Qonaq Kitabı
TAPDIQ DƏDƏ

Qılınc onun ayağında

Açdı dərin bir yara.

Məmiş döndü ovlağına

Yolları yara-yara.

 

Bu at, sərvət, bəylik, xələt

Dəyişdirdi Məmişi.

Bu ehtişam, bu rəyasət

Unutdurdu keçmişi.

 

Varlandıqca bu görməmiş

Qan yağdırdı ölkəyə.

Indi o, bir xan kəsilmiş,

Xalq dönmüş bir kölgəyə.

 

Kəsir, biçir o, xan kimi,

Yoxsulları talayır.

Bir yırtıcı heyvan kimi

Gözü qandan doymayır.

 

Hər gün yeni qara xəbər

Gəldi azğın Məmişdən.

Tapdığa üz verdi kədər,

Qeyzə gəldi bu işdən.

 

Dedi: “Elim gücsüz deyil,

Mən də onun oğluyam.

Qoca qəlbim öçsüz deyil,

Yanar od, daşqın suyam!

 

O ki vurur xalqa yara,

Elə bir dağ çəkərəm,

Dərdinə heç tapmaz çara,

Dik başını əyərəm!”

 

         V

 

Keçdi il, keçdi ay,

Atladı zaman.

Mürgülərkən saray,

Yuxu gördü xan.

 

Gördü ki, göylərdən

Qoyundur yağır,

Bir qadın çox şən-şən

Onları sağır.

 

Ayıldı yuxudan,

Gördü səhərdir,

Çəkilir çən duman,

Xoruz ban verir.

 

Qaniçən hiyləgər

Düşdü təşvişə,

Bağırdı: - Tez xəbər

Getsin Məmişə...

 

Çəkdirdi yenə car,

Bildirdi işi.

Çıxmadı bəxtiyar

Yozan bir kişi.

 

Çatınca Məmişə

Bu yeni xəbər,

Düşdü çox təşvişə,

Onu basdı tər.

 

“Oyanıb hər gecə

Görəcək yuxu,

Nəşəyə, sevincə

Qatacaq qorxu.

 

Yozmasam hörmətim,

Başım gedəcək;

Dövlətim, şöhrətim,

Aşım gedəcək.

 

Bir Tapdıq bu işə

Edərdi çara.

Əl tutmaz Məmişə

Düşsə də dara”.

 

Yenə də o köhlən

Kükrəyib coşdu,

Dərədən, təpədən

Sel təki aşdı.

 

Dərəni keçəndə

Ata bağırdı

Bu dəfə də Tapdıq

Onu çağırdı.

 

Od düşdü canına,

Qaytardı atı.

Qırıldı, yanına

Düşdü qanadı.

 

Tapdığa yanaşdı

Qəlbində nələr!..

Içində qaynaşdı

Sıxıntı, kədər.

 

Axsaya-axsaya

Qoca yan aldı

Məmişə bu dünya,

Söz yox, daraldı.

 

Onunla üz-üzə

Gəlincə Tapdıq,

Başladı tez sözə,

Dedi: - “Mən artıq

 

Almışam ki, xəbər

Yuxu görmüş xan,

Çılğın tək bu səhər

Qalxmış yuxudan.

 

Görmüşdür, göylərdən

Qoyundur yağır,

Bir qadın çox şən-şən



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info