Qonaq Kitabı
SƏSLİ QIZ

***

Bütün şəhər silkinib...

Əsər qoymadı pasdan,

Dünənki matəm hanı?

Doğrudan, çıxdı yasdan.

Düşmən şahın gəlişi,

Qanuni bayram oldu.

Bir çox dərdli ürəklər,

Qanlı sevinclə doldu.

Qəribə şeydir insan;

Al əlindən canını,

İstəyirsən ovucla,

Hortlat axan qanını,

Qoparıb əz qəlbini.

Əylən çırpınmasilə,

Sürüklənsin yerlərdə

Beyninin bağasilə,

Heç baxma istəyirsən,

Saflığa, günaha əs,

Bir yırtıcı cəllad ol.

Doğra parça-parça, kəs,

Qadınsa, tut, boğ onun

Qan qusan fəryadını,

Qoy çıxarsın yadından

Sevdiyinin adını;

Qızsa, atın döşündə,

Ləhlət gün qızmarında.

Gəlinsə, hərraca qoy,

Əsirlər bazarında;

Sonra çəkil uzaqdan,

Məğrur baxışla bir bax!

Görəcəksən ölənlər,

Baldırında bağırsaq:

Sənin qanlı əlində

Bitməz qüvvət var deyə,

Hazırdır bağışlayıb

Dadsız-dadsız gülməyə.

Bu yoxsul insanları,

Qırdırdınmı bir kərə.

Qəhrəman olacaqsan,

Düşəcəksən dillərə.

Keçmişdə coşmayırdı,

Məzlumun qanlı kini;

O zamanlar güc idi,

Xalqın yeganə dini.

Səyirdərək darğalar,

Sağa-sola atını.

Seçdilər əhalinin,

Yoxsulunu, tatını.

“Şah keçəcək yolları,

Kirlətməsinlər” deyə,

Yolçularla yanaşı.

Qovdular dal cərgəyə,

Ordu tirəndazları.

Girdilər ellik bağa,

Çalışdılar qalmasın,

Ağacda bircə qarğa.

Saçaqlı xalılarla,

Bəzəndi barlı çarşı,

Bayraqlı minarələr,

Yuksəldi göyə qarşı.

Kəlisa qülləsində

Çalındı zorba canlar.

Az qaldı deyəcəkdim,

Mədən də zordan anlar.

Danqırtıyla ötdü can,

Hazırlandı baş keşiş;

Məscid həyətində də

Eyniylə canlandı iş:

Danışdı şişman xoca

Üç saatdan yuxarı,

Hazır qaldı beyətə.

Mömin müsəlmanları.

Xaçilə keşiş çıxdı

Müshəfilə şeyxana;

Çıxdılar istiqbala,

Xaçla məshəf yan-yana.

Əllərində sür təsbeh,

Gümüşlü buxurdanlar

Nazlanaraq səkirdi,

Haqdan qaçan insanlar,

Damağı çağ, kefi kök.

Qarnı tox tacirbaşı,

Dingildəyib gedirdi

Şeyxlərlə yanaşı.

İnsan əlindən yerə

Düşməzdi iynə atsan,

Yalnız küçələr deyil

Evlər gətirdi insan.

Dırmaşmışdı uşaqlar,

Mazqallı divarlara.

Boylanıb dururlardı

Ürkək, zəif, avara!..

Dam üstündə qızların

Solğun dodaqlarında,

Boylanan gəlinlərin

İslaq yanaqlarında

Solan hüznün yerində

İndi vardır bir maraq.

Nə çiçəklər yetirir

Bu qan qoxulu torpaq!

 

Sayılırkən əvvəldən,

Bir ölkənin pənahı.

Qarışmışdı xalqına,

Ölkənin məğlub şahı.

Şahın bu gün ağır daş,

Asılmışdı boynundan,

Çıxmayırdı əlləri

Xələtinin qoynundan.

Keçən gündə edərkən

Allahlıq iddiası,

İndi bu son cəlala

Kəsildi, durdu asi.

Gir yerə, ey padişah!

Sənin bu boş başından

Nələr çəkdi məmləkət

Bir soruş göz yaşından.

 

Açıldı bayraqlar, çalındı boru,



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info