Qonaq Kitabı
MARAL

canım!.. Bən... Bən Allahı görmək istiyorum.

Səltənət (gözləri yaşarır, məndil ilə silərək). Cəmil, yavrum!..

Bəypolad (daxil olaraq). Cəmil nasıl, həmşirə?

Səltənət. İştə uyuyor, fəqət zavallı gözümə pək bihal görünüyor. Hələ sayıqlaması, sərsəm kibi söylənib durması, büsbütün bəni mə’yus edir.

Bəypolad. Doktor hənuz gəlmədimi?

Səltənət. Xayır... Bir də doktorun gəlməsindən nə çıqar! Hər nə sorsa, sükutdan başqa cəvab alamaz. Yazdığı ilaclar da həp faydasız... (Göküs keçirərək). Cəmilin şəfası, bəncə yalnız həkimlər həkimi, bikəslər pənahı olan bir yaradana qalmış...

Bəypolad. Əvət, şu doktorlardan hiç bir şey çıqmaz... Zatən onların bütün düşüncəsi, yalnız işlək bir makinə kibi ötəyə-bəriyə qoşmaq, zənginləşmək için xalqın

var-yoqunu soymaqdan ibarət...

Xidmətçi (daxil olaraq). Əfəndim, doktor gəliyor.

Bəypolad. Pəki, söylə gəlsin.

Xidmətçi çıqar.

Doktor (daxil olur, çapucaq şapkasını bir tərəfə qoyub görüşdükdən sonra yatağa

yaqlaşır. Səltənətə). Bu gün xəstəniz nasıl?

Səltənət. Nasıl olduğunu siz daha eyi bilirsiniz; iki-üç gündən bəri gözlərinə hiç uyqu girdiyi yoq idi, lakin şimdi bir saatdan ziyadədir ki, böylə uyuyor.

Doktor (azacıq xəstənin göksünü dinlər, sonra nəbzini yoqlayaraq). Eyi, eyi... Bu gün pək gözəl!.. (Reçetə yazmaqla məşğul olaraq). Nəbzi də eyi atıyor, uyumaq onunçin pək faydalıdır. O şimdi istirahətə möhtac... saqın, oyandırmıyasınız!

 

Reçetəyi verir, haman şapkasını alıb çıxar. O çıqdıqdan sonra S ə l t ə n ə t və

Bəypoladı dərin bir düşüncə alır.

 

Humay (doktoru sofada qarşılayaraq). Doktor əfəndi! Bu gün xəstəyi nasıl

buldunuz?

Doktor. Şükür Allaha, pək eyi... Artıq, məraq ediləcək bir şey yoq...

Humay. Aman, rica edərim, əlinizdən gələni əsirgəməyiniz.

Doktor. Xayır, xayır, əmin olunuz! (Əli şapkasında təmənna edərək çıqar).

Humay. Əskik olmayın, əfəndim!.. (deyə çəkilib gedər).

Bəypolad (Səltənətə). Xayır, bu sərsəm hərifə inanmaq olmaz, başqasına müraciət

etməli...

Səltənət (usanmış bir halda). Eh...h, Allah həpsinin bəlasını versin!.. Bu sırada xidmətçi daxil olub Bəypolada bir vizit kağızı verir.

Bəypolad (kağıza baqaraq Səltənətə). Advokat Nadir bəy!.. Cəmilin əqrəbasından

möhtərəm bir zat... (Xidmətçiyə). Haydı, oğlum, söylə buyursunlar, həm də bu odaya... (Xidmətçi çıqar).

Səltənət. Pəki, bu odaya niçin?!

Bəypolad. Başqa adam olsaydı, misafir odasına qəbul etmək lazım gəlirdi. Fəqət o, ən əvvəl Cəmili görmək istəyəcək. Daha eyisi şimdidən buraya gəlsin... (Hər ikisi sofaya çıqar. Səltənət tez o biri odaya keçmək istər).

Bəypolad (Səltənətə). Həmşirə! Humayı da kəndinlə bərabər alıb gəlirsin...

Səltənət. Pəki... (deyib çəkilir).

Nadir bəy sofaya daxil olaraq Bəypolada). Əssəlamun əleyküm!..

Bəypolad. Vəəleykum-əssəlam, əfəndim!.. Buyurun, buyurun, qardaşım!

(Görüşürlər).

Nadir bəy. Cəmilin xəstəliyi nasıl?

Bəypolad. Sizə kim söylədi?

Nadir bəy. Bən buraya gecə varid oldum... bildiklərimdən biri bana öylə

anlatdı. (Cəmilin odasına girərlər).

Bəypolad (xəstəyi göstərərək təəssüflə). İştə Cəmil, gördüyün Cəmil deyil...

Büsbütün dəyişmiş!..

Nadir bəy (Cəmil bəyin yatağına yaqlaşaraq heyrətlə). Aman, yarəbbi!.. Cəmil!

Bu nə hal?.. (Gözləri yaşarır, dərin bir təəssüflə). Cəmil!.. Cəmil!

Cəmil bəy (sayıqlar). Vəfasız mələk!.. Ah, cənnət quşu.

Nadir bəy (yeni bir şey kəşf etmiş kibi başqa bir vəziyyət alır və şaşqın bir halda). Cəmil, Cəmil! Of... Düşmanların belə səni bu halda görməsin!.. (Cəmil bəyin yüzgözünü öpər).

Cəmil bəy (gözlərini yarı açaraq sayıqlar bir tevr ilə). Get... get!.. Ah, bəndən nə

istiyorsun?

 

Nadir bəy düşünür.

 

Bəypolad. Cəmil! Cəmil! Nadir bəy səni görməyə gəlmiş...

Cəmil bəy. Ha... Kim?.. Nadir?.. (Diqqətlə baqaraq). Ah, Nadir!.. Rö’yamı

görüyorum, Nadir! (Yataqdan qalqmaq istər).

Nadir bəy (Cəmili qollarının arasına alaraq). Xayır, iki gözüm, xayır... Gördüyün rö’ya deyil... Bənim, bən!.. Səni canından ziyadə sevən Nadir... Talesiz Nadir...

Cəmil bəy (Nadir bəyi qucaqlayaraq). Gediyorum. Nadir, gediyorum. Eyi ki son

nəfəsimdə bir daha görüşə bildik.

Nadir bəy. Çocuq olma, Cəmil!.. Səndə hiç bir şey yoq. İnşallah, bu gün-yarın eyiləşirsin...

Cəmil bəy (acı təbəssümlə). Eyiləşmək ha? Bənim təbibim əcəl, istirahətgahım da məzarıstandır.

Nadir bəy. Mə’yus olma, Cəmil, Allah böyükdür.

Cəmil bəy (qəhriz xəndə ilə). Bənim dərdimdəndəmi böyükdür?

Nadir bəy (Cəmili yatağına yatıraraq). Quzum, azacıq uzan da, rahatlan, yoqsa kəndini üzərsin...

Cəmil bəy (uzanır, fəqət bu sırada pəncərədən dışarı baqaraq birdən-birə). Ah, mələklərdən ölənmi var, nədir? Yenə göy yüzündə matəm əlaməti görünüyor!..

 

Bəypolad və Nadir bəy heyrətlə bir-birinə baqarlar, Cəmil də yüzünü divar

tərəfinə çevirib yatar.

 

Nadir bəy (Bəypolada). Əfəndim, doktorlar nə diyor?

Bəypolad. Qorqulu bir xəstəlik olmadığını söylüyorlar, fəqət bana qalırsa xəstəliyin nə olduğunu eyi fərq edəmiyorlar.

Nadir bəy (qafasını oynataraq). Əvət, bilməzlər, həm də biləməzlər... çünki onların darülfünunlarda öyrəndikləri xəstəliklər başqa, bu isə daha başqa bir şeydir...

 

Bu sırada S ə l t ə n ə t ilə Humay daxil olur.

 

Bəypolad (Nadir bəyə). İştə həmşirəm Səltənət! Bu da həmşirəzadəm Humay...

 

Nadir bəy hər ikisilə əl-ələ verib görüşür və Humayın ruhunu oqumaq için gözlərinə diqqət edər.

 

Səltənət (Nadir bəyə). Xoş gəldiniz, səfa gətirdiniz, əfəndim!

(Sandaliyəyə oturur).

Nadir bəy. Doğrusu, sizləri ziyarət etdiyim için kəndimi pək bəxtiyar sanırım.

Səltənət. Əskik olmayın, əfəndim, (Təəssürlə). Ah, lakin Cəmil bəyin

xəstəliyi...

Nadir bəy. Hiç məraq etməyin, inşallah keçər, gedər.

Səltənət. İnşallah, bəyim, inşallah! Nadir bəy (Humaya). Niçin böylə ayaqda duruyorsunuz?

Humay. Rahatsız etmək istəmiyorum.

Na d i r b ə y . Burada rahatsız olacaq kimsə yoq... Humay (yaralı bir ahu baqış ilə Cəmilə doğru baqdıqdan sonra mütəəssir bir halda Nadir bəyə). Müsaidənizlə, əfəndim...

Bəypolad (Humaya). Otursan a!.. Pəki gedib də yalnız başına nə yapacaqsın?

Nadir bəy (Humaya nazikanə). Rica edərim. Nasıl arzu buyurulsa...

Humay. Təşəkkür edərim.

Səltənət. Haydı, yavrum, sən get, şimdi biz də gəliyoruz... Humay məhzun və düşüncəli bir halda çıqar.

Nadir bəy. Doğrusu, Cəmilin bu halda bulunması bütün ailənizi mütəəssir

etmiş desəm, xəta etməmiş olurum.

Bəypolad. Onda şübhəmi var, əfəndim?

Səltənət. Ah, hələ Humay! Hələ Humay!.. Zavallı qızcığaz xəstənin xəstəsi olmuş... Nə yediyi bəllidir, nə içdiyi... Bir çocuq belə yüzünə baqacaq olsa, biçarənin

çəkdiyi əzabları, keçirdiyi sıqıntıları anlamaqda əsla güclük çəkməz. Hətta Cəmili bu

halda görməmək için, xəstə yatalı bəri odasına girməyə belə cəsarət edəmiyor.

Nadir bəy. Bu, təbii bir haldır. Insanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz,

könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar.

Cəmil bəy (sayıqlar). Of... Gəl!.. Gəl.. (Gülüşəbənzər bir tərzdə, arası kəsilməksizin). Ha-ha-ha-ha-ha-ha...

 

Hər üçü Cəmilə doğru baqıb düşünürlər.

 

Səltənət (qalqaraq Nadir bəyə). Bəlkə Cəmili rahatsız ediyoruz, əfəndim, daha eyisi, o biri odaya keçəlim.

Nadir bəy. Nasıl istərsəniz...

Bəypolad. Əvət, gedəlim, bir qədəh qəhvə içəlim, həm də bu xüsusda bir az ətraflıca qonuşalım.

Nadir bəy. Daha eyi... (Səltənət ilk öncə sofadan keçib gedər, Bəypolad ilə Nadir də onu izlər. Nadir bəy sofada Bəypoladın qolundan tutaraq). Müsaidənizlə, əfəndim, sizə xüsusi bir-iki söz soracayım?

Bəypolad. Söylə, bəyim!..

Nadir bəy. Humay birisinə nişanlımı?

Bəypolad. Əvvəlləri öylə bir şey var kibi idi, fəqət şimdi, xayır...

 

Nadir bəy (düşünür).

 

Bəypolad. Lakin bu sual nədən icab ediyor?

Nadir bəy. Bilirmisiniz? Bən Cəmilin xəstəliyi haqqında başqa

şeylər hiss ediyorum.

Bəypolad. Nasıl?

Na d i r b ə y . Ehtimal ki, diqqət etdiniz, bən Cəmili gördüyüm zaman pək

müztərib idim...

Bəypolad. Əvət.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info