Qonaq Kitabı
SƏSLİ QIZ

Gülümsəmə belə şad;

Saranın məmləkəti,

Köhnə mənada azad.

 

Orda hər şey asılı

Qan içən bir kraldan,

Sor orda hürriyyəti

Baftalı generaldan.

Yoxsullar o ölkədə

Özgəyə can vermədə.

Hürriyyətin barını

Tox qarınlar dərmədə.

Sən ancaq istibdadın

Eşitmişsən adını;

Bax, alnımda izn var

Görmüşəm mən dadını.

Bir bu süzgün baxışla

Gün düşən dağlara bax:

Mən bu yaşıl dağlardan

İllərcə düşdüm iraq!

 

Nə varlıqlar verildi

Bir çox yox olmuşlara!

O qanlı günlər hara.

Bugünkü günlər hara.

Gözəl qız, yaxşı vaxtda

Başladın gül açmağa;

Bu gün sənin yurdunda

Nə qul vardır, nə ağa!

Sən bu sərbəst göylərin

Sərbəstcə ulduzusan.

Qayğısız bir ölkənin

Qayğı bilməz qızısan.

 

Sərbəstdir alnındakı

Qıvırcıq tellərin də.

Sərbəstdir sənin kimi

Gün görmüş ellərin də.

Elə isə bir də coş

Səsin düşsün dağlara.

Sən kimdən çəkinirsən?

Qız hara, susmaq hara?

 

1928 - 1929

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info