Qonaq Kitabı
TAPDIQ DƏDƏ

Onları sağır.

 

Gedib sən şəhərə

Yoz bu yuxunu,

Eldən sən bir kərə

Qaldır qorxunu.

 

Xana get sən anlat

Gələr bir zaman,

Dəyişər bu həyat,

Dəyişər dövran.

 

Insanlar həm sakit

Qoyuna dönər,

Dincələr həm mühit,

Haqsızlıq sönər...

 

Nə versə xan sənə

Mənimlə bölüş.

Haydı. Get yoluna,

Dönərkən, görüş”.

 

“Hey” – vurdu köhlənə,

Yelə döndü at.

Açdı yolda yenə

Məmiş bəy qanad.

 

Az getdi, üz getdi,

Aşdı dağ, dərə.

Çölləri düz getdi,

Çatdı şəhərə.

 

Gördü el toplanmış,

Qaynaşır meydan.

Taxtında dayanmış,

Yuxu söylər xan...

 

Dəydi bir-birinə,

Meydan çaxnaşdı.

Xalqın dərdi yenə

Başından aşdı.

 

Bir nəfər çıxmadı

Yuxunu yozan.

Məmişi aradı

Gözüylə Qurd xan.

 

Uzaqdan görüncə

Birdən bağırdı.

“ – Gəl!” – deyib, sevincək

Onu çağırdı.

 

Xan dedi: “ – Sınanmış,

Bilikli Məmiş!

Qəlbimi dərd almış,

Xəzanım gəlmiş,

 

Tez ol yoz, üzümdən

Çəkilsin çənlər.

Qızarmış gözümdən

Uçsun bu kədər”.

 

Xan ilə mindilər

Köhlən atlara,

Yerlərin bağrını

Hey yara-yara

 

Uçdular... Qarşıda

Göründü saray,

Qapıda əsgərlər

Vurmuşdu alay.

 

Saraya çatınca

Endilər atdan,

Girdilər bağçaya,

Yaşıldı hər yan...

 

Əvvəlcə duruxdu

Məmiş bircə an

Baxdı ətrafına

Söylədi: “Ey xan.

 

Gələcək bir zaman,

Güləcək həyat,

Dəyişəcək dövran,

Gərdiş, kainat.

 

Insanlar dönəcək

Sakit qoyuna,

Məmnun olacaqsan

Sən bu oyuna”.

 

Xanı razı saldı

Yenə də Məmiş,

Faydasız olmadı

Bu söz, bu gəliş.

 

Bir kisə qızıl da

Xan verdi ona.

Söylədi: “Al bunu,

Dua et xana”.

 

Baxşışı aldı, şən

Mindi köhlənə...

Dərədən keçərkən

Saraldı yenə.

 

Düşündü: “- Dünyanın

Üzü qaradır.

Yenə namərd dövranın

Yolu haradır?

 

O gün ki, elimdən

Ayrıldım artıq,

Hər yerdə əlimdən

Yapışdı Tapdıq.

 

Çatdırdı tükənməz

Vara, dövlətə.

Çatdırdı həm sönməz



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info