Qonaq Kitabı
MARAL

Maral (sağ qapıdan çıqaraq). Ah, şu bayquş yuvasından bir qurtula bilsəydim...

 

Humay ilə Cəmil əllərində birər çiçək dəməti olaraq sol qapıdan girərlər. Bu sırada eşik qapı çalınır.

 

Cəmil bəy. Bayram, gör qapıyı çalan kimdir? Nadir bəy olsa gəlib söylərsin.

Bayram (dışarı fırlayaraq). Pəki, əfəndim!

Humay (Cəmil bəyə). Haydı, gedəlim, bu günkü qəzetəyə bir göz gəzdirəlim, baqalım nə var, nə yoq...

Cəmil bəy. Nə olacaq! Hər günkü saçma, hər günkü fəlakət!.. İştə hər tərəfdə haq

naminə bir haqsızlıqdır gediyor... (Sağ qapıdan çıqarlar. Bu sırada Turxan bəy,   Nadir bəy, Bayram sol qapıdan daxil olurlar).

Turxan bəy (Bayrama). Cəmil nerdə?

Bayram. Odasındadır, əfəndim.

Turxan bəy. Yalnızmı?

Bayram. Xayır, Humay xanım da yanında.

Turxan bəy. Ona şübhəmi var!.. Hiç o, Humaydan ayrılırmı? (Qızğın və sinirli). Canım, bu qız bir bəla olub da başımıza keçdi; artıq onun əlindən çarsuya, bazara çıqamıyoruz. Nerəyə getsən, xalqın ağzında “Cəmil-Humay” sözündən başqa bir laqırtı yoq. Eşik qapı təkrar çalınır, Bayram çıqar.

Nadir bəy. Fəqət avam camaatın hər sözünə qulaq verilirmi, ya?

Turxan bəy (hiddətli). Pək ə’la, avam camaata qulaq vermədik, lakin bu qızın yüzü-gözü açıq gəzməsinə nə dersin?

Nadir bəy. Zatən o, ta çocuqluqdan bəri açıq və sərbəst olaraq böyümüşdür.

Turxan bəy. Pəki, bu hərəkət şəriətə müvafiqmi ya?

Nadir bəy. Əlbəttə, ona şübhəmi var?..

Turxan bəy (acı qəhqəhə ilə). Yanılıyorsun, əzizim, yanılıyorsun...

Nadir bəy. Bilməm!.. Fəqət bəncə: şəriət insanların nicat və səadəti için yapılmış bir qanundur. Xalqı təhlikəli uçurumlara yuvarlayan bir qanun isə pək çürük və mə’nasız bir əfsanə deməkdir. Bir də nə islam şüarı, nə türklük səciyyəsi qadınlara “örtün!” deyə, əsla məcbur etməz və bu hal yalnız e’tiyaddan doğma bir məhkumiyyətdir ki, o da er-gec zail olar.

Turxan bəy. Pək gözəl, bu şəhirdə Humaydan başqa qız-gəlin yoqmu ya?

Nadir bəy (mütəbəssim). Dedim ya... bir az sonra həpsini Humaya arqadaş bulursunuz...

Turxan bəy. Nə demək istiyorsun, Nadir?! Sən dəmi şaşırdın?

Nadir bəy. Doğrusu, dağ keçisi kibi vəhşi böyümüş bir qadına deyəcək yoq... Lakin sağlam bir tərbiyəyə, sarsılmaz bir əxlaqa malik olan xanımların açıq gəzməsində hiç bir məhzur görəmiyorum. Bununla bərabər əcnəbilərdə olan mə’nasız sərbəstliyə də əsla tərəfdar deyilim. Hələ onun-bunun qoltuğunda rəqs edən, hər rast gəldiyi adamla qol-qola gəzən bir xanım, bəncə qadınlıq namına böyük bir ləkədir.

Turxan bəy. Aldanıyorsun, Nadir, aldanıyorsun! Ah, qadınlara hürriyyət ha!? (Acı qəhqəhədən sonra, ciddi və həyəcanlı). Nadir! Nadir! Quyruqlu yıldızlar uğradığı yerləri nasıl zəhərlərsə, nasıl yaqıb-yıqarsa, əmin ol ki, sərbəst qadınlar da eyni rolu oynayacaq, eyni fəsadı törədəcəkdir.

Nadir bəy. Fəqət eyicə düşünülürsə, tərbiyəli qadınların törətdikləri fəsad,

yaratdıqları fəzilətə nisbətlə hiç dərəcəsindədir.

Turxan bəy (istehzalı qəhqəhələrlə). Öyləmi?.. Öyləmi?!

Nadir bəy. Öylə ya... Tariximizin ən şanlı qəhrəmanlarını, ən böyük dahilərini vücuda gətirən, əcəba qadınlar deyil də kimlərdir!?

Turxan bəy. Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər...

Nadir bəy. Lakin bir qaç istisna, hiç bir əhəmiyyəti haiz olamaz...

Turxan bəy. Bən onu-bunu bilməm. Ancaq şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm.

Nadir bəy (qəhqəhə ilə). Doğrusu, fəna mühakimə deyil! Nədənsə qadınlardakı mə’sumanə və mələkanə xislətlər, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətlər, bir dürlü nəzərinizi cəlb edəmiyor da, daima əksini görüyorsunuz, öylə görmək istiyorsunuz...

Qazı (başında qocaman bir sarıq, burnunun ucunda pək əski və böyücük bir gözlük olduğu halda, Bayramla bərabər daxil olaraq). Əssəlamu əleyküm... (Turxan bəylə Nadir bəy yerindən qalqaraq “əleyküm-əssəlam” – deyə salamlaşırlar).

Turxan bəy. Buyurun, qazı əfəndi, buyurun, baqalım... (Bayrama). Çapuq bir nargilə hazırla!

 

Bayram tez çıqar.

 

Qazı. Xayır, zəhmət etməyiniz! (Ara-sıra düşmək üzrə olan gözlüyünü əli ilə tutaraq düşməsinə mane olur).

Turxan bəy. Pəki, biz bu gəlib-getməkdən nə anladıq?

Qazı. Fəqət şər’i bir məsələ için gəldim. Yoqsa oturacaq deyilim.

Turxan bəy. Nasıl məsələ? Xeyir ola!? Qazı (acı-acı gülərək, heyrətlə). Doğrusu, bu arifanə təcahülünüz pək mə’nidardır!

Turxan bəy. Əfv edərsiniz, sözünüzdən hiç bir mə’na çıqaramıyorum.

Qazı. Sübhanallah!.. Şəhirdə bütün ünas-zükur, müslim, qeyrimüslim hər kəsin bildiyi bir işi, siz niçin bilmiyəsiniz?!

Turxan bəy. Nasıl, əfəndim? Nə imiş, əcəba?

Qazı (qafasını oynataraq). Təəssüf olunur!.. Təəssüf olunur. Turxan bəy əfəndi!.. Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədən olduğunuzu bütün vilayət bilir, lakin... lakin çoq təəssüf olunur ki, böylə şərəfli bir xanədanı siz ləkələmək istiyorsunuz!

Turxan bəy (sinirli). Rica edərim, hər nə söyləmək istiyorsun, qısa və açıq söylə!

Qazı (birdən-birə bağıraraq). Nə söyləyim ki, xalqın arasına yeni bid’ət qoyursunuz... Gəlinin islam qızı olduğu halda bir xıristiyandan seçilmiyor (Qayət sinirli). Ah... Ah!.. Müsəlmanlıq böylə gedərsə, çoq sürməz ki, ev-eşiyimiz Lut şəhri kibi yerin dibinə keçər!

Na d i r b ə y . Əfv edərsiniz, qazı əfəndi!.. Əvvəla, bu, vicdani bir məsələdir. Saniyən, bunu siz bid’ət bildiyiniz halda ən böyük üləma tamamilə şəriətə müvafiq görüyor.

Qazı. Kim? Üləmamı?.. (Zəhrxəndə ilə). Bir taqım şəriət xainləri üləma sırasınamı keçdi?.. Yoqsa sizin kibi sərsəmlərə alət olmuşlar da, onunçünmü?!

Nadir bəy. Zənn edərsəm həddini çoq təcavüz ediyorsun, bu dərəcə tərbiyəsizliyin lüzumu yoq...

Qazı (hiddətlə yerindən qalqaraq). Banamı? Ah, artıq banamı tərbiyəsiz diyorsun?

Nadir bəy (kəskin). Əvət, söylədiklərinə diqqət etsən, nə dərəcədə ağzı bozuq bir səfil olduğunu anlarsın!..

Turxan bəy. Nadir! Rica edərim, artıq yetişir...

Qazı (çılğın bir halda bağıraraq). Bir alimə bu dərəcə bihörmətlik ha?..

Nadir bəy (qəhqəhə ilə gülərək). Alimləri təhqir ediyorsun...

Qazı. Ah, sapqınlar!.. Azğınlar!.. Şəriət xaini məl’unlar! (Qapıyı şiddətlə qapayıb çıqar).

Turxan bəy. Xayır, xayır, onda hiç bir qəbahət yoq... Bütün bu rəzalətləri törədən bənim o heysiyyətsiz, şərəfsiz oğlumdur (Hiddətli və sinirli bir halda bağıraraq). Ah, Cəmil, Cəmil! Allah sana xoş gün göstərməsin...

Cəmil bəy (şaşırmış bir halda daxil olaraq). Yenə nə var? Nə olmuş?..

Turxan bəy. Daha nə olacaq!.. Daha nə olsun ki, dost-düşman içində bizi yerlərə soqdun!

Cəmil bəy. Bənmi!

Turxan bəy (nifrətlə). Allahını sevərsən, söylətmə bəni!..

Cəmil bəy. Əgər bənim bu şəhirdə oturmam sizi sıqıyorsa, dəf’ olub getməyə hazırım.

Nadir bəy. Bu sözlərin nə lüzumu var, canım!

Turxan bəy (Cəmilə). Uzun laf istəməm, bir həftəyə qadar ya o qız bu şəhirdən çıqmalıdır, ya bən...

Cəmil bəy (darğın). Xayır, bir həftə pək uzaq... Bu saət!.. Əvət, bu saət qulluğundan mürəxxəs ola biliriz.

Turxan bəy. Buyurun!.. Buyurun! Uğurlar olsun!

 

Cəmil çıqmaq istər.

 

Nadir bəy (yaqalayaraq). Nə yapıyorsun, Cəmil! Divanəmisin?

Cəmil bəy. Yetişir, Nadir, artıq yetişir...

Nadir bəy (israr ilə). Allah eşqinə, çocuqluğu bıraq!

Cəmil bəy. Əmin olunuz ki, bütün dünya bəni bu fikrimdən vaz keçirəməz.

Turxan bəy (acı-acı gülərək, Cəmilə). Gerçəkdən gediyorsun ha!?

Cəmil bəy (küskün və sinirli). Əvət, gediyorum, babacığım! Sağlıqda qalınız!.. (Sağ qapıdan çıqar).

Nadir bəy (Turxan bəyə). Canım, sözü bir az mülayim söyləsəniz, olmazmı ya?..

Turxan bəy (qızğın). Nadir! Nadir! Artıq bən Cəmil adında evlad tanımıyorum, zərər yoq, dəf’ olub getsin!.. Baba sözündən çıqmaq nə olduğunu iştə sonra anlar!..

Bayram (sol qapıdan tez içəri girib Turxan bəyə). Əfəndim, şəhir hakimi polis göndərmiş, sizi əcələ istiyor.

Turxan bəy. Pəki, baqalım bu nə diyor? (Baqıb dışarı çıqar. Bayram da arqasınca gedər. Nadir bəy sinirli və düşüncəli bir halda odada bir aşağı, bir yuqarı gəzinib durur. Bu sırada sağ qapı nazikanə vurulur).

Nadir bəy. Kim o?

Humay (bənzi uçmuş bir halda daxil olaraq). Nadir! Cəmil sizi görmək istiyor, bən də Turxan bəyi vida etməyə gəldim...

Nadir bəy (şaşqın). Allah, Allah... Nə münasibətsiz hallar! (Qayət qızğın və sinirli). Xocalarımız şöylə! Ixtiyarlarımız böylə!.. Gənclərimiz öylə!.. Insan düşündükcə qafası dönüyor... Hər tərəfə baqsan ya ifratdır, ya təfrit. Kimsə kimsəyi anlamıyor!.. Kimsə kimsəyi dinləmiyor!.. Nə vəhşilər kibi vəhşiyiz, nə mədənilər kibi

mədəni!..

Humay (məhzunanə). Əvət, pək doğru, əfəndim!.. Lakin nə yapmalı!? (Sağ qapıdan çıqarlar).

 

Maral incə, nimşəffaf bir şal örtünmüş olduğu halda N a z l ı ilə bərabər daxil

olur. Böyük bir iztirab içində bir şey arar kibi baqınıb durur.

 

Nazlı (təlaş ilə). Yenə gözümə pək pərişan görünüyorsun? Nə var? Nə olmuş! Bət-bənizin niçin öylə uçmuş?

Maral. Bayram nerdə?

Nazlı. Nə yapacaqsın?

Maral (müztərib). Ah!

Nazlı. Maral! Səndə bir xəbər var, fəqət bəndən gizliyorsun... Hər dərdinə şərik olduğumu bildiyin halda, niçin yürəyini bana açmıyorsun?

Maral. Of, hər dəqiqə yaqıcı xülyalar, vərəmli xəyallar beynimə hücum edib duruyor, nə söyləyəcəyimi kəndim də bilmiyorum.

Nazlı. Söylə, yavrum, söylə!.. Sənin yolunda əlimdən gələni əsirgəməm. Söylə, hiç çəkinmə!..

Maral (Nazlının qollarına sarılaraq, məhzunanə). Gediyorum, Nazlı bacı, getmək istiyorum.

N a z l ı (heyrətlə). Nerəyə?

Maral (məhcub). Ah... Arslan bəyə söz verdim, könül verdim...

Nazlı (şaşqın). Nasıl?! Qoşulub qaçmaqmı?

Maral (titrək səslə). Əvət.

Nazlı (mülayimətlə). Maral! Maral!.. Həyat beş günlükdür, fəqət namu...s! Namus əbədidir!

Maral (mütəəssir). Of, aman, yarəbbi!

Nazlı (kəskin). Maral! Yavrum! Allahın əmri... Peyğəmbərin şəriəti... ayaqlar altına alınmaz, qızım! Anlayormusun? Hələ bunu cəllad sifətli Turxan bəy duyarsa, inan ki, səni əsla sağ bıraqmaz!

Maral (sinirli). Ah, şimdiyə qadar öylə bir nəzakətdə bulunsaydı, daha məmnun olurdum!

Nazlı. Uf, yavrum!

Maral. Söylə, Allah için söylə! Əcəba xain bir cəllad əlində qəhr olmaq, şəriətə

itaətmi deməkdir?

Nazlı. Qızım, bir düşün!.. Kimsəsiz anan, o zavallı qadın ayaqda duracaq halı yoq ikən, şimdi böylə dəhşətli bir xəbər duyarsa, gör nə olur?!

Maral. Artıq təhəmmülüm qalmadı. Yetər! Ah, daha söyləmə!

 

(Bu sırada “Nazlı! Ay Nazlı” deyə Cəmil bəyin səsi eşidilir).

 

Nazlı. Şimdicik gəliyorum, elmasım, məraq etmə! Allah kərimdir (Sağ qapıdan

çıqar).

Maral. Allah kərimdir! (Mə’yus bir halda düşünür).

Bayram (sol qapıdan içəri girər). Xanım, Arslan bəy gəldi, sizi bəkliyor.

Maral. Söylə ki, kefim yoq, bu gün gedəməm.

Bayram (düşünür).



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info