Qonaq Kitabı
MÜƏLLİFLİ BAYATILAR

Gec yuxudan oyanan.

 

Mən Lələ der oyansan,

Qara bağrım oyansan,

Mövlan muradın verər,

Tez yuxudan oyansan.

 

Mən Lələ der sərinnən,

Varaq erkən, sərinnən,

Nə ağladar, nə çıxar,

Belə ağlı sərinnən.

 

AŞİQ (AŞIQ)

 

Aşiq(-i) bugünə salanı,

Zülfün(-ü) dügün(-ə) salanı,

AÒ» çəkib, qan ağlasın,

Məni bu günə salanı.

 

Dağların vay qarıdır,

FərÒ»adı(-ı) vay qarıdır,

Aşiq der: qarımazdım,

Məni bu vay qarıdır.

 

Aşiqəm dər düzünə,

Dur düzmüş dər yüzünə,

Dərman deyib gəzərdim,

Düşmüşəm dərd yüzünə.

 

Aşiqəm, dərdə lalı,

Sərrafın dərdə ləli,

Görüm nən artdı, gözəl,

Məni bu dərd alalı?

 

Görünən incədimi?

Miyanın incədimi?

Aşiq der: baba görsün,

...Mən deyincədimi?

 

Gəlişin Bayatlardan,

Xilaf yox, ayatlardan,

Aşıq, dərdinə dərman,

Tapılır bay əttardan.

 

Ağ dəriya, qara sal,

İstər ağı qara sal,

Yüz min dərd çəkər Aişq,

Kim bilir, qara sal.   

 

Mən Aşiqəm, üzəllər,

Sona göldə üzəllər,

Sağ əlin qaydasıdır,

Gərdən qucar, yüz əllər.

 

Mən Aşiq güldür, güldür,

At oxun güldür, güldür,

Mənim bu Ò»əsrət könlüm,

Gəlübən güldür, güldür.

 

Yox Aşiq, gəbə, qalı,

Döşənmiş gəbə qalı.

Canan getdi gül seyrinə,

Gözlərim gəbə qalı.

 

Mən Aşiq, yüzüm qara,

Yeməli yüzüm qara.

İstərəm yara varım,

Əlim boş, yüzüm qara.

 

Mən Aşiq, ellər ayrısı,

Şana tellər ayrısı,

Bir gününə dözməzdim,

(-Olmuşuq) (+oldum) illər ayrısı.

 

Mən Aşiq, çəkənə ver,

Doldurub çəkənə ver,

Bu dərdi mən çəkə (-bilmərəm) (+mməm),

Apar (bir) çəkənə ver.

Mən Aşiq, qaranı yaz,

Ağ üstə qaranı yaz!

Əvvəl dəftər başında,

Mən baxtı qaranı yaz!

 

Mən Aşiq, birin dağa,

Ovçusan birin dağa,

Çağırram oğul deyib,

Salar (+am) bir ün dağa.

 

Mən Aşiq, yaxşı sına,

At oxun, yaxşı sına,

Can qurban, baş sədəqə,

Cananın yaxşısına.

 

Mən Aşiq, oyanasan,

Qəflətdən oyanasan,

Mən belə bilməz idim,

Sən məndən o yanasan.

 

Aşiq, yaxşı yəməndən,

Olmaz yaxşı yamandan,

Gedirsən salam, dua

Apar, Yaxşıya məndən.

 

Aşiqəm, yadında mən,

Tərsayə (+m) ') ya dində mən,

Yarəb, o yad olmuşun,

Varmı (+yam) yadında mən?

 

Ələ almış o peymanı,

Zülf üzün opey manı,

Yarın yad oldu Aşiq,

Unutdu o peymanı.

 

Əzizi, qala yeri,

Top yeri, qala yeri,

Öp(-ü) (+əydi)m ağ yüzündən,

Bənövüş qala yeri.

Aşiq o gündən qorxar,

Yar gedə, qala yeri.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info