Qonaq Kitabı
MÜƏLLİFLİ BAYATILAR

Dərya boyla, çimən gəl,

Hicran sənətkarıyam,

Şinəm dolu çimən gəl.

 

Əzizi (+yə)m, ya Qarqar,

Xaçın, Tərtər ya Qarqar,

Gözü yolda yar qoysan,

Ya solunur, ya qarqar,

Bəyaz məmə, ağ sinə,

Utanmazmı yağar qar?

 

Əzizi (+yə)m, bir-bir çək,

Dara zülfün, bir-bir çək,

(-Mən) ölsəm üç şey qanlıdır,

Bir qaş, bir göz, bir birçək.

 

Əzizi, bu meydanı,

Gəzərəm bu meydanı,

Gedənlər geri gəlməz,

Çöl olsun bu meydanı.

 

Əzizi, belə günü,

Düşmən (+in) belə günü,

Öləydi (-m) ana (-mız) (+n) oğul,

Görməyəydi belə günü.

 

Əzizi, qara baxtım,

Açılmaz qara baxtım,

Ölübdü Əkbər oğlum,

Yatıbdı qara baxtım.

 

Əzizi, belin bükər,

Kəman tək belin bükər,

Cavan oğul ölümü,

Ananın belin bükər.

 

Əzizi, yaman olur,

Ayrılıq yaman olur,

Cavan oğul ölümü,

Siz bilin, yaman olur.

 

Əzizi, bir də, bir də,

Çox iş var, bu səbirdə,

İkimiz birdən ölək,

Qoyulaq bir qəbirdə.

 

Əzizi (+yəm), Ò»a sarı,

Ha sızıld(+a), Ò»a sari.

Hicrandan bir ev tikdim,

Qəmdən çəkdim Ò»asarı.

 

Əzizi, düşdü gözum,

Kababa düşdü gözüm.

Baxdı səni görmədi,

Gözümdən düşdü gözüm.

 

Əzizi, gendə məzar,

Sana fəda (-n) gen dəmə zar,

İkimiz bir qəbirdə,

Elədə gendə məzar.

 

Əzizi, Qarasudur,

İşməli qara sudur,

Qardaş can yonqarıdır,

Oğul göz qarasudur.

 

Əzizim, gəçavasına,

At oxun gəcava sına,

Sarvan sarp yerdən keçər,

Qorxma kəcava sına.

Özüm özünə qurban,

Sarvan kəcavasına.

 

Əziziyəm, xan gərək,

Can oda yaxan gərək,

Açıldı köksün (-ün) bəndi

Göründü yaxan gərək,

Sənin bu sallanışın,

Ya sultan, ya xan gərək.

Əzizi, dağı danlar,

At oxun dağıdanlar,

Əqlimi zülfün tək (+i),

Sərimdən dağıdanlar,

Naşı ovçu ov vurmaz,

Qayıdı, dağı danlar.

 

Əzizi, güldür, güldür,

At oxun güldür, güldür,

Bülbülə qan ağladan,

Bağında güldür, güldür,

Yara Ò»əsrət gözlərim,

Yaş tökər gildir-gildir.

 

Əzizi (+yə)m, gül, ey vay,

Bülbül ey vay, gül, ey vay,

Bir bağa bağban oldum,

Heç dərmədim gül, ey vay.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info