Qonaq Kitabı
MÜƏLLİFLİ BAYATILAR

Aşiqəm, ağlamaqdan,

Ağa göy bağlamaqdan.

Canda aman qalmadı,

O qıza yalvarmaqdan.

 

Aşiqin Nəbidi adı,

Qəm məni nə budadı,

Ad mənim, yar özgənin,

Neylirəm nabud adı?

 

Qarşıda yastı qala,

Bülbül (+ü) yastı qala,

Qoy elə Aşiq ölsün,

Cananı yastı qala.

 

Seyr etdik Bələkanı,

Gürcüstanı, Bələkanı,

Yarından ayrı Aşiq,

Olubdu bəla kanı.

 

Tənbəkim tükənibdir,

Çəkməyə tükənibdir,

Xubluğun getdi, Aşiq,

Üzünə tük ənibdir.

 

Dərdim (+i) yara qandır,

Bayqular yara qandır,

Tanrın üçün Aşiq (+in)

Ərzsəsin yara qandır.

 

Yaram (+var) sızaqandır,

Sızıldar, sazağandır,

Aşiq der: Yaxşı sözü,   

Demək (+ki) sizə qandır.

 

Aşiq, yara dan Ò»anı?

Bayqu yara dan Ò»anı?

Aləm (-i) Ò»aq yaratdı,

Haqqı yaradan Ò»anı?

 

Aşiq yara dan mənəm,

Bayqu yara dan mənəm,

Haq(+ım) mənə yar ola,

Haq (+ı) yaradan mənəm.

 

(-Yox) Aşiq qaraba-qara,

Xalın qaraba-qara,

Yarın itirmiş Aşiq,  

Gəzir qaraba-qara

 

Aşiqəm, kim sadağa?

Kim qurban, kim sadağa?

Mən Məcnun varisiyəm,

Qoymanam kimsə dağa.

 

Yox, Aşiq, səndə qalsın,

Səndədir, səndə qalsın,

Can məndə qərar tutmaz,

Göndərim, səndə qalsın.

 

Dur atlan qazıya var,

Şux tərlan, qazı ya var,

Aşiq der, bəlalı baş(-ı),

Səndə çox qazıya var.

 

Aşiqəm, bir dəm ara,

Neştər vur bir damara,

Məni (-Ò»a) zülfün vurubdur,

Vurdurma bir də mara.

 

Aşiqəm, bir ov aldı,

Səyyadım bir ov aldı,

Yar(-ım), adım xəbər alsan,

Bir(-i) qaf, bir(-i) be, bir(+i) daldı.

 

Aşiqəm, yasəməni,

Ki, salan yasə məni,

Özü toy (+lara) varır,

Göndərir yasə məni.

 

Başa geymiş göy dələ,

Zəmin bağrın göy dələ,

Aşiq der, yaxşı Ò»əmdəm,

Düşməz yerdə, göydə ələ.

Aşiq a yə nişin di,

Oxur a yə nişin di,

Kəllogöz göyə baxar,

Baxmaz ayə nişin di.

 

Mən Aşiq Ò»indi zülfün,

Gərdənə mindi zülfi,

Altın yastıq, üstün qol,

Qorxuram, sındı zülfün.

Dəstələ qoy qoynuna

Qan eylər indi zülfün.

 

Qarşımızda ya dağlar,

Ya dügünlər, ya dağlar,

Aşiq, Yaxşın ölübdü,

QoÒ»um gülər, yad ağlar.

 

Qarşımızda a çapar,

Qəmzən məni a çapar,

Biəql görsün Aşiqi,

Kəlbin diyə aç, apar.

 

Mən Aşiq, vətən sarı,

Ağ sarı, kətan sarı,

Baxtavar kağız, başın,

Gedirsən vətən sarı.

 

Aşiqəm kəsə mən dən,

Doldurur kəsə məndən,

Qiyamət o gün(-də) qopar,

Yar meylin kəsə məndən.

 

Aşiqəm, Salmasada,

Yol gedər Salmasada.

PünÒ»an ağla göz(-üm) (+lərim)

Aləmə salma səda.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info