dörd-beş sandalya və masa üzərində bir sürahi, bir-iki qədəh və bir taqım ilac şişələri görünür. Təmmuz... ikindi çağı... Cəmil bəy xəstə olaraq yataqda uyur.

 

Humay (sofada bət-bənizi uçmuş və məhzun bir halda düşünür. Yüzünü göy  səmtinə tutaraq). Aman, yarəbbi! Bu nə fəlakətli hal!.. Cəmili azarladığım o mənfur saət, o məş’um dəqiqələr kaş ki, yaranmayaydı!.. Ah, gedib ayaqlarına qapanmaq istiyorum, fəqət, heyhat!..

Səltənət (Humaya rast gələrək). Nə düşünüyorsun, yavrum?

Humay. Hiç!..

Səltənət. Niçin içəri girmiyorsun? Haydı, gəl, Cəmilin keyfini soralım...

Humay. Doğrusu, onu bu halda görməyə qəlbimdə qüvvət bulamıyorum.(Gedər).

Səltənət (dərin bir ah çəkərək). Yazıqdır... Allah köməyi olsun!.. (Qapıyı açıbiçəri girər, Cəmil bəyə yaqlaşaraq). Cəmil! Cəmil!.. Nasılsın, oğlum?..

Cəmil bəy (sayıqlayaraq soğuq bir tərzdə). Ha-ha-ha-ha... Bıraqın!.. Bıraqın,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info