Qonaq Kitabı
MÜƏLLİFLİ BAYATILAR

LƏLƏ

 

Qarşımızda yay damı,

Lalə tikdi yay damı,

Payız cənnət, qış qurci,

Yaz sultandır, yay damı.

 

Lələ öldü, bez gəti,

Arşın apar, tez gəti,

Nə qonşudan söz apar,

Nə qonşudan söz gəti.

 

Lələ, şaÒ»a dolan, var!

Tökülən var, dolan var,

İqrarının ucundan,

İmanından olan var.

 

Mən Lələyəm, şaÒ» vardır,

Vərqa (və) GulşaÒ» vardır.

Nə dünyadan şaÒ» gedər,

Nə gəlicək ŞaÒ»vardır.

 

Başa geymiş ya məndil,

Səni elər yaman dil,

Lələ, fəna dünyada,

Ya zərbəft gey, ya məndil.

 

Əzizi, vurma dağı,

Lələyə vurma dağı,

Ağlama bacı Zeynəb,

Sinəmə vurma dağı.

 

Lələ, yerin Arqalı,

Mələməz ay arqalı.

Kəsəkəs meydanında,

Namərd qaçar, ər (-qarı)

                                (qalı).

 

Lələyəm (mən) lələndim,

Beşiyə (mən) bələndim,

Əkdim, biçdim, sovurdum,

Arxama şələləndim.

 

(Bu) lələ Ò»anda mələr,

Rum (da), Şamda mələr,

Yaxasız köynək geymiş,

Bacasız damda mələr.

 

Lələ şaÒ» lələsidir,

Əcəl can tələsidir,

Lələnin qəbr(i) üstə,

Gözəl şaÒ» gələsidir.

 

Lələnin Ò»arayından,

El yatmaz Ò»arayından,

Yel əsər kərpiş duşər,

Ömrümün sarayından.

 

Mən Lələ der o yar da,

Bayğu gəldi o yar da,

Çox yar gördüm, ötürdüm,

Gözüm qaldı o yarda.

 

Mən Lələ der gözəl kəs,

Gəl bu bağrım gözəl kəs,

Heç qalmayıb caÒ»anda

Səntək şəbiÒ», gözəl kəs.

 

Mən Lələ der güləndə,

Di gəl ağla güləndə,

Gül açılır sevdiyim

İnsan ilə güləndə.

 

Lələ der yan gözəlim,

Çəkil bir yan gözəlim,

Mən çox yandım, sən necə?

Sən də bir yan gözəlim.

 

Mən Lələ der qanar yar,

Eşq atəşim qanar yar,

Çox aradım caÒ»anda,

Bulmadım bir qanar yar.

 

Lələ der yanana yan,

Düşmə bir yanana, yan,

Nə yanırsan boş yerə,

Səninçün yanana yar.

 

Mən Lələ der düyündü,

Sinəm düyün-düyündü,

Nə gün səni soraram,

O gün toydu, düyündü.

 

Lələ deyir sən yara,

Bu dərdimə sən yara,

Mənim dövlətim yoxdu,

Nə verəyim sən yara.

 

Lələ deyir al malı,

Yaxşı tanı al malı,

Neçin bağa gəlmirsən,

Yanaqları almalı.

 

Lələ deyir nəsən, yar,

Bağrım başın kəsən yar.

Ləzzətinnən doymanam,

Şəkərmısən, nəsən yar.

 

Mən Lələ der yüzdə var,

Yüz qoyunla, yuz davar,

BərəkallaÒ» soylərəm,

Belə gözəl yüz də var.

 

Mən Lələ der Ò»a sabaÒ»,

Mövlam açar Ò»a sabaÒ»,

Gəldi-getdi dünyadan,

Həsrət ilə bu sabaÒ».

 

Mən Lələ der o yanan,

Bax bu yatan, oyanan,

Axır muradsız qalır,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info