Qonaq Kitabı
AFƏT

Ə r t o ğ r u l (sinirli). Darılsa da gedəcəyim, darılmasa da... Bəndə kiralıq qulaq yoq... Hər saçmayı dinliyəməm.

(Salonu tərk edər)

X a n d ə m i r. Yahu, bunlar nə oluyor? Həp birər-birər savuşub qaçıyorlar.

Ö z d ə m i r. Çünki bu məclisdəki zevqi duyamıyorlar, bu söhbətlərdəki incəliyi anlıyamıyorlar... (Müstəhzi qəhqəhə). Alagöz bənim qaba hallarımdan ürküb qaçdı; Ərtoğrul da sənin dərin fəlsəfələrindən

(Qəhqəhə).

X a n d ə m i r. Ah, şu gənclər, şu dəliqanlılar həp böylə... həpsi xırçın və sinirli! Halbuki bu hallar bizim kibi tərbiyəli və münəvvər ailələrə əsla yaraşmaz.

İ l c a y. Çocuqluq, həp çocuqluq...

X a n d ə m i r (qafasını oynataraq). Nə isə, buyurun, keyfimizə baqalım.

Ö z d ə m i r. Bən buracıqda bir qədəh şərab içmədikcə getməm.

X a n d ə m i r. Bu saət, söyləyim, gətirsinlər.

Ö z d ə m i r (Afəti süzər, məmnun bir qəhqəhəylə). Xayır, bən fəqət gözəl Afətin, sevgili Afətin əllərindən içmək istərim.

A f ə t. Pəki, qalq, gedəlim də, içəlim.

Ö z d ə m i r. Xayır, burada, yalnız buracıqda...

A l t u n s a ç. Bən gətirsəm olmazmı?

Ö z d ə m i r. Əsla! Sən yalnız Ərtoğrula içirməliydin (Qəhqəhə).

A l t u n s a ç. Əfsus ki, o, spirtolu içkiləri və içənləri görmək belə istəmiyor.

Ö z d ə m i r (qəhqəhə). Iştə o da bir nev sofuluq, o da bir nev dəlilik. (Afətə) Haydı, gözəlim, bir qədəh şərab...

A f ə t. Pəki, gətirəyim, sən inadından vaz keçmiyəcəksin.

(Sağ odaya keçər)

Ö z d ə m i r (laübali qəhqəhələrlə). Dəmin söylədim ya, bən yeniləşdim; hər xüsusda yeniləşdim; fəqət iki şeydə deyil: biri əski şərab, biri də əski əhbab!.. (Qəhqəhə). Doktor Qaratay yenilərdənsə də, şübhəsiz bir gün o da əskiləşir, o da kəndi qiymətini bulur.

(Qəhqəhə).

A f ə t (bir qədəh şərab gətirir). Buyurun, əfəndim!

Ö z d ə m i r (qalqıb qədəhi alır). Nasıl! Əfəndimi?.. (Qəhqəhə). Halbuki bən sənin ən aciz qullarından, ən dəyərsiz kölələrindən biriyim.

X a n d ə m i r. Baqalım, kimin şərəfinə içəcək.

Ö z d ə m i r. Bən şu mümtaz qədəhi, yalnız qaranlıqlar və ışıqların, yerlər və göylərin, bütün mühit və kainatın şərəfinə içiyorum. Çünki onlar, onların cümləsi, həmahəng olaraq (Afəti göstərir) şu fevqəladə, şu müstəsna vücudu bəsliyor. Əvət, həpsi şu gözəl və füsunkar Afətə qarşı əyiliyor. Hər kəs onu seviyor və alqışlıyor (İçər, məclisdəkilər əl çalar).

X a n d ə m i r. Yaşasın gözəllik! Var olsun Afət...

Ö z d ə m i r (məmnun bir tevr ilə Afətə). Ah, bu şərab əvvəlkilərə hiç bənzəmiyor, iştə sənin əlini öpər-öpməz datı dəyişiyor, o da başqlaşıyor, o da gözəlləşiyor (hər kəs sağodaya keçər). A f ə t (ən arqada qalan doktora). Sən get, daha durma!

D o k t o r. Niçin?

A f ə t. Çünki zəhri içirdim (Misafirləri izlər).

D o k t o r (təlaş ilə). Ah, niçin əcələ etdin... (Saatına baqar).

X a n d ə m i r (geri dönər). Niçin gəlmiyorsun?

D o k t o r (onun əlini sıqayır). Müsaidənizlə, getmək istiyorum.

X a n d ə m i r. Gəl, canım, şaşırdınmı?

D o k t o r. Pək mühüm işim var.

Ö z d ə m i r (içəridən). Doktor!.. Doktor Qaratay!..

X a n d ə m i r. Baq, iştə səni arıyorlar.

D o k t o r. Xayır, əfəndim, getməliyim.

Ö z d ə m i r (əlində konyak dolu büyücək bir qədəh gəlir). Doktor!

Doktor Qaratay!.. Iştə bu da sənin şərəfinə...

D o k t o r. Aman, nə yapıyorsun? Hiç bu qədəhlə konyak içilirmi? (mane olmaq istər).

Ö z d ə m i r (zəif və acı qəhqəhə ilə). Içilir, əvət, içilir... var ol! (içər və qədəhi bir tərəfə ataraq). Ah!.. (deyə düşüverir).

X a n d ə m i r (içəriyə). Limon gətirin, limon!..

D o k t o r (köksünü dinlər). Hiç bir şey lazım deyil, artıq keçmiş. İştə qəlb xəstəliyi zavallıyı bitirdi...

A f ə t (əlində bir parça limon gəlir). Nə oldu? Bayıldımı?

D o k t o r. Əvət, bayıldı, fəqət bir daha ayılmamaq üzrə bayıldı.

 

Sükut...

 

Pərdə

 

 

İKİNCİ PƏRDƏ

 

Ərtoğrulun evi. Havuzlu, ağaclı, çiçəkli bir bağça... İlk baharın son günləri, gündüz.

 

İ l c a y (balkona çıqar, çiçəkləri sulamaqda olan xidmətçiyə). Bana baq, Ərtoğrul nerədə?

X i d m ə t ç i. Şimdi bağçaya doğru getdi.

İ l c a y. Soyuq alır da yenə xəstələnir; haydı, qoş da kəndisini çağır.

X i d m ə t ç i. Pəki, baş üstə...

 

Gedər, bu sırada Y a v u z gəlir.

 

İ l c a y. Söyləsin ki, Yavuz da gəlmiş, onu bəkliyor.

Y a v u z. Kimi çağırıyor, Ərtoğrulumu?

İ l c a y. Əvət.

Y a v u z (İlcay ilə əl verir və havuz kənarındakı sıraya oturur). Görünüyor ki, bu gün əhvalı daha eyi...

İ l c a y. Xayır, bil’əkis daha qorqunc, daha bərbad...

Y a v u z. Niçin böylə söylüyorsunuz?

İ l c a y. Niçinmi, şimdi gəlir də görürsünüz. Kaş ki, Xandəmirin evinə, o mənhus ziyafətə getmiyəydik. Kaş ki, o uğursuz gecəyi görməyəydik. İştə tam bir aydır ki, onun bəlasını çəkiyoruz. Hələ Altunsaçın hərəkətini, Özdəmirin fəlakətini, mümkün deyil, bir türlü unutamıyor. Ah, bə’zən də unutuyor, hər şeyi unutuyor, hətta kəndisini də unutuyor.

Y a v u z (yerindən qalqar). Dur, doktor Qaratayı gətirəlim, baqalım, nə diyor.

İ l c a y. Şimdi xəbər göndərdim, qardaşımla bərabər gələcək, lakin o gecədən bəri nə Özdəmiri unutuyor, nə də Xandəmirlə Qaratayı görməyə gözü var. Hətta Özdəmirin ölməsini də Qarataydan görüyor.

Y a v u z. Pəki, Qaratay nə yapsın?

İ l c a y. Nə biləyim, görünüyor ki, o xüsusda bir şey biliyor.

Y a v u z. Xayır, doktor öylə adam deyil... Yalnız Ərtoğrul bir az xəyalpərəst... boş yerə özünü üzüyor.

 

Ərtoğrul arqa tərəfdən gəliyor.

 

İ l c a y. Ah, bir danəcik oğuldur, o da kəndi səhhətinin, kəndi həyatının düşmanı...

Y a v u z. Hiç məraq etməyin, həpsi keçər gedər.

İ l c a y. Ah, qorquyorum, pək qorquyorum.

Ə r t o ğ r u l (sinirli qəhqəhələr ilə). Qorqma, annəciyim, hiç qorqma!.. Çünki həyatda qorqulacaq bir şey yoq... İnsanları qurtaracaq bir qüvvət varsa, o da cəsarət, yalnız bir cəsarətdir. Bən yaşamaq için titrəyənləri daima Əzrail qucağında gördüm; ufaq bir qıvılcımdan ürkənləri daima yanğın ocağında buldum.

İ l c a y. Lakin düşünməli, yavrum, böylə sərin havada sadə bir gömləklə bağçaya çıqılırmı? (Evə gedər).

Y a v u z. Bəncə bu hal, çocuqluq və dəlilikdir.

Ə r t o ğ r u l. Əvət, çocuqluq və dəlilik!.. (Qəhqəhə). Çocuqluq və dəlilik! Iştə xatırlıyorum, bu sözlər bir ay əvvəl də qulaqlarımı tırmalamışdı... O gecə, əvət o gecə Altunsaç da bana çocuq diyordu; Özdəmir də dəli deyə gülüyordu.

İ l c a y (əlində bir qalpaqla bir atqı “plaş” gəlir və hər ikisini Ərtoğrula verir). Al, quzum, hava pək sərin... Təkrar soyuq alırsın.

Ə r t o ğ r u l (atqıyı alır, yarı bürünür, qalpağı sıra üzərinə atar). Bilməm, şu bahardan, şu lətif ruzigardan niçin bu qadar qorquyorsun? Ağacları, çiçəkləri süslüyən, quşları, kələbəkləri bəsləyən bahr yalnız insanamı, yalnız banamı düşman kəsiləcək!? Halbuki bənim vücudum bir çiçəkdən daha qaba, bir kələbəkdən daha qalındır.

Y a v u z (rəqsan və məğrur adımlarla gəlməkdə olan Altunsaçı Ərtoğrula göstərir. Yarım qəhqəhə ilə). Iştə çiçəkdən bəhs etdin də qarşımıza çıqdı.

Ə r t o ğ r u l (mə’nalı bir baqışla baqar). Əvət, həm də öylə bir çiçək ki, yürüyormu, qoşuyormu? Oynuyormu, uçuyormu? İnsan bir türlü fərq edəmiyor.

A l t u n s a ç (şux bir təbəssümlə). Gün aydın, əfəndilər (Təmənna edər).

İ l c a y. Xoş gəldin, qızım səfa gəldin (Öpüşürlər).

A l t u n s a ç (Ərtoğrula). Nasılsın, baqalım, nə yapıyorsun?

Ə r t o ğ r u l (istehzalı təbəssümlə). Qüruni-vüstada yaşıyorum. (Qəhqəhə). Əvət, qüruni-vüstada yaşıyorum.

A l t u n s a ç. Hala unutmadınmı? Unutmadınmı ya?

Ə r t o ğ r u l. Bən çoq vaqt kəndimi unutuyorum, fəqət bu sözü unutamıyorum. (Acı qəhqəhə). Çünki səni unutamıyorum.

A l t u n s a ç. Təşəkkür edərim, görünüyor ki, qavğadan pək zevq alıyorsun.

Ə r t o ğ r u l. Zatən bütün həyat qavğadan ibarət deyilmi, ya?

Y a v u z (yerindən qalqar, kinayəli bir ahənglə İlcaya). Bunları kəndi halına bıraqsaq, daha eyi olmazmı?

İ l c a y. Haydı, gəl, biz birər qəhvə içəlim, savaşıb barışdıqdan sonra onlar da gəlirlər.

 

Hər ikisi içəri girər.

 

A l t u n s a ç (şux bir təbəssümlə). Pək tuhaf deyilmi, ya! Yenə əski hal, yenə əski xırçınlıq...

Ə r t o ğ r u l. Nə yapalım, çoq uğraşdım, bir türlü yeniləşəmədim. Əvət, yenə əski çocuqluq, yenə əski dəlilik...

A l t u n s a ç (pək ciddi). Xayır, sən bana gülüyorsun, bənimlə əyləniyorsun.

Ə r t o ğ r u l. İştə bu da yeni bir iftira, yeni bir təhqir...

A l t u n s a ç (sarsılmış bir halda). Ah, niçin insaf etmiyorsun?

Ə r t o ğ r u l. Insafmı? (Qəhqəhə). Zatən insaf və mərhəmət İsa ilə bərabər göyə çəkildi.

A l t u n s a ç. Ah, yenə gülüyorsun.

Ə r t o ğ r u l. Fəqət bu qəhqəhələr acı fəryadlardan başqa bir şey deyil.

A l t u n s a ç. Xayır, sən pək haqsız və pək məğrursun.

Ə r t o ğ r u l. Kim bilir, bəlkə bən bir aynayım ki, öz bənliyini bəndə görüyorsun. Bən əvvəl nə idimsə, şimdi də oyum, hər nasılsa dəyişmədim, dəyişəmiyorum; fəqət sən bil’əkis, gündən-günə dəyişiyor və gözəlləşiyorsun. Hər halında bir yenilik, hər hərəkətində bir böyüklük görünüyor (Acı qəhqəhə). Əvət, sən bir gülsün ki, zəhərli dikənlərin könlümü parçalıyor; sən bir pərisin ki, atəşli tırnaqların beynimi gəmiriyor.

A l t u n s a ç (sinirli və darğın). Ah, sən bir cəlladsın, bir Əzrailsin.

Ə r t o ğ r u l (müstəhzi). Halbuki Əzrail də bir mələkdir. Fəqət bən bir mələyin Əzrail olmasını arzu etməm...

A l t u n s a ç (getmək istər). Əvət, haqlısın...

Ə r t o ğ r u l. Nerəyə?

A l t u n s a ç. Gəldiyim yerə.

Ə r t o ğ r u l (onun əlini yaqalar). Xayır, getmə! Əgər bəndən uzaqlaşmaq istiyorsun daha yaqın gəl; çünki yanğından qurtulmaq için tək bir çarə var; o da yalnız alova soqulmaqdır.

 

İlcay ilə Yavuz balkona çıqarlar.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info