Qonaq Kitabı
MARAL

Nadir bəy. Lakin o, sayıqlarkən: “Vəfasız mələk! Ah, cənnət quşu!” – derdeməz

halını dəyişdi.

Bəypolad. Əvət, pək doğru...

Nadir bəy. İştə, bən Cəmilin xəstə olmaqdan ziyadə, eşq divanəsi olduğuna hökm ediyorum.

Bəypolad (heyrətlə). Fəqət şimdiyə qadar biz onun ağzından öylə bir şey duymadıq...

Nadir bəy. Əfəndim! Dərin bir eşq, həqiqi bir məhəbbət daima dilsizdir...

Bəypolad. Bilməm!.. Lakin o kimi sevə bilir?

Nadir bəy. Zənn edərsəm, Humayı...

Bəypolad. Nasıl?... Humayımı?

Nadir bəy... Əvət... hətta deyə bilirim ki, Humay da onu seviyor, fəqət ortada incə bir mani var; İştə onu kəşf edəmiyorum.

Bəypolad (kəskin bir tevrlə). Əmin olunuz ki, Cəmilin sağalması için, nə mani rast gəlsə kökündən qaldırmağa hazırım, kaş ki, dediyiniz kibi olsa?

Nadir bəy. Zənn edərsəm yanılmıyorum, çünki bir ay əvvəl Cəmildən aldığım bir məktubda “Humay cənnət quşudur” – deyə yazıyordu. Şimdi öylə sayıqlaması da apaçıq işin həqiqətini anlatdı.

Bəypolad. Bilməm... Bəlkə də öylədir...

Nadir bəy. Humay isə, şimdi buraya gəldiyi zaman doğru Cəmilə baqmaq istəmiyordu, lakin ruhunda pək dərin bir iztirab var idi. Onun xəstəliyinə, fəlakətinə kəndisi səbəb olmuş kibi, böyük bir vicdan əzabı keçiriyordu...

Bəypolad. Əvət... Əvət!..

Nadir bəy. Sonra yaralı bir ahu nasıl baqarsa, İştə o da, Cəmil bəyə öylə baqdı. Nihayət, burada dayanamıyacağını düşünərək dərhal getmək istədi.

 

Bu sırada səhnənin işığı yavaş-yavaş azalır.

 

Cəmil bəy (sayıqlayaraq). Humay! Humay!.. ah... nerəyə gediyorsun? Hər ikisi heyrətlə dinlər.

Na d i r b ə y . İştə! Eşidiyormusunuz?

Bəypolad. Eşidiyorum, əvət, eşidiyorum.

Nadir bəy. Bəncə bu məsələnin həllinə tez baqmalı, yoqsa...

Bəypolad. Gedəlim, əfəndim, şimdi Cəmilə südünü içirmək için Humayı Səltənətlə bərabər göndəririz, həmşirəm hər ikisinə diqqət edib işi anlar.

Nadir bəy. Siz bilirsiniz, əfəndim, lakin Humay ilə Cəmilin yalnız bulunması bəncə daha eyi... çünki, eşq, öksüz bir çocuq kibi daima yalnızlıqdan xoşlanır.

Bəypolad. Zərər yoq... Səltənət sofada bəklər.

 

Gedərlər.

 

Cəmil bəy (yataqdan qalqar. Pəncərədən üfüqləri seyrə dalaraq təlaş ilə). Gəliyor... İştə gəliyor. Bana doğru gəliyor... (Təbdili-tevrilə). Ah, Humay! Gözəl mələk... Yanaqlarını gətir öpəyim də, şəfa alayım... Dodaqlarını ver əməyim də, həyat

bulayım. Lütf et də, sevda pərisi kibi qucağıma gəl... Qəhr et də, ölüm mələyi kibi yatağıma gəl!..

 

 (Usanmış bir halda). Off! Bəxtiyarlıq içində talesizlik, nə böyük fəlakət!.. Həm mərhəmət, həm istiğna! Nə gülünc həqarət... (Acı-acı gülərək əli alnında pəncərəyə dayanır. Bu sırada Səltənətlə Humay əlində bir qədəh süt olduğu halda sofada görünürlər).

S ə l t ə n ə t . Haydı, yavrum!.. Nə olur? Yazıqdır, südünü içirirsin, yarım saat qadar də kəndisilə qonuşursun, bəlkə könlü açılır.

Humay (mütərəddid). Pəki bir aydır odasına ayaq basdığım yoq... Şimdi nasıl gözünə görünə bilirim!?

Səltənət. Zərər yoq, quzum, hiç zərər yoq... Əmin ol ki, səni gördüyü kibi sevinir. Haydı, elmasım, düşünmə!.. İştə bən gediyorum. (Gedir).

 

Humay bir-iki adım ilərlər. Mütərəddid bir cəsarətlə yarı açılmış qapıdan üsulluca içəri girər. Səltənət təkrar sofaya dönər, sonra N a d i r b ə y l ə Bəypolad da gəlir.

Cəmili dinləyərək heyrətlə baqışırlar.

 

Cəmil bəy (yenə sinirli və çılğın bir səslə dəvam edər). Ah, aman!.. Aman, yarəbbi, uçuyor... Bana küsmüş də qaçıyor. (Böyük bir təlaşla). Humay! Humay!.. Uçma da, səbr et, bərabər uçalım. Bıraq ruh bədəndən ayrılsın da qol-qola uçalım, ələlə uçalım, dodaq-dodağa uçalım, şu fəlakət zindanından xilas olub da qaçalım... Ucubucağı yoq fəzalara qadar uçalım... (Humay həzin bir ah çəkərək Cəmilə doğru ikiüç adım daha ilərlər. Cəmil bəy mə’yusanə bir fəryad ilə). Xayır, xayır, getdi! Uçdu, getdi!.. Ah, insafsız!.. Mərhəmətsiz! (Usanmış bir halda yüzü divara olaraq yatağa düşər. Humayın gözləri yaşarır, bir az daha ona yaqlaşaraq mütəəssiranə baqıb durur).

Cəmil bəy (bitab). Off!

Bəypolad (Nadir bəyə). Ah, Nadir! Sən nə ruhaşina həkim imişsin!?

Səltənət. Öylə, ya!.. Bir baqışda dərdini bildi.

Nadir bəy. Fəqət dərdi bilməklə iş bitməz. Dərmanını da bulmaq lazım...

Bəypolad. Artıq hiç məraq etməməli, həpsi düzəlir.

Humay (titrək səslə). Cəmil! Cəmil!

Cəmil bəy. Ah, getdi!

Humay (yaralı və mərhəmətli). Off, aman, yarəbbi! (Cəmil bəyə). Cəmil! Qalq, südünü iç!

Cəmil bəy. Ha?

Humay. Cəmil!

Cəmil bəy. Ha!.. (Deyə təkrar çevrilir, Humayı görür-görməz). Sənmi!? Humay,

sənmisin?!. (Böhranlı). Ah, yıqdığın heykəli dikməyəmi gəldin? Yoqsa Isa kibi ölü diriltməkmi istiyorsun?! Haha-ha-ha-ha. Hiç ölü dirilirmi, ya?.. (Humayın əlindəki qədəh düşüb qırılır, daha da şaşqınlaşır. Cəmil bəy təkrar qəhqəhə ilə gülərək). Humay! Hiç ölü dirilirmi, ya?!

Humay (bir söz söyləmək istər kibi). Cəmil! Niçin...

Cəmil bəy (bir Humaya, bir də qırılmış qədəhə baqaraq zəhrxəndə ilə). Zavallı

qədəh! İştə bənim qəlbim kibi parça-parça oldu! (Humay getmək istər, Cəmil təlaş

ilə). Humay! Nerəyə? Nerəyə gediyorsun?

Ah, bəndən yenəmi nifrət ediyorsun?

Humay. Xayır, Cəmil, xayır... Süt için gediyorum.

Cəmil bəy. Aman, getmə!.. Lazım deyil... Yalnız ver əllərini əməyim, iştə kafi!..

(Yataqdan düşəcək olur).

Humay (onu tutaraq). Cəmil! Niçin kəndini üzüyorsun?..

Cəmil bəy (Humaya sarılır, əlini-qolunu öpərək, titrək və mə’sumanə bir ahənglə).

Söylə, Humay, söylə! Şimdi bəni seviyorsun, deyilmi?

Humay. Əvət, Cəmil, seviyorum.

Səltənət (sofada). Böyüksün, Ilahi!

 

Bəypolad və Nadir bəy məmnunanə baqışırlar.

 

Cəmil bəy (böhranlı). Xayır, xayır, sən bəşər deyilsin, Humay!.. Ah! Sən əcəlin pənceyi-qəhrində mələyən, fəlakət zəncirində inləyən bir əsiri qurtarmaq için Allah tərəfindən göndərilmiş şəfqətli, mərhəmətli bir mələksin!.. (Hər ikisi məhzun və məmnun bir halda baqışırlar).

Bəypolad (sofadakılara mə’nalı bir ahənglə). Haydı, gedəlim...

Məhəbbət Humay ilə Cəmili birləşdirdi.

 

Gedirlər.

 

Pərdə

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

Səhnə birinci pərdədə olduğu kibi Turxan bəyin evini göstərir. Salonun bağçaya nazir

pəncərələrindən bir-ikisi açıq bulunaraq şairanə bir mənzərə ərz edər. Eylül... Gündüz... Pərdə açıldıqda Humay Cəmil bəylə bərabər salona daxil olur.

 

Cəmil bəy. Baq, bir ay əvvəl nerdə idik, şimdi nerdə bulunuyoruz! Barjomda

keçirdiyimiz o şətarətli, o dilbər həyatı hiç bir zaman unutmayacağım. Hələ oranın o

çəmənli-çiçəkli mənzərələri nə qadar gözəl!..

Humay (gülümsəyərək pəncərədən bağçayı göstərir). Allah eşqinə, bağçamızdakı

güllərin, çiçəklərin hanki birisinə orada rast gələ biliriz?

Cəmil bəy. Rica edərim, onu hiç söyləmə! Orada bənim əlimə öylə bir

həmişəbahar gülü keçdi ki, inan, hələ mislini görmədim.

Humay. Nə? Həmişəbaharmı?

Cəmil bəy. Əvət...

Humay. Pəki, niçin onu bana göstərmədin?

Cəmil bəy (gülümsəyərək). İştə, ayinəyə baqsan, şimdi də görə bilirsin...

Humay (gözlərini süzərək). Yenə şairliyin tutdumu? Haydı, gəl, bağçaya enəlim

də, bir az gəzinəlim.

Cəmil bəy. Haydı, enəlim... (Qol-qola verib sol qapıdan çıqarlar.

T u r x a n b ə y eyni qapıdan içəri girər. Qızğın və düşüncəli bir halda beş-on adım gəzinir. Şimdi artıq saqalı tıraş edilməmişdir).

N a z l ı (sağ qapıdan daxil olur, onun halına diqqət edincə, təlaşla). Aman, əfəndim, bu gün sizdə başqa hallar görüyorum. Allah etməsin! Yenə bir şeymi olmuş?

Turxan bəy (hiddətli). Daha nə olacaq! Cəmili məktəbə verdiyim gün, kaş ki, boynum qırılaydı... Bədbaxt! Gül kibi milyonçu qızı burda qoydu da, gör, getdi nə buldu?! Arsızlığı, divanəliyi para ilə satın almaq, İştə buna derlər. Hələ Humay!.. Hələ Humay! Aman, yarəbbi!.. Nədir o açıq-saçıq hallar?!.

N a z l ı . Yaradana qurban olayım... Kiminə saleh evlad verir, sevindirir, kiminə də Cəmil kibi ağıllı bir dəli kəramət edər. Nə etməli? Bunlar həpsi Allah işidir, bəyim!..

Turxan bəy (acı-acı gülərək). Əvət, Allah işidir! (Ciddi). Bən qomşuya gediyorum, soracaq olurlarsa, dersin ki, bu saət gəlir... (Sol qapıdan çıqar).

Nazlı. Baş üstünə, əfəndim...

Maral (gələrək). Dəf’ oldumu?

Nazlı. Əvət, getdi...

Maral (Turxan bəyin çıqdığı qapıya yaqlaşaraq). Get-get, Allahın iki ayaqlı bəlası!.. Get ki, gözlərim o bürüşmüş, murdar yüzünü görməsin!.. Qulaqlarım o gönül bulandırıcı səsini eşitməsin (Qapıyı qapar). Ilahi!.. Bən nə günah işlədim ki, böylə işgəncələr içində məhv olub gedəyim!.. (Pəncərədən bağçaya baqaraq sinirli və mütəəssir). Ah, bəxtiyar Humay!

Nazlı. Yaradana qurban olayım!.. Kimini ağladır, kimini güldürür. Bayram (dışarıdan bağırır). Nazlı bacı! Ay Nazlı bacı!..

Nazlı (Marala). Səbirli ol, qızım, əlimizdən nə gəlir?! (Sağ qapıdan çıqar.)

Maral (məndilini çıqarıb göz yaşını silmək istərkən bir rəsim düşər, dərhal yerdən

alıb həsrətlə baqar, halı dəyişərək). Ah, Arslan! Sevgili Arslan! (Öpərək). Bir daha

səni görsəydim, ölməzdim. Əvət, hiç olmasa sənin qollarının arasında ölsəydim, yenə

məs’ud olurdum.

Bayram (daxil olaraq, məhrəmanə). Xanım, Arslan bəy gəlmiş...

Maral. Pəki, nə diyor.

Bayram. Diyor ki, artıq hər şey hazır... Marala söylə ki, vaqtı qeyb etməsin, şimdi

fayton gələcək...

Maral. Ah, pək gözəl... Fəqət saqın, kimsə duymasın! (Bayramın əlinə dörd-beş altın sıqışdıraraq). Al, İştə bunları da evinizə göndərirsin.

Bayram. Təşəkkür edərim.

Maral. Bən şimdi kəndi odama gedirim, fayton gəldiyi kibi xəbər verərsin.

Bayram. Baş üstünə, xanım...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info