Qonaq Kitabı
MÜƏLLİFLİ BAYATILAR

Əzizi(-yə) (+m), səlamət,

At oxun (+u) səlamət,

Təkəbbür olmagilən,

Hər yetənə səlam et,

Düşmə dilin oduna,

Sərin olsun səlamət.

 

Əzizi (+yəm), yoxsa mən,

Gülmü dərim, yox, səmən?

Sən sevdin, sən usandın,

Dəli sənsən, yoxsa mən?

Ölümmü dərdin ilə?

Dəliyəmmi yoxsa mən?

 

Əzizi, yarım alma,

Tutub (-dur) yarım alma.

Alırsan öz canım al,

Əlimdən yarım alma.

 

Əzizi, gözəl alma,

Dolub (+dur) gözəl alma,

Alırsan əsilin al,

Bədəsil gözəl almıa.

 

Əzizi (+yəm), Minayə,

Gülə qurban, Minayə,

Səndən (+mən) əl götürməm,

Göydən gələ min ayə.

 

Əzizi, səndən iraq,

Düşmüşəm səndən iraq.

Qoy dərdin bana gəlsin,

Tək (+i) olsun, səndən iraq.

 

Əzizi, gülə-gülə

Dərdə dur gülə-gülə,

Xudam səni (+də) öldürsün,

Məni (+də) gülə-gülə.

 

Əzizi, mənəm sənsiz,

Daxi gülmənəm sənsiz,

Dağda maral mələsə,

Bil ki, ol mənəm sənsiz.

 

Əzizi (+yəm), ayranı,

Şana zülfün ayranı,

Dünyadan kam almasın,

Səni məndən ayranı.

 

Əzizi, gəzən mənəm,

ƏÒ»dim var bəzənmənəm,

Didəsi qanlı yaşdı,

Sərgərdən gəzən mənəm.

 

Əzizi, gülsə dağlar,

Sal başa gülsəd ağlar,

Səndən ayrı gözlərim,

İnanma, gülsə ağlar.

 

Əzizi (+yəm), götürdülər,

Öldürdülər, götürdülər,

Əyyam eylə dönüb ki,

Gün gündən götürdülər.

 

Əzizi yaram yoxdur,

Qəm ilə aram yoxdur,

Dərdim sənin dərdindir,

Kimsədən yaram yoxdur.

 

Əzizi (+yə)m, dal yalqız,

Əlif yalqız, dal yalqız,

Qorxuram aşnan ölsün,

Yetim tək qala yalqız.

 

Əzizi (+yə)m, gələndən,

Versə şəfa gələn dən,

Bir dərdə düşdü canan,

Dərman göndər gələndən.

 

Əzizi, üz qan adı,

Sonalar uz qanadı,

Bad əsdi, zülf dağıldı,

Tel dəydi üz qanadı.

 

Əzizi (+yə)m, o yan gül,

Bu yan (-sənin) (+səmən), o yan gül,

Öpüm xumar gözündən,

Sən yuxudan oyan, gül!

 

Əzizi, gül düzəsən,

Qızıl güldən təzəsən,

O gü (nü) nə qurbanam ki,

Qapımızdan girəsən.

 

Əzizi (+yəm), yaddan sən,

Aşinalar yaddan sən,

Hamılar yaddan çıxsa,

(+Heç) çıxmassan yaddan sən.

 

Əzizi, dolu gözlər,

Dağ başın dolu gözlər,   

Yıxdı dədəm evini,

(-O) səndəki dolu gözlər.

 

Əzizi, yasar aldı,

Gülnuru (-m) (+n) yasar aldı,

Tərlana xəbər olsun,

Sonanı yasar aldı.

 

Əzizi, oba xanı,

El xanı, oba xanı,

Öz baxanım sağ olsun,

Neylirəm o baxanı.

 

Əzizi, sinəsinə,

Mmı yaz gül sinəsinə,

Nə ləbim ləbə dəydi,

Nə sinəm sinəsinə.

 

Əzizi (+yəm), çimən gəl,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info