Qonaq Kitabı
MÜƏLLİFLİ BAYATILAR

 

Bişirin qaşıq aşı,

Bədnalə qaşıq aşı,

Yandırıbdır Aşıqı

Yaxşının qaşı, qaşı.

 

Əlində dəm qamışı.

Dəm söÒ»bət, dəm qamışı,

Mən Yaxşının quluyam,

Qalıbdı damğam işi.

 

Sən yaxşı, mən də yaxşı,

Su gəlir bəndə yaxşı,

İmran dilli Aşiqi

Salubdur bəndə Yaxşı.

 

Yox Aşıq, sən əmsən əm,

Xoş gəldin Sənəm, Sənəm!

Dedim ləbin kim əmsin?

Dedi dilbər: əm, sən əm!

 

Aşiqəm, Ələmdardan.

Xəbər ver, Ələmdardan,

Yerisin şaÒ»lar şaÒ»ı,

Qurtarsın ələm dardan.

 

Aşiqəm, oda sənin,

Döşəli oda sənin,

Yetimin bir canı var,

Dilərsən, o da sənin.

 

Aişq varisə qaldı,

Yarım var isə qaldı,

Namərd yığdı yemədi,

Öldü varisə qaldı.

 

Aşiqin el madarı,

Rəxkəbən el madarı,

Töküldü bulut zülfün,

Kəsildi el madarı.

 

Geyinibdir yar sarı,

Bayqu ilə yar sarı,

Kəbədə ölsə Aşiq,

Yönün qoyun yar sarı.

 

Qarşımızda o duzağ,

O virandır, odu zaq,

Səməndər xoyli Aşiqdən,

Heç olamaz od uzaq.

 

Aşiq, yaxşıdır yaxşı,

Xalın yaxşıdır, yaxşı,

Sərraf gördü, bəyəndi.

Dedi: yaxşı dür, yaxşı.

 

Aşiq(+əm), sinə qoyun,

Sidri(+mi) sinə qoyun!

Yaxşını qibləsinə,

Məni tərsinə qoyun!

 

Aşiq yar aşığıdır,

Xalın yara şığıdır,

Qurban olum o zülfə,

Boyun yaraşığıdır.

 

Mən Aşiq, xalq ana var,

Xal düşmüş, xalxanə var,

Göz gördü, könül sevdi,

Bilmənəm xalxa nə var.

 

Gözü gördü əjdaÒ»anı,

Kəbə tək səcdə Ò»anı?

Doymaz yaxşı ləbindən,

Aşiqin(-nin) əj dəÒ»anı.

 

El köçdü, Muğan ağlar,

(-S) (+Ç) əkər şur, Muğan ağlar,

Şanənin zülm işındən.

Aşiq der: muy qan ağlar.

 

Aşiqəm, qala, qala,

Qar yağdı qala, qala,

Cavan ömrüm zay oldu,

Hicranda qala, qala.

 

Aşiqəm, qar qamışa,

Yağıbdır qar qamışa,

Yüz təbib nə eyləsin,

Bir AllaÒ» qarğamışa.

Aşiqəm, qara dağı,

Gəncənin Qaradağı,

Sinəmin üstə çəkdin,

Əlif tək qara dağı.

 

Aşiqəm köÒ»nə dağı,

Gəzirəm köÒ»nə dağı,

Tazədən bir dağ çəkdin,

Unutdum köÒ»nə dağı.

 

Aşiqəm, yara canım,

Zay etdi yara canım,

Büküm, qoyum qəfəsə,

Apar, get, yara canım.

 

Mən Aşiq (-əm), bir də səni,

(-Mələk) (+Fələk) səni, bir do səni,

O qədər ölmiyəydim,

Görəydim bir də səni.

 

Mən Aşiq, keçdi məndən,

Su gəldi keçdi məndən,

Mərdlərə körpü oldum,

Namərdlər keçdi məndən.

 

Aşiqəm, oda yansın,

Pərvanən oda yansın,

Səni məndən eyliyən,

Od dutsun, o da yansın.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info